İşləri Dinimiz Kimi


Xədicə Şahin
Bu yazıya 844 dəfə baxılıb.

Qırğızıstanın paytaxtı Bişkekin ən böyük bazarlarından biri olan Tatan bazarındayıq. Bazarda “yox” yoxdur. Xəyalınızda olan, hətta xəyalını belə qura bilmədiyiniz maraqlı əşyalar… Satıcılar gözə heç tanış gəlmir. Diqqətlə baxdığımız zaman hamısının çinli olduğunu görürük. Rus və Kırğız dillərində çox gözəl danışırlar. Satdıqları əşyalar da tamamilə Çin malıdır. Bir neçə il əvvəl Azərbaycanda çiyinlərində böyük çantalarla şəhər-şəhər gəzən satıcılar da Çinli idi. Yenə Qazaxıstanda 20 milyon çinli 50 illiyinə torpaq kirayəyə götürüb yerləşməyə başlayıblar. Qazaxıstanın əhalisi 16 milyondur. İkisini müqayisə edincə ortaya heç də ürəkaçıcı mənzərə çıxmır. Yalnız Orta Asiyada deyil, Avropada da Çin mallarının bazara hakim olduğu deyilir. Nümunəsini Almaniyadan qızıma gələn gəlincik hədiyyəsində gördüm. Körpənin başının arxasında “Made in China” yazısını oxuyunca çaşdım deyə bilərəm. Artıq iqtisadiyyatı ilə dünyaya hakim olmağa başlayan bir ölkə… Bu müvəffəqiyyətlərinin səbəbi nədir görəsən? Ən çox əhaliyə sahib olmaqmı? Yoxsa başqa səbəblər var? Ən qədim mədəniyyətlərə sahib dövlətlərdən biri olan Çini həm mədəniyyət cəhətdən, həm də təhsil cəhətdən bizə tanıdacaq biri ilə Qazaxıstanda tanış olduq. Əslində bu yazını Çini ziyarət etdikdən sonra yazmaq istəyirdim. Çinə getmək məqsədilə viza almaq üçün müraciət etdiyimiz zaman fotoşəkil çəkənin baş açıq olmağın vacib olduğunu dediyi zaman bu xəyalımızdan əl çəkib getməmək qərarına gəldik. Bundan sonra biz də Çin haqqında maraqlandıqlarımızı orada doğulub böyüyən birindən soruşaq dedik.

1. Əvvəla özünüzü tanıdarsınızmı?

Almira Kalambek qızı. Çinin uyğur-Sincan bölgəsinin paytaxtı Urumçidə doğulmuşam. Özüm əslən Kazak millətindənəm. 2005-ci ildə universiteti oxumaq üçün Qazaxıstana gəlmişdim. Nəsibimdə Quran təhsili almaq varmış. 2007-ci ildə Çimkənt Qız Quran Kursunda təhsil almağa başladım və 2010-cu ildə buradan məzun oldum. İndi həmin Quran Kursunda pedaqoqam. Evli və 2 uşaq anasıyam.

2. Neçə yaşınıza qədər Çində yaşamısınız? Və mümkünsə, Çinlilərin həyatları, yaşam tərzləri haqqında məlumat verərsiniz?

18 yaşına qədər Çində yaşamışam. Daha sonra təhsil almaq üçün Qazaxıstana gəldim. Hazırda burada yaşayıram. Ailəm isə Çində yaşayır. Çinlilər çox çalışqan insanlardır. Səhər mütləq günəş doğmadan əvvəl qalxırlar və idman edirlər. Orada ən gec qalxanlar Kazak və Uyğurlardır. Saat 05:30 da hər kəs həvəslə işinə başlayır. Dövlət orqanlarında, şəxsi müəssisələrdə çalışanlar isə iş saatından yarım saat əvvəl gedib hazırlıq görürlər. Günorta mütləq eyni saatda yemək yeyirlər. Axşam 06:00-dan sonra yemək yeməzlər. Onsuz da bizim kimi axşam yeməyində ağır yeməklər yeməzlər. Ümumiyyətlə, meyvə yeyir, yaşıl çayı çox içirlər. Əsla israf yoxdur. Əllərini yuyarkən bir qabda o suyu yığıb güllərə tökürlər, həmçinin qab-qacaq duruladıqları suyu ayaqyoluna tökürlər. Bir paltarı illərlə geyirlər. Uşaqlarına məsuliyyət sahibi olmaları üçün 18 yaşından

sonra cibxərcliyi olaraq verdikləri pulu kəsib işə yönləndirirlər. Uşaqlar öz pullarını özləri qazanırlar. Ata da işləyərək qazandığı pulu yığıb öldükdən sonra övladına miras qoyur. Qloballaşan dünyaya qarşı müqavimət göstərmək çətindir. Son zamanlarda insanlar tək uşaqdır deyərək hər istədiyini edirlər. Bunun nəticəsində isə hər istəkləri alınan uşaqların əxlaqı, intizamı pozulmağa başlayır. Axşam saat 9-da, erkəndən yatırlar.

3. Çinlilərin yemək mədəniyyətləri necədir?

Dediyim kimi Çinlilər qara çay yerinə həmişə yaşıl çay içirlər və yemək saatları da nizamlıdır. Qidalarında çoxlu tərəvəz istifadə edirlər. İldə bir və ya iki kilo ət yeyirlər. O da vitamin olsun deyə. Televizorda göstərilən ilan, böcək kimi şeyləri kafelərdə xüsusi günlərdə yeyirlər. Yoxsa hər gün belə şeylər yemirlər. Yeməkləri çox ədviyyatlı və acı olur. Soğan və sarımsağı çox istifadə edirlər. Çörəyi bizim kimi sobada deyil, buxarda bişirirlər. Axşamlar erkən yatdıqları üçün kafelər açıq olmur. Müəyyən yaşdan sonra isti su çox içirlər. Çinlilər yemək mövzusunda intizamlı olduqları üçün şişman Çinli görə bilməzsiniz. Hamısı arıq və idmançı bədəninə sahibdirlər. Fast food Çinə də çatdığı üçün, bundan sonra çinli gənclər bu xüsusiyyətlərə sahib ola bilərlərmi bilmirəm.

3. Dini yaşamları nə səviyyədədir?

Çində buddizm və batil dinlər çox məşhurdur. Məbədlər çoxdur. Əhalinin 5%-ni müsəlmanlar təşkil edir. Son zamanlarda İslam dinini araşdıraraq Müsəlman olanların sayında artım var. Kominizmlə idarə olunan bir ölkə olmasına baxmayaraq, hər kəs öz dini inanclarını yaşaya bilir.

5. Çinlilərin müsəlmanlara münasibətləri necədir?

Rəsmi orqanlarda çadra və namaz qılmaq qadağandır. Bunun xaricində evinizdə, çöldə istədiyiniz kimi yaşaya bilərsiniz. Amma çadralılar, dindarlar polis tərəfindən daim nəzarət altındadırlar. Uyğur milləti Çində yaşayan Kazaklarla müqayisədə daha dindardır. Hicablılar çoxdur. Qızları başlarını arxadan bağlayaraq məktəbə gedə bilirlər. Dövlət onların adəti olduğu üçün icazə verir. Amma yetişən gənclər geyim-keçim və mədəniyyət olaraq Çinlilərə etina edib onlara bənzəməyə başladı. Kazaklar öz gənclərində bu problem yaşanmasın deyə, Qazaxıstana ailələri ilə birlikdə köçürlər və ya uşaqlarını universitet oxumaları üçün Qazaxıstana göndərirlər. Uyğurlara aid radioda 24 saat dini məlumatlar, dini hekayələr şeir şəklinə salınıb yayımlanır. Milli şeirləri olduğu üçün dövlət icazə verir.

6- Çindən təhsil almaq üçün gələn Kazak şagirdlər müvəffəqiyyətləri ilə kursda diqqət çəkirlər. Çinin təhsil sistemi necədir?

1-ci sinifdən etibarən dərslər səhər saat 07:00-də başlayır. Səhər məktəbə getmək üçün 05:00-də yataqdan qalxırlar. "Bu uşaqdır dözə bilməz, bunun dərs saatını bir saat gecikdirək" deməzlər. Uşaqlar kiçik yaşdan etibarən erkən saatda qalxmağa alışdırılırlar. 1 saat əvvəl məktəbə gedirlər, bədənin və zehnin açılması üçün idman edirlər. Axşam 06:00-ya qədər dərslər davam edir.

Axşam 07:00-də təkrar məktəbə gedib 1 saat dərs edirlər. Makiyaj, bijüteriya, saç bəzəyi qadağandır. Bizim zamanımızda qız, oğlan şalvarlı eyni şəkildə formada olardıq. Şagirdlər saçları ilə məşğul olub dərsdən geri qalmasınlar deyə saçları hər zaman toplanmış olurdu. Hətta əvvəllər səkkizinci sinifə qədər qızların saçlarını darayaraq, şəkil verərək zaman itirməməsi üçün qısa kəsilərdi. Şagirdlər dərsdə hər zaman dik və nizamlı otururlar. Sinifdə hər kəs ipə düzülmüş muncuqlar kimi bir xətdə olurlar. Müəllimə hörmətsizlik olmaz.

Almira Xanım bizi Çinin mədəniyyəti haqqında məlumatlandırdığınız üçün təşəkkür edirik.

Mən də sizə təşəkkür edirəm.

Milli şairimiz Məmməd Akif Ərsoy Avropa səyahətinə çıxıb, geri qayıtdığı zaman, "Avropanı necə gördünüz?" sualına bu maraqlı cavabı verir: "Dinləri işimiz kimi, işləri dinimiz kimi?" Çin xalqının iş intizamına baxdığımızda Məmməd Akif kimi "dinləri işimiz kimi, işləri dinimiz kimi" deyə bilərik.

Çin xalqı haqq din üzrə olmasa belə, sünnətullaha uyğun çalışan quluna Allahu Təala müvəffəqiyyəti nəsib edir.

Peyğəmbər (s.ə.s.) ümmətini erkən qalxmağa təşviq üçün işlərinin bərəkətlənməsinə dua etmişdir: "Allahım! Ümmətimə günün ilk vaxtlarını bərəkətləndir" (Kutubu Sittə).

"Ayaqları şişənə qədər namaz qılan peyğəmbərin, gözləri şişənə qədər yatan ümmətiyik". Ümməti olaraq işimiz vaxtımızdan daha çoxdur.


Xədicə Şahin
Bu yazıya 844 dəfə baxılıb.