Qəlb İmanla Gözəlləşər


Samirə Mahmudova
Bu yazıya 615 dəfə baxılıb.

Allaha iman, insan ilə yaradanı arasındakı ən dəyərli bağı təşkil edər. Çünki yer üzündəki ən şərəfli varlıq insan, insanda ən qiymətli olan qəlb, qəlbini dəyərli edən isə imandır. Buna görə hidayət Allahın nemətləri arasında şəksiz şübhəsiz ən dəyərli və ən uca nemətdir. Allah Təala belə buyurmuşdur:

“Onlar İslama girdikləri üçün səni minnət altına salırlar. De ki: Müsəlman olmağınızı mənim başıma qaxmayın. Əgər dürüst insanlarsınızsa biləsiniz ki, sizi imana çatdırması əslində Allahın sizə bir lütfüdür” (Hucurat 17).

Bu ayə hidayətin Allahın bir lütfü olduğunu idrak edərək bu ilahi nemətin qədrini bilib onu ihsan dərəcəsinə çıxarmağın insanlar üzərinə vacib olduğunu bildirir.

İnsanda imanın əlaməti Allahın və Rəsulunun insana hər şeydən sevimli olması və bunun da söz, əməllər və hərəkətlərdə ortaya cıxmasıdır. Əgər bir insanın Uca Allahdan və Rəsulullahdan (s.a.s.) daha çox sevdiyi birisi varsa onun imanı öz təmizliyini və səmimiliyini itirmiş olur və bu hal onun əqidəsinin sarsılmasına gətirib çıxarır. Bu xüsusu Allah Təala ayədə belə bildirir:

“De ki: “ Əgər atalarınız, oğullarınız, bacı-qardaşlarınız, xanımlarınız, qohum - əqrəbanız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz ticarət, sevdiyiniz yerlər (məskən) sizə Allahdan, Rəsulundan və Allah yolunda cihad etməkdən daha sevimlidirsə, artıq Allah əmrini göndərincəyə qədər gözləyin. Allah fasiqlər qrupunu hidayətə çatdırmaz” (Tövbə 24).

Buna görədir ki, Rasulullah Hz. Ömərə xitabən: Heç kim məni atasından, uşağından və bütün insanlardan daha çox sevmədikcə tam iman etmiş sayılmaz” buyurmuşdur.

İman özünü sevgidə göstərdiyi kimi Allahın sözünü ucaltmaq üçün səy və bacarıq göstərmədə, hidayət bayrağını ucaltmaq uğrunda mübarizədə də cihadda da göstərir:

“Möminlər ancaq Allaha və Rəsuluna iman edən, ondan sonra əsla şübhəyə düşməyən, Allah yolunda malları ilə canları ilə savaşanlardır. Həqiqi doğru olanlar da məhz onlardır”(Hucurat 15).

“Möminlər içərisində Allaha verdikləri sözdə duran necə igidlər var. Onlardan bir qismi sözünü yerinə yetirib o yolda canini vermiştir, kimi də gözləməkdədir. Onlar heç bir zaman (sözlərini) dəyişdirməmişlər” (Əhzab 23).

Eyni zamanda imanın əlaməti – Allahdan qorxma və çəkinmədə özünü biruzə verir. Çunki Allahı layiqi ilə tanıyan Onun əzəmətini tanıyar, ucalığını və böyüklüyünü hiss edər, özünün aciz və zəif olduğunu idrak edərək Ondan qorxar.

“O peyğəmbərlər ki, Allahın göndərdiyi əmrləri insanlara çatdırır, Onlar yalnız Allahdan qorxarlar və Ondan başqa kimsədən qorxmazlar. Hesab görmək üçün Allah hər kəsə yetər” (Əhzab, 29).

İnsan Allah Təalanı (c.c.) nə qədər çox tanıyarsa (mərifətullah) bir o qədər qorxar. Rasulullah (s.ə.s.): “Mən sizin Allahı ən çox biləniniz və Ondan ən cox qorxanınızam” buyurmuşdur.

İmanın insandakı əlamətlərindən birisi də nəfsi təmizləyən, qəlbi saflaşdıran və həyatı canlı tutan saleh əməllərə sarılmasıdır. Bunların başında yaxşılığı əmr edib şərlərdən çəkindirmə gəlir.

“Əsrə and olsun ki,insan həqiqətən ziyan içindədir. Bundan ancaq iman edərək saleh əməllər işləyənlər, bir-birlərinə haqqı və səbri tövsiyə edənlər müstəsnadır” (Əsr surəsi).

Bu qeyd edilən xüsusiyyətlər saleh mömində varsa həyatındakı pozitif halını bir mənəvi gücə çevirər. Zəifliyi gücə, məğlubiyyəti zəfərə, yəsi (ümidsizlik) ümidə, ümidi də əməl və praktik həyata tökən də budur.

“Şübhəsiz peyğəmbərlərimizə və iman edənlərə həm dünya hayatında, həm də şahidlərin şahidlik edəcəkləri bir gündə yardım edərik” (Mömin, 51).

Allah Təala bizləri iman edərək ihsan dərəcəsinə yüksələn bəndələrindən və Muminin surəsinin başında zikr etdiyi həqiqi möminin vəsiflərini daşıyan əməli saleh möminlərdən eyləsin İnşaAllah!

Amin!


Samirə Mahmudova
Bu yazıya 615 dəfə baxılıb.