Göbələk xəstəliyi

Vüqarə Məmmədova
Bu yazıya 528 dəfə baxılıb.

Gündəlik həyatımızda fikir vermədiyimiz bir çox hallar bizi müalicəsi asan olmayan və yorucu bir proses olan xəstəliklərə yoluxdura bilər. Belə xəstəliklərdən biri də göbələklərdir. Göbələk dedikdə insanın ağlına birinci növbədə ayaqlar gəlir. Lakin göbələk tək ayağa məxsus xəstəlik deyil. Bədənin istənilən nahiyəsində yarana və yayıla bilən bu xəstəlikdən bu gün Azərbaycanda əziyyət çəkən kifayət qədər insan var. Ayaqda göbələk infeksiyaları çoxlarını narahat edən problemdir. Bu xəstəlik çox geniş yayılıb və yaranma mənbəyi də natəmizlikdir. Qulluq olmayan, natəmiz saxlanılan ayaqlar birbaşa xəstəlik mənbəyidir.

Göbələk xəstəliyi el arasında sağalmaz xəstəlik kimi də məşhurdur. Bir dəfə bu xəstəliyə yoluxan insan zaman-zaman yenidən xəstəliyə yoluxma təhlükəsi ilə üz-üzə qalar deyə bir düşüncə mövcuddur. Lakin dermatoloqlar bu fikirdədir ki, düzgün müalicə ilə göbələkdən qurtulmaq mümkündür. Üstəlik bir daha yoluxmamaq üzrə.

Göbələk xəstəliyinə yoluxmamaq üçün olduqca təmiz, gigiyenik və sağlam həyat tərzi sürmək lazımdır. Göbələk xəstəliyinin insana yoluxması çox asandır. Buna görə də, diqqətli olmaq əsas şərtdir. Göbələklər müxtəlifdir. Heyvandan, insandan, torpaqdan, əşyalardan keçmə qabiliyyətinə malikdir. Heyvandan insana, eləcə də insandan insana keçən göbələklər iki insanın eyni əşyadan istifadə etməsi zamanı da yoluxa bilər. Xüsusən harasa qonaq gedəndə verilən ev başmaqlarından, əl-üz dəsmallarından, kafelərdə, yaxud idman zallarında olan dəsmallardan, ümumi oyun yerlərində ayaqqabı dəyişmə tələbi olduğu zaman verilən xüsusi ayaqqabılardan, ümumi hamam və saunalardan, dəyişik düşən corablardan göbələyin keçməsi mümkündür. Buna görə, mümkün qədər diqqətli olmaq, ailə üzvləri olsa belə onlarla eyni geyim, yaxud dəsmallardan istifadə etməmək lazımdır.

Göbələk yerləşməsinə görə bədənin müxtəlif nahiyələrində ola bilər və yerləşməsindən asılı olaraq görünüşü də dəyişər. Uşaqlara nisbətən böyüklərdə rast gəlinən göbələklər ən çox ayaq və qulaqda yerləşir. Uşaqlarda isə əllərdə, barmaq aralarında və baş dərisində olur. Müalicəsi uzunmüddətli olsa da effekt verir və göbələk tamamilə sağalır.

Göbələyin ilkin göstəricisi qaşıntıdır. Qaşıntı olan bölgədə böyük ehtimalla göbələyin yayılması baş verir. Halqa formasında, iç-içə olan suluqlu yaralar, dərinin tökülməsi, ətin büzüşməsi göbələyin varlığının göstəricisidir. İlkin mərhələdə sadəcə qaşınma və qızarma olaraq nəzərə çarpan göbələk vaxtında müalicə olunmadıqda daha da ağırlaşır və bir növ dərini çürütməyə başlayır. Ayaqlara düşən göbələklər dırnağın qalınlaşmasına, formasını itirməsinə, sərtləşməsinə, pul-pul tökülməyinə səbəb olur. Göbələyin ən çox yayıldığı yer isə ayaqlar, dırnaqlar, barmaq araları və ayaq dabanıdır.

 Göbələyin daha çox ayaqda yaranmasının səbəbi ayağın digər bədən üzvəri ilə eyni şəraitdə olmamasıdır. Ayaqların daim bağlı qalması, ayaqqabıların hava keçirməməsi, ayağın tərləməsi və nəmli qalması göbələk üçün şərait yaradır. Ayaq barmaqları arasında kök salan göbələk şiddətli qaşınma və suluqlar yaradır. Ayağı qaşıdıqda isə vəziyyət daha da gərginləşir. Ayaqda göbələk varsa, üstəlik təmizliyə riayət edilmir və digər mikroblar da bulaşarsa, vəziyyət daha da pis olur. Göbələyin yaranmaması üçün bədəni daim quru saxlamaq lazımdır. Başqa insanların əşyalarından istifadə etməmək, nəm corablar geyinməmək, ayaqları mütləq qurulamaq lazımdır. Göbələk nəmli mühitləri sevdiyi üçün mümkün qədər bədəni quru saxlamaq vacibdir.

Göbələyin müalicəsindən əvvəl onun növü müəyyənləşdirilməlidir. Göbələk olan hissədən qazıma yolu ilə nümunə götürülür və mikroskopda baxılır. Göbələyin növü müəyyən olunduqdan sonra müalicəyə başlanılır. Göbələyin yeri və növü müəyyən olunduqdan sonra müalicə yazılır. Uzunmüddətli müalicədir, lakin müalicəni yarıda kəsmək effekt vermir. Sağaldıqdan sonra da bir müddət davam etmək lazımdır. Müxtəlif dərmanlar və mazlarla müalicə olunur. Ən az 3 ay davamlı və diqqətli müalicəni aparmaq azımdır. Dərinliyindən asılı olaraq 1 ilə qədər də müddəti uzana bilir. Göbələk xəstəliyi müalicə olunmadıqda bütün bədənə yayıla bilər. Nəticədə bütün bədən çox çirkin bir görünüş almış olacaq. Müalicədən sonra isə kəskin izlər yaranacaq. Odur ki, göbələk yarandığı və narahat etdiyi andan müalicə etmək vacibdir.

Elə göbələk xəstəlikləri də var ki, onların törədiciləri, yəni maya göbələkləri bütün insanların dərisində, selikli qişalarda olur, lakin orqanizm zəiflədikdə, əsasən antibiotiklərin nəzarətsiz qəbulu və gigiyenik qaydalara düzgün riayət edilmədikdə baş qaldırır. Bu zaman dəri və selikli qişalarda qızartılar, qabıqlanma və qaşınma müşahidə olunur. Əgər bu əlamətlər kimisə narahat edirsə, mütləq həkimə müraciət etmək, başqaları ilə yaxından təmasda olmaqdan çəkinmək lazımdır.

Məlum olduğu kim göbələk xəstəlikləri öz formasına görə bir neçə qrupa ayrılır. Bunlar arasında təhlükəli olanı da var, tez müalicə olunanı da.

Mikrosporiya – xüsusilə çox yoluxucudur. O əsasən uşaqlar arasında yayılıb. Başlıca yoluxdurucu pişiklərdir.

Keçəllik – göbələk xəstəliklərindən biridir, Onun törədiciləri ev heyvanlarından (it, pişik, dovşan, siçan və quşlar: toyuq və ördəklər) uşaqlara və yeniyetmələrə yoluxur. Bu zaman tüklər qırılmır, tökülür, onların dibində narıncı qartmaq olur.

Saya dəri trixofitiyası – əksəriyyətlə bədənin açıq yerlərində (üzdə, boyunda, əllərdə) olub, burada parlaq-qırmızı dəyirmi formalı və azca qabarıq ləkələr əmələ gətirməsi ilə fərqlənir. Ləkələr tədricən böyüyür və onların səthi nazik qabıqla örtülür, kənarlarında isə bəzən halqa şəklində xırda qovuqlar əmələ gəlir.

Qoturluq – yoluxucu dəri xəstəliyi olub, parazitlər (gənələr) tərəfindən törədilir. Dişi gənələr dəri səthində özünə yol açaraq orada yumurtalarını qoyur. Yumurtalardan çıxan sürfələr dəri səthinə çıxaraq, dərini dişləyirlər və bu da qaşınmaya səbəb olur. Xəstəliyin əsas əlaməti büküşlərdə səpgilər (xüsusilə barmaqlar arasında, beldə, qarın nahiyəsində, qoltuqaltı, dizaltı) və gecələr artan güclü qaşınmadır. 