Rəhmət qapısı; Mübarək ÜÇ AYLAR


Mətanət Kərimova
Bu yazıya 1571 dəfə baxılıb.

 

Üç aylar sonu mübarəkRamazan ayı ilə bitən, rəhməti, bərəkəti bol olan zaman dilimidir. Üç aylar, iчində daşıdığ xəzinələri ilə bizə ana kimi qucaq aчır. Yaxşı biz Üç ayları qarşılamağa, onları gözəl bir şəkildə yaşamağa hazırıqmı?

Bu aylar Qəməri təqviminə görə Rəcəb, Şaban və Ramazan aylarıdır. Bu aylar tövbə etməyin, bağşlanmağn, mənəvi təmizlənməyin, özünü yeniləməyin xəbərчisi olan Rəqaib, Merac, Bərat qəndili, Qədr gecəsi və Ramazan bayramı kimi mübarəkgün və gecələri ilə bir mənəviyyat mövsümüdür.

Rəcəb və Şaban ayları, rəhmət ayı olan Ramazanı qarşılayan aylar olub Ramazan ayının müjdəчisidir.

Rəcəb ayı

Rəcəb ayı, hicri təqviminin 7-ci ayıdır. Bu ay, Allahın müsəlmanlara bəxş etdiyi lütfdür. Bu ay, İslamda müqəddəs, mübarək, kəramətli ay hesab edilir. İmam Kazımın (ə.s.) təbiri ilə desək, Rəcəb, Behiştdə süddən ağ, baldan şirin bir nəhrin (чayın) adıdır. Eyni zamanda, Rəcəb ayı, haram sayılan aylardan biridir. Haram aylar 4-dür: Zil-qədə, Zil-hiccə, Məhərrəm və Rəcəb. Bu aylar “Əşhurul-Hurum” adlanır və bu aylarda müharibə etmək haramdır. Quranda “haram aylar” haqqında belə buyurulur: “Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığ gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü haram aylardır”. (Tövbə 36) Deməli, Rəcəb ayı, həm də, təhlükəsizlik, rahatlıq, arxayınlıq ayıdır. Müsəlmanların bu ayda daha чox ibadət və itaət etmək imkanı vardır.

Rəcəb əhli, Behişt əhlidir.

Rəcəb ayında oruc tutan, tövbə edib bağşlanma diləyən, bir sözlə ibadət edən kimsələr, bu ayın hörmətini uca tutan, Allahın razılığnı düşünən kimsələrdir. Onlar hədisdə “Rəcəb əhli”, “Rəcəb ayının camaatı” kimi təqdim edilmişdir. “Rəcəb əhli” bu ayı ixlas ilə ibadət edənlərdir ki, Allah-Təala onlara Behiştdə saraylar vermiş, onların чöhrəsini nurlu etmiş, bu nurdan ətrafdakıları da, faydalandırmışdır.

Şaban ayı

Hicri ayların səkkizincisi və mübarəkÜç ayların ikincisi olan Şabanın kəlmə mənası; “чoxlu qol-budaq ataraq böyüyüb inkişaf edən” deməkdir. Şaban ayına bu adın verilməsinin səbəbi, Enesin (r.a.) Peyğəmbərimiz (s.ə.s.)dən rəvayət etdiyi bu hədisi-şərifdir:

 “Bu ayda bol xeyir-bərəkət olduğığu Üçün, oruc tutan kimsə cənnətə girincəyə qədər qol-budaq atar, böyüyər”. (Camiüs-Sağir)

 Yəni bu ayda oruc tutan kimsə Üçün xeyirlər o qədər bollaşır ki, bu xeyir  cənnətə girincəyə qədər qollu-budaqlı bir ağacı xatırladır.

 Şaban ayına dəyər verənin qiyamət günü yardımчısı Rəsulullah (s.ə.s.)dir.

 Şaban mənim ayımdır. Kim Şaban ayına dəyər verirsə, mütləq ki, o, Mənim əmrimə önəm vermiş olur. Mənim əmrimi böyük tutana isə, Mən qiyamət günü  şəfaətчi olaram”.  (Dürül Mənsur)

Şaban ayı xeyir və bərəkətlərin endiyi aydır. Şaban ayında Peyğəmbərimiz (s.ə.s.) Ramazan ayı orucları Üçün özünü hazırlayardı. O (s.ə.s.), Şaban ayında чoxlu oruc tutardı. Məlumdur ki, Ramazan ayında yalnız orucla kifayətlənmirik, bundan əlavə gecə namazlarına qalxırıq, Qurani Kərim oxuyuruq. Məhz o əməllərə də indidən hazırlıqlar görmək lazımdır ki, Ramazan ayı daxil olduqda birdən-birə ağr ibadətlərə başlayıb, bir həftə sonra yorulub əldən düşməyək.

Ramazan ayı

Ramazan, Allahın ona yaxınlaşmaq istəyən qulları Üçün bir fürsətdir. Ramazan, ibadətlərin qarşılığnda savabların qat-qat artıq verildiyi və Allaha yaxınlaşmaq Üçün bütün yolların asanlaşdırıldığ bir aydır.

Ramazan Qəməri aylardan doqquzuncusunun adıdır. Bu ay müsəlmanların oruc tutmaqla mükəlləf olduqları, dinimizcə uca və müqəddəs qəbul edilən bir aydır. Ramazan, ərəbcə bir sözdür. Bu mübarəkaya Ramazan adının verilməsindəki hikmət belə ifadə olunmuşdur:        

1- Yaz sonunda, payız mövsümünün əvvəlində yağb yer üzünü tozdan təmizləyən yağş mənasına "ramda" sözündən alınmışdır. Bu yağşın yer üzünü təmizlədiyi kimi, Ramazan ayı da möminləri günah чirklərindən təmizləyər.

2- Günəşin şiddətli hərarətindən daşların yanıb qızması mənasına olan "ramad" sözündən alınmışdır. Belə qızğn yerdə gedənin ayaqları yanar, zəhmət və məşəqqət чəkər. Bunun kimi oruc tutan kimsə də aclıq və susuzluğun hərarətinə dözər, məşəqqət чəkər, iчi yanar. İsti torpaq orada gedənlərin ayaqlarını yandırdığ kimi, Ramazan da möminlərin günahlarını yandırar, yox edər.

Bu ayda görülən bütün ibadət və fərz əməllərinin savabı, başqa ayda görülənlərdən fərqli və üstündür. Xeyir əməllər isə məhdudiyyətsizdir. İndi təsəvvür et ki, sən Ramazanda hər fərz namazına, zəkata, Quran oxumağa və oruca görə nə qədər savab mükafat ala bilərsən?!

Ramazan ayına "on bir ayın sultanı" deyilmişdir. Bu ayın xüsusiyyətlərini belə sıralaya bilərik:

  1. Qurani Kərimdə adı aчıq olaraq keчən tək ay Ramazan ayıdır.
  2. Qurani Kərim bu ay iчərisində endirilmişdir.
  3.  Qurani Kərimdə, "min aydan daha xeyirli" olduğu ifadə olunan Qədr gecəsi bu ay iчərisindədir.
  4. Dinimizin beş təməlindən biri olan oruc ibadəti bu ayda üzərimizə fərz qılınmışdır.
  5. Fitrə sədəqəsi vermək bu aya məxsus bir ibadətdir.
  6. Təravih namazı da bu aya məxsus ibadətlərimizdəndir.

O elə bir aydır ki; əvvəli rəhmət, ortası bağşlama və sonu da Cəhənnəm atəşindən qurtuluşdur.


Mətanət Kərimova
Bu yazıya 1571 dəfə baxılıb.