Könül İqlimindən İncilər


Osman Nuri Topbaş
Bu yazıya 366 dəfə baxılıb.

Kainatda var olan hər zərrə, daima Cənabı-Haqqa itaət halındadır. Günəş bu itaət çərçivəsində doğub batır. Günlər bu itaətlə uzanıb qısalır. Topraq bu itaəti səbəbi ilə bağrına əmanət edilən toxumu böyüdür. Məsələn, bir balıq, bu itaətə baş qaldıraraq suyun xaricində yaşamağa çalışmır. Çünki suyun xarici onun üçün bir ölüm okeanıdır. Yəni bütün mövcudat Allaha olan bu itaəti səbəbindən həyatlarından məmnun və dinclik içərisindədir. Yaxşı, insan nə ilə dinclik tapacaq? Ayəti-kərimədə Rəbbimiz insanın nə üçün yaradıldığını belə bildirir: "Mən cinləri və insanları, ancaq Mənə ibadət etsinlər deyə yaratdım" (Əz-Zariyat, 56).

Yəni insan Rəbbinə “qul” ola bildiyi ölçüdə hüzurlu, rahat, və məsuddur. Əksi mümkün deyil!.. Allaha məhəbbətin ən böyük əlaməti, Ona itaətdir. “Məhəbbət, fədakarlığı, fədakarlıq da itaəti gərəkdirir” düsturuna görə, Rəbbini sevən bir mömin, daima Ona itaət halında olur. İtaət və təslimiyyət ilə edilən az bir ibadət, itaətsiz və təslimiyyətsiz edilən dağlar qədər ibadətdən Haqq qatında daha məqbuldur. Çünki Cənabı-Haqq ayəti-kərimədə; “ اكَْثرَُ عَمَلً / daha çox əməl” deyil “ احَْسَنُ عَمَلً / daha gözəl əməl” buyurur. (əl-Mülk, 2) Yəni əməlimizdə keyfiyyət olaraq Cənabı-Haqqa ixlas və sədaqət üzərə bir itaət və təslimiyyət istəyir. Çünki qulluq, itaət və təslimiyyətlə başlar. Necə ki, şeytan, uca dərgahdan ibadət əskikliyi səbəbi ilə deyil, itaət və təslimiyyətdə etdiyi nöqsanlara görə qovulmuşdur. Cənabı-Haqq qulundan daim həmd, şükür və

riza halı arzu edir. Çünki imtahan aləmi olan bu dünyada insana bəxş edilən hər nemət və başa gələn hər müsibət, bir növ saf qızılın digər mədənlərdən ayrılması üçün yüksək atəşə tabe tutulması kimi bir təcəllidir.

Şeyx Sədi Şirazi belə deyir:

"Haqq Təalanın lütf və ehsan buyurduğu bəxtə və ruziyə qənaət etməyən kimsə Allahı bilməmiş və Ona itaət etməmiş olar".

Bir hədisi-qüdsidə belə buyurulmuşdur:

"Bəzi mömin qullarımı ancaq zənginlik sağlam (bir müsəlman) eylər (onun imanını qoruyar); onu kasıb etsəm, bu vəziyyət onu fəsada uğradar. Bəzi mömin qullarımı da kasıblıq sağlam tutar (imanını qoruyar); ona ruzisini bol versəm bu vəziyyət onu fəsada uğradar. Bəzi mömin qullarım, qulluqda bir dərəcə istər. Lakin Mən ucba (əməlinə güvənmək) girməsin, beləcə özünü bəyənməsi onu fəsada uğratmasın deyə bu istəyini ona vermərəm. Bəzi mömin qullarımın imanını ancaq səhhət sağlam tutar; onu xəstə etsəm bu vəziyyət onu fəsada uğradar. (Ravi dedi ki: Zənnimcə, bunu da dedi:) Bəzi mömin qullarımın imanını ancaq xəstəlik qoruyar; onu sağlam etsəm bu vəziyyət onu fəsada uğradar. Mən qullarımın işlərini, ürəklərinə dair elmimlə yoluna qoyaram; Mən hər şeyi bilən və hər şeydən xəbərdar olanam" (Beyhəqi, əl-Əsma vəs-Sifət, s. 122).

Qulluq payını qazana bilmək, Peyğəmbərimizin mübarək həyatını öz həyatımıza nəqş edə bilməklə mümkündür. Çünki Onun həyatı, Allaha vasil ola bilmək üçün təqib ediləcək yeganə yoldur. Ayəti-kərimədə buyurulur: “Allaha və Peyğəmbərə itaət edin”. Əgər üz çevirsəniz, (bilin ki,) o ancaq özünə həvalə edilənə cavabdehdir, siz də ancaq özünüzə həvalə edilənə cavabdehsiniz. Əgər ona itaət etsəniz, doğru yola yönəlmiş olarsınız. Peyğəmbərin öhdəsinə düşən isə ancaq açıq-aşkar təbliğat aparmaqdır. (ən-Nur, 54)

Bu səbəbdən Onun izni olmadan gedilən hər yolun sonu uçurum, alınan hər qərarın nəticəsi hicran və Ondan uzaqlaşan hər könlün aqibəti acı bir xüsrandır. Allahı sevən, Allahın da onu sevməsini istəyən, Kainatın Fəxrinə məhəbbətlə itaət etməlidir. Çünki Ona itaət, həqiqətdə Cənabı-Haqqa itaətdir. Necə ki, ayeyi-kərimədə belə buyurulur: Kim Peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olar…” (ən-Nisa, 80)

Yenə ayəti-kərimədə bildirildiyi üzrə, Cənabı-Haqqın sevgisini qazana bilmək də, ancaq Allahın Sevgili Rəsuluna məhəbbətlə itaət sayəsindədir:

(Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!” (Âli İmran, 31) Cənabı-Haqqın ilahi rəhmətinə nail olmaq, ancaq Qurani-Kərim və Rəsulullaha tabe olmaqla mümkündür. Necə ki, belə buyurulmuşdur: Bizə bu dünyada da yaxşılıq yaz. (Dünyada yaxşı əməllər, axirətdə Cənnət qismət elə). Biz (tövbə edib bağışlanmağımızı diləyərək). Sənə tərəf (hüzuruna) döndük!” (Allah) buyurdu: “İstədiyimi əzabıma düçar edərəm. Mərhəmətim hər şeyi ehtiva etmişdi. Onu Allahdan qorxub pis əməllərdən çəkinənlərə, zəkat verənlərə, ayələrimizə iman gətirənlərə yazacağam! O kəslər ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükləri rəsula–ümmi (heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli) peyğəmbərə tabe olurlar. (O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar (şəriətin çətin hökmlərini götürər). Ona (o Peyğəmbərə) iman gətirən, yardım göstərən və onunla (Quranın) ardınca gedənlər məhz onlar nicat tapanlardır!” (əl-Əraf, 156-157)

Mərhum Məmməd Akifin "Dişsizmi bir insan, onu qardaşları yeyərdi!" - deyərək təsvir etdiyi cahiliyyə insanını əshabı-kiram mövqeyinə yüksəldən həqiqət, onların Peyğəmbərimizə olan sonsuz sevgi, bağlılıq və itaətləridir. Onlar, iki ürək arasında bir cərəyan xətti olan məhəbbəti çox yaxşı istifadə etdilər. Beləcə Allah Rəsuluna tam bir təslimiyyətlə etirazsız boyun əydilər. Bütün ümmətə, hidayət səmasının ulduzları oldular.

Ayəti-kərimədə buyurulur:

“Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik...” (ən-Nisa, 64)

Bu keyfiyyət, Allah Rəsulunda bir zirvə təşkil etmiş olduğundan Onun haqqında belə buyurulmuşdur: “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (əl-Əhzab, 21)

Bir kimsə, İmam Şafiyə rəvayət etdiyi bir hədis ilə əməl edib etmədiyini soruşmuşdu. İmam Şafi titrəyib sarsıldı və ona belə cavab verdi: "Ey insan! Rəsulullahdan hədis nəql edib ona lazımınca hökm etməsəm bu yer məni daşıyarmı, bu səma məni altında saxlayarmı? Əlbəttə onunla əməl edirəm! Onun hər sünnəti, mənim üçün doyumsuz bir ləzzətdir, başım-gözüm üstünədir! " (Beyhaki, Mənakibuş-Şafi, I, 475)

Məhəbbət, itaəti gətirər. Necə ki, İmam Malik, Rəsulullah ilə eyniləşmənin vəcdi içində yaşamağa səy etdi. Mədinəyi-Münəvvərədə heyvan üzərinə minmədi, dəfəi-hacətə (təbii ehtiyac) çıxmadı. Rövzədə imam ikən həmişə batıq səslə danışdı. Hətta bir dəfə dövrün xəlifəsi Əbu Cəfər Mənsur yüksək səslə danışınca:

"Ya Xəlifə! Bu məkanda səsini asta çıxar! Allahın xəbərdarlığı səndən daha çox fəzilətli insanlar üzərinə endi, buyurdu və bu ayəti-kəriməni oxudu: “Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və bir-birinizlə ucadan danışdığınız kimi onunla ucadan danışmayın! Yoxsa, özünüz də bilmədən, əməlləriniz puç olar”. (əl-Hucurat, 2)

Yenə əcdadımız Osmanlı, Peyğəmbərimizə məhəbbətlə itaət düsturunu zədələməmək üçün böyük bir diqqət göstərmişlər. Hətta bu həssaslığın bir təzahürü olaraq Məscidi-Nəbəvinin təmirində hər daşı dəstəmazlı və bəsmələ ilə yerinə qoymuşlar. Çəkiclərinə də keçə bağlayaraq Rəsulullahın ruhaniyyətini narahat etməkdən şiddətlə çəkinmişlər. Heç kimsə bəşəri kəmalatda

Peyğəmbərimizin səviyyəsinə çata bilməz. Çünki O, zirvədəki bir nümunədir. Lakin qabiliyyəti və gücü nisbətində Onun izində gedən hər kəs, öz aləmində bir kiçik Məhəmməd ola bilər. Necə ki, əsrlərcə İslamın bayraqdarlığını etmiş olan millətimizin, vətən müdafiəsində olan qəhrəman əsgərlərinə "Məhmətciq" adını vermiş olması da bu incə düşüncədən irəli gəlir. Habibullah Peyğəmbərimizə tabe olmaq xüsusunda yenə Cənabı-Haqq, bizlərə belə əmr buyurur:

“Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir” (əl-Həşr, 7).

“Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!” (ən-Nisa, 69)

Bu ilahi xəbərdarlıq da, bu xüsusdan ayrı qalanlar üçün böyük bir təhdid mahiyyətindədir: Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə, riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın! (Muhamməd, 33)

Rəsulullah, əbədi aləmə köçdükdən bir neçə gün əvvəl: "Məscidə açılan bütün (xüsusi) qapılar bağlansın, yalnız Əbu Bəkrin qapısı açıq qalsın!" - buyurmuşdur. (Buxari, Əshabun-Nəbi 3, Mənakibul-Ənsar 45, Salat 80; Müslim, Fəzailu-Səhabə, 2)

İşari mənada bu deməkdir ki, Allah Rəsuluna xüsusi yaxınlıq qapısı, Ona, Həzrəti-Siddiq misalı tam bir sədaqət, təslimiyyət, itaət, fədakarlıq, dostluq və məhəbbət ilə açıla bilər. İndiki vaxtda, təəssüf ki, İslam haqqında söz söyləyən bəzi bədbəxt kəslərin, "Bizə Quran kafidir, sünnəyə ehtiyac yoxdur" şəklində səhv bir düşüncəni müdafiə edərək, kafi dərəcədə dini bilgisi olmayan müsəlmanları çaşdırmağa çalışdıqlarını görürük. Lakin yuxarıda zikr edilən ayələr açıqca göstərir ki, Peyğəmbərimizi nümunə götürmək, Ona tabe olmaq şəxsən Rəbbimizin əmridir. Bunun əksini düşünmək, Allah qorusun qulu dinsizliyə aparan bir hadisədir. Məsələn, bizə namazı fərz qılan Rəbbimizin bu əmrinə, ancaq Peyğəmbərimizi təqlid etmək surətiylə tabe ola bilirik. Əxlaqın ən ucasını, Onu təqlid etmək surətiylə öyrənirik. Dini Ondan öyrənirik. Çünki Cənabi-Haqq: Onu Cəbrail (Ruhuləmin) endirdi: (Günahkarları Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) peyğəmbərlərdən olasan deyə, Özü də açıq-aydın ərəb dilində sənin qəlbinə (nazil etdi) - buyurur (Əş-Şuəra, 193-195).

Yəni Peyğəmbərimizin həyatı və mübarək ağzından çıxan hədisi-şəriflər Quranın həyata tətbiqi və feili bir təfsiri mahiyyətindədir. Ondan ayrı düşmək isə, zəlalətin zirvəsidir. Cənabı-Haqq cümləmizi, Peyğəmbərimizə can-dildən itaət bərəkəti ilə ilahi məhəbbətinə nail etdiyi saleh qulları zümrəsinə qovuşdursun. Amin! ..


Osman Nuri Topbaş
Bu yazıya 366 dəfə baxılıb.