Azərbaycan alimi Lütfi Zadə


Aygün Dadaşova
Bu yazıya 602 dəfə baxılıb.

Elm-təbiət,cəmiyyət və insan təfəkkürü haqqında obyektiv,sistemli və əsaslandırılmış biliklərin əldə edilməsinə,dəqiqləşdirilməsinə və yayılmasına yönəlmiş insan fəaliyyəti növüdür.Elm yarandığı gündən insanların əmək məhsuldarlığının artması və bunun sayəsində onun rifahının yaxşılaşdırılmasına xidmət etmişdir.

Rəsulallah (s.a.s) hədislərində elm və biliyin insanin həyatında böyük rol oynadığını,bir müsəlmanın bilikli və bacarıqlı olmasının vacib olduğunu buyurmuşdur.

Bir xalqın xalq kimi formalaşması, həmçinin digər dövlətlər içərisində özünün rəğbətini qazanması üçün elmin rolunu əvəzsiz hesab etsək heç də yanılmarıq.Məhz bu gün Azərbaycanımızın dünyada tanınmasında böyük rolu olan Lütfi Zadə (Lütfəli Rəhim oğlu Əskərzadə) danışsaq yanılmarıq.

Lütfi Zadə süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi,Kaliforniya Berkli universitetinin professorudur.O bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir.

Bu gün dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur.Ona dünya şöhrəti qazandıran,onu dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir.Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradır.

Aparıcı dünya şirkətləri tərəfindən tətbiq olunan bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanmışdır.Nəzəriyyə uzun müddət Amerika elmi ictimayəti tərəfindən qəbul edilməsə də,ötən əsrin 80-cı illərində yapon alimlərinin diqqətini cəlb etmiş və yaponlar bu unikal nəzəriyyədən yararlanmaq qərarına gəlmişlər.Bu gün Yaponiyanin “Mitsubishi” , ”Toshiba” , ”Sony” , ”Canon” , ”Sanyo” , ”Nissan” , ”Honda” və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan foto və videokameralar,paltaryuyan maşınlar,avtomobillər,qatarların sənaye proseslərinin idarə olunmasında geniş şəkildə tətbiq olunur.

Lütfi Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına Yaponiya elm adamlarının verdiyi ən yüksək mükafat – “HONDA” mükafatı ilə təltif olunub.Amerikalılar da bu nəzəriyyənin qiymətini anlamağa,ondan yararlanmağa başlayıblar.Bu gün bu nəzəriyyə Amrekinanın “General Motors” , “General Electric” , “Motorola” , “Kodak” və başqa şirkətləri tərəfindən tərəfindən istehsalatda geniş tətbiq olunur.Hazırda bu nəzəriyyədən iqtisadiyatda , psixologiyada , linqvistikada , siyasətdə , fəlsəfədə , sosiologiyada , dini məsələlərdə , münaqişə problemlərində də istifadə olunur.

Lütfi Zadənin elmdə Z-çevirmə kimi tanınan işi diskret və rəqəmli idarətmə,informasiya və kommunikasiya sistemlərinin yaradılmasının əsasını qoymuş elmi nəzəriyyədir.Onun məşhur vəziyyətlər fəzası,dinamik sistemlərin idarə olunma nəzəriyyələri müasir idarəetmənin əsasını təşkil edir.ABŞ-ın milli Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tətqiq edir,layihələndirir və tətbiq edirlər.

Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilmişdir. L.Zadə bir çox xarici ölkə akademiyalarının üzvüdür. O, çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülmüş, medallarla təltif edilmişdir.O, onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur Amma professor Lütfi Zadə şəxsiyyətini, Lütfi Zadə əlçatmazlığını müəyyən edən bu mükafatlar deyil, bir ömürdə beş elmi nəzəriyyə yaratması, dünya elmində inqilabi çevriliş edib onun ümumi mənzərəsini dəyişdirməsi ilə xarakterizə olunur.

Bu yaxınlarda L.Zadə ilə bağlı daha bir sevindirici xəbər eşitdik. O, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri olmağa razılıq verib. Mənə elə gəlir ki, bu faktın özü de onun Vətənə olan məhəbbətinin təsdiqi uçun yetərli sayıla bilər.

Bakıda Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının fəaliyyət göstərdiyini yuxarıda qeyd etdik. Akademiyanın müxbir üzvü, fizika-riyaziyyat elmləri namizədi, dosent Nəbi Mahmudov bizimlə söhbətində bu elm ocağının 1999-cu ildə yaradıldığını və əsas vəzifəsinin Lütfi Zadə nəzəriyyələrinin dərindən öyrənilməsi olduğunu


Aygün Dadaşova
Bu yazıya 602 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.