İtirilən Gənclik


Xədicə Şahin
Bu yazıya 744 dəfə baxılıb.

Körpə yaşda olan oğluma paltarlar almaq üçün dükanın oğlanlar üçün olan bölümünü gəzirdim. Qız anası olaraq uyğun paltarları tapmaqda çətinlik çəkdiyim üçün oğlan paltarı alacağım zaman bu qədər çətinlik çəkəcəyəmi düşünmürdüm. Bütün oğlan paltarlarında qırmızı, çəhrayı rənglər üstünlük təşkil edirdi. İnsanın geydiyi paltar onun psixologiyasına çox təsir edir. Bunu çox yaxşı bilən kapitalizm moda boyası ilə gəncləri paltarının rəngləriylə daha körpə yaşdan pozmağa başladığını gördüm. Kişi paltarları satılan hissələrə daha diqqətlə baxdıqda qırmızı, tünd qırmızı, dar cins şalvarlar, çəhrayı köynəklərin çoxluğunu fərq etdim. Peyğəmbər (s.ə.s.) sevimli nəvəsi Hz. Həsən doğulacağı zaman "Mənə xəbər verin" buyurur. Xəbər verdiklərində içəri girən Peyğəmbərimiz (s.ə.s.) körpənin üzərində sarı örpəyi görüncə hiddətlənib onu dəyişdirərək ağ örpəklə bələtdirir. Çünki o dövrdə ərəblərdə sarı qızlar üçün istifadə edilən bir rəng idi. Peyğəmbərimiz "Onsuz da kiçikdir, böyüyüncə diqqət edərsiniz!", demir.

Yaşamış olduğum bir hadisə insanın yaşadığı mühitdən və geydiyi paltardan psixoloji olaraq təsirləndiyini mənə öyrətdi: Bir gün Qırğızıstanın Bişkek qız quran kursundaykən altmış beş yaşlarında Tatar bir xala kursumuzu gəzib görmək üçün ziyarət edir. Xala cins şalvarıyla, paltosu, gedişiylə və oturuşuyla kişi kimi idi. Əvvəl bir az qəribsədik sonra peşəsini öyrənincə hal və hərəkətlərinin səbəbini anladıq. Sovetlər vaxtında uzun illər qaldırıcı kran operatoru olaraq çalışmışdı. Qadının bu hərəkətləri çalışdığı mühitin şərtlərindən dolayı meydana gəlmişdi. Geydiyi paltarlar, rənglər qədər insanlara verilən peşələr də xarakterlərinin meydana gəlməsində əhəmiyyətli bir rol oynayır. Bir ibtidai məktəb müəllimi nə qədər uşaqlaşıb, mərhəmətləşirsə, yük maşını və ya kran şoferi olan qadın da bir o qədər kişiləşir.

Hər keçən gün küçədə, televiziyada kişi kimi rahat hərəkətlər edən, oğlan dostunu yumruqlayan, təpik atan və ya söyən qızların və qız kimi geyinib, bəzək-düzəkli kişilərin sayının artdığını görürük. Bunun səbəbi paltarlar, istifadə edilən rənglər, peşələr və ya davamlı iki cinsin bir yerdə olaraq düşüncələrinin, xarakterlərinin bənzəməsidirmi?

Çox acınacaqlıdır ki, zamanəmizdə iki cins arasındakı bənzərliyi artırmaq və yaymaq məqsədiylə çox xüsusi və ciddi səylər sərf edilir, guya iqtisadi raharlıq təmin etmək üçün həm kişinin həm də qadının geyə biləcəyi (üniseks) geyimlər satışa çıxarılır. Ortaq istifadə edilən paltarlar kişi və qadının cinsiyyət olaraq özünü itirməsinə gətirib çıxarır.

Qız uşaqlarına verilən ana nəsihətləri düşündürücüdür. Şərqə doğru səfər etdikdə qadınların əziyyətinin, yükünün artdığını görürük. Əziyyət çəkən qadın, qızının onun çəkdiklərini yaşamasın deyə "Qızım oxu, maddi cəhətdən güclü ol, kimsəyə, ərinə belə möhtac olma, kişi kimi ol!", deyir. Bu ana belə nəsihətlərlə qızına yaxşılıq etdiyini düşünur. Anasının gücsüz, yumşaq, hər şeyə tamam deyib əzildiyini görən qız, verilən təlqinlərlə "Özümü əzdirməyəcəyəm!", deyərək böyüyür. Qadına yaraşan yumşaqlıq, mərhəmət, zəriflik bir müddət sonra itməyə başlayır. Fizika qaydalarına görə təbiət boşluq qəbul etmir. Boş qalan duyğuların yerini sərtlik, meydan oxuma, gücünü göstərmək kimi xüsusiyyətlər meydana çıxır. Bununla da kişiyə bənzər formalaşmağa başlayır.

Yalnız ananın nəsihətləri deyil, qərbdən gələn “azad olma” küləyi də insanlara təsir etdi. Qərb dəyincə azad, ayaqları üzərində dayana bilən, öz ehtiyacını kimsəyə möhtac olmadan qarşılaya bilən qadın imici qadınlarımıza, xüsusilə gənc qızlarımıza çox cazibədar gəlir. Xüsusilə qərb oxlu xarici reklamlarda oynayan manikenlərə baxsanız kişiyə xas baxışları vardır. Bu baxışlarıyla sizə belə deyərlər: "Sən mənə çata biləcək qədər güclü deyilsən. Mənim kimi olmaq istəyirsənsə güclü olmalısan!" İnsan heyran qaldığı kimsəni təqlid edər. Gənc qızların baxışı da bir müddət sonra reklamlardakı kişiyə xas baxışlara sahib manikenlərə bənzəməkdə gecikmədi.

Qərbin havasını ciyərlərinə çəkdiyi kimi mədəniyyətindən də zəhərlənmiş olan tanışım yeni evlidir, "İşdən evimə gələndə məni əyləndirəcək, məni məşğul edəcək bir heyvan istəyirəm", dedi. Biz də "Həyatının baharındasan səni əyləndirəcək, xoşbəxt edəcək sevimli bir körpə dünyaya gətir", dediyimizdə, "mən dəliyəmmi ömrümü uşağa xərcləyəm!" cavabını verdi. Çalışan, ayaqları üzərində

dayanmağı bacaran güclü bir qadın deməli bədbəxt ola bilir ki, özünü əyləndirəcək bir şeylərə möhtacdır. Özünü əyləndirəcək səbəb bir uşaq olsun. Uşaq demək özünü ona bağlamaq, fədakarlıq etmək deməkdir. Azad olan, kişiləşən güclü qadın analıq xüsusiyyətini fədakarlıq olaraq deyil də xərclənilən, itən vaxt olaraq görür.

Kişilər evlənəcəyi zaman “Yoldaşım da işləsin, evə iki maaş gəlsin rahat yaşayaq, maddi çətinlik görməyək”, deyir. Evə çörək gətirən qadın özünü kişi qədər haqq sahibi olduğunu düşünür. Hətta daha çox, çünki ev işləri də daxil olmaqla iki iş etmiş sayılır. Təbii ki, iki kəndirbaz bir ipdə oynamaz. Evin iki başı olunca evlilikdən çıtırtı səsləri yüksəlir və hüsran verici sonlar yaşanır.

Qadın, cəmiyyətin anasıdır. Ana, pozularsa cəmiyyət də pozular. Cəmiyyəti düzəltməyin yolu qadını düzəltməkdən və yaradılışına uyğun məsuliyyətlər daşımaqdan asılıdır.

Ana və ataların bir vəzifəsi də oğlanlarını qız kimi böyütməməkdir. Oğlanlar artıq evdən çıxmırlar. Səhərdən axşama qədər qız kimi evdə otururlar. Kişi çölə çıxmalıdır ki, məsuliyyət daşıya bilsin. Prof. Dr. Səbri Tandoğan özündən bəhs edərkən belə bir uşaqlıq xatirəsini paylaşır. "Anam üç yaşındaykən məni "get, bir kilo pomidor al, gəl" deyərək bazara göndərdi. Evə gəldiyim zaman pomidorların çürük olduğunu gördü və dəyişdirməyimi istədi. Mən də geri qayıdıb, dəyişdirdim və o gündən sonra bazarda bir daha aldadılmadım", deyir. Kiçik yaşda verilən məsuliyyət uşağı böyüdüb həyatla mübarizəni öyrədir. İndiki oğlanları evdə oturub, moda proqramlarıyla, yarışmalarıyla böyüdüncə görünüşləri dəyişmiş, şəxsiyyətlərini itirmiş kişi stilistlərə bənzəməkdə gecikməklə yanaşı məsuliyyət sahibi də ola bilmirlər.

Şəxsiyyətlərini möhkəm tikən, böyük zəlzələlərə davam gətirən nəsillər yetişdirmək duası ilə….


Xədicə Şahin
Bu yazıya 744 dəfə baxılıb.