Ailədə ilk öncə İman


Neslihan Güneş
Bu yazıya 652 dəfə baxılıb.

Bismilləhir rahmənir rahim.

Allaha həmd, Rəsuluna salat və salam olsun.

"Ey iman edənlər! Allaha, Onun Elçisinə və Elçisinə nazil etdiyi Kitaba və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allahı, Onun mələklərini, kitablarını, elçilərini və Axirət gününü inkar edən şəxs dərin bir azğınlığa düşmüşdür" (Nisa 4/136).

Biz bu çağırışı eşitdik və “ləbbeyk ya Rəbb!”- dedik.

İman etmiş və İslam sərhədlərinə girmiş bir müsəlman hər şeyə iman nəzəri ilə baxar, elə inanar və həyatda bu cür yaşamaq üçün səy göstərər.

İnsanlıq ailə müəssisəsinin önəminin hər zaman fərqində idi, amma vəhy endikdən sonra ailə, fərqli bir ölçü qazandı. Quran ailəni layiq olduğu ən gözəl yerə oturtdu və bunun yaşanmış şəklini Rəsulullah (s.ə.s.) və səhabələr bizə ən ideal şəkildə göstərdi.

Dəyərlərin itirildiyi, haqla batilin bir-birinə qarışdığı zəmanəmizdə, bəzi məsələləri bir daha nəzərdən keçirib qiymətləndirmək məcburiyyətindəyik. Bu mövzulardan biri, bəlkə də ən əhəmiyyətlisi ailəyə baxışımızdır.

İnanmış bir kişi və qadın yuva qurduqları zaman əslində iman mübarizəsinin qalasını qurmuş olurlar. Bizim yuvamız elə qalaya bərabərdir. Bu qala möhkəm olsa qorumaq istədiyimiz bütün dəyərləri qorumuş olarıq. Ailə sağlamdırsa, zülm, zina, oğurluq, qətl, kimi cəmiyyətləri qucaqlayan fəlakətlər cəmiyyətdə yer əldə edə bilməz. Amma qalalar zəifləsə, hər cür pislik, mikrob cəmiyyəti bürüyər və sağlam hüceyrələrə də zərər vurar.

İşimiz, məşğuliyyətimiz, vəziyyətimiz hər nə olursa olsun, evimizə gəlməyimiz və "Allah Təala mənim ailəmdən razıdırmı?" - deyə soruşmalıyıq.

Həyatın çətinliyi ilə yaşanan təlaş, ruzi arxasınca qaçmaq bəzən ən vacib olanın əldən çıxmasına səbəb ola bilər. Nəticədə asi gənclər, namazsız, örtüsüz övladlar yetişir.

Ailəmizlə əlaqədar unutmayacağımız ən əhəmiyyətli xüsus:

“Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə (heç vaxt) asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər vardır” (Təhrim, 6).

Ailə üzvlərimizdən hər kəsdən və hər şeydən əvvəl məsuluq. Namaz qılmayan bir övladımız ürəyimizin ağrısı olmalıdır, təsəttürsüz bir qızımız içimizi yandırmalıdır.

Xüsusilə ailə başçımız olan kişilərə çox iş düşür. Qurani-Kərim kişiyə “kavvam”, yəni məsul və idarəçi xüsusiyyətini verir (Baxın. Nisa 4/34).

Abdullah b. Ömərin (r.ə.) nəql etdiyi bir hədisdə Allah Elçisi (s.ə.s) belə buyurdu: "Hamınız çobansınız və hamınız əlinizin altındakılardan məsulsunuz. İdarəçi bir çobandır. Kişi,

ailə əhlinin çobanıdır. Qadın, ərinin evi və uşaqları üçün çobandır. Hamınız çobansınız və hamınız güddüklərinizdən məsulsunuz" (Buxari, Nikah, 91).

Kişi ailəsinin ruzisi qədər, hətta daha çox, ailə fərdlərinə xidmətdən də məsuldur. Xanımının, uşaqlarının namazı, zikri, təsəttürü, haramlara qarşı xəbərdar edilməsi ilk öncə atanın vəzifəsidir. Bu ağır vəzifədə salehə yoldaş olmağa çalışan ana də əlindən gələni etməlidir. İslami şüuru yerində olduğu halda, hətta bəzən başqalarına İslamdan bəhs edən insanın ailəsinə laqeyd olması yolverilməzdir. Qərbin amansız bir mübarizə içində olduğu düşünülsə, evlərimizə girən internet, tv kimi ailəmizə mənfi təsirlərin artması qarşısında aciz qala bilərik. Bu gün tv və internetdəki qeyri-əxlaqi proqramlar, əxlaqımızı hətta daha əhəmiyyətlisi inancımızı hədəf almışdır.

Ailə iman əsasları və ibadətlərin öyrənildiyi ilk mərkəzdir. Hər ev bir məscid və ya mədrəsə ola bilsə, biz bunun mübarizəsini edə bilsək inşallah bu ümmət qəflət pərdəsini yırtacakdır.

İman əsasları evimizin ən əhəmiyyətli məsələsi olmalıdır:

1-ALLAHA İMAN: Quranın çəkdiyi çərçivə daxilində bir Allah inancı, uşaqlarımıza yaşlarına uyğun olaraq verilməlidir. "Allah yandırar, Allah daşa döndərər!" şəklində olan və yalnız əzab verən bir Allah inancı nə qədər təhlükəlidirsə, nə olursa olsun hər günahı bağışlayacaq bir Allah inancı da o qədər təhlükəli və əskikdir. Bu zamanla uşaqları, günahları kiçik görməyə yönəldəcəkdir. Quran-i Kərimdə və səhih sünnədə olan Allah (c.c.) inancı verilməlidir.

Şeytan, insanları Allahın rəhmətinin və əfvin geniş olması ilə aldadar və onları günah işləməyə təşviq edər. Onlara sanki "yeyin, için, kefinizə baxın, ibadəti sonra edərsiniz, Allah necə olsa əfv edəndir, sizi də bağışlayar" deyər. Quran-i Kərim, bizi bu məqamda xəbərdar edir:

“Ey insanlar! Rəbbinizdən qorxun. Atanın oğula, oğulun da ataya heç bir şeylə kara gələ bilməyəcəyi bir gündən həzər edin. Allahın vədi, şübhəsiz ki, haqdır. (Qiyamət günü mütləq gələcəkdir). Ehtiyatlı olun ki, dünya həyatı sizi aldatmasın. Şeytan sizi Allaha arxayın edib (Allah Öz bəndələrinə mehribandır, onların hamısını bağışlayacaq, günahlarından keçəcək deyə) tovlamasın!” (Loğman, 33)

Xabir (hər şeydən xəbərdar), Alim (hər şeyi haqqıyla bilən), Bəsir (hər şeyi görən) Səmi (hər şeyi işdən) bir Allah inancı yerləşsə o evdə hüzur və güvən olar.

Hələ ikinci sinifə gedən bir uşaq müəllim tapşırığını niyə etmədin deyincə:

* “Əvvəl ürəyim etmək istəmədi müəllimim, sonra da çatdıra bilmədim”.

Bu cavaba çaşan müəllim – “Hımmm, yaxşı niyə xəstəyəm, ya da başqa bir bəhanə demədin?”

O zaman yalan olardı siz inanardınız amma hər şeyi bilən Allah doğrunu onsuz da bilir. Həm mənim adım Məhəmməddır, yalan mənə yaraşmaz, dedi.

Uşaqlarımız imanı öyrənsə kiçik möminlər olaraq bizə gözəl tablolar göstərə bilərlər.

2-MƏLƏKLƏRƏ İMAN:

“Xatırla ki, (insanın) sağında və solunda (onun bütün əməllərini) təsbit edən (qeydə alan) iki mələk oturmuşdur! Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!” (Qaf 50; 17,18)

Mələklər, bizim iman əsaslarımızdandır. Onların varlığı, vəzifələri yenə uşaqlarımızın yaşları nəzərə alınaraq öyrədilməlidir. Nə qəribədirki, uşaqlıqdan başlayaraq cizgi filmlərdəki ruhlar, şeytanlar, gizli gücləri olan saxta qəhrəmanlar, şaxta babalar, sehrbazlar və səhv mələk təsvirləri uşaqlarımızın imanını və anlayışlarını pozmaqdadır; bunları uşaqlarının izləmələrini rahatca icazə verən valideynlər, mələklərlə əlaqədar mövzuları hələ vaxtı erkəndir deyə uşaqlarına izah etməyi təhlükəli hesab edirlər. Halbuki gerçək mələk inancı uşaqlarımıza sükunət, dinclik və güvən verəcək. On yaşlarını keçdiyi halda mələk mövzusunda ancaq çizgi film məlumatı olan bu müsəlman ailələrin uşaqları bizi heyrətə salır.

3-KİTABLARA İMAN: Biz əvvəlki peyğəmbərlərə gələn haqq kitablara da, Peyğəmbərimizə (s.ə.s.) göndərilən Quran-i Kərimə də iman etdik. Quran, qiyamətə qədər qorunacaq böyük bir ilahi mesajdır. Hamımız buna iman gətirdik. Quran bizim həyat kitabımızdır. Ailə fərdlərimiz bunun bizim yeganə kitabımız və bizim hidayət rəhbərimiz olduğuna inanmalıdır.

“Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır.” (Bəqərə2,2)

Bu gerçək, sözdə qalmayacaq bir şəkildə həyatımızın içinə yerləşməlidir. Kitabımız imkan daxilində hər gün ya da vaxt olduqca, ailəvi oxunmalıdır. Uşaqlar da bu oxumaları dinləməli və ailə rəisi bir neçə ayə də olsa mənasını izah etməlidir. Bu oxumalarda Quranın əhəmiyyəti öyrədilməlidir. Ona iman, onda keçən hər şeyə imandır. Bir müsəlmanın kitaba iman etdim deməsi onda keçən nə varsa qəbulu deməkdir. Mən, kitaba iman etdim dediyi halda bir dənə hökmünü belə inkar edə bilməz müsəlman. Qurana iman, hörmət və sevgi evlərimizdə yavaş yavaş yerləşir. Ana atasının Qurana davranışını görən uşaqlarda zamanla Quran həyatlarının bir parçası olacaq. Neçə yaşında olurlarsa olsunlar onlara Quran oxuyaq və mənasını onlarla paylaşaq. Zamanla Quranla ünsiyyət artacaq inşallah. Valideynlər uşaqları yatırıb Quran oxuyaq deməsinlər. Hətta hər uşağımız doğulduğunda onun bir də Quranı olsun.

4-PEYĞƏMBƏRLƏRƏ İMAN:

Allah Təala buyurur: “Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. (Oğul odur ki, kişinin öz belindən əmələ gələ!) Lakin o, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir!” (Əhzab33\40)

Həyat rəhbərimiz Quranımızın xəbər verdiyi rəsullara iman edirik; hamısına inanır və onları tanımağa çalışırıq.

Bütün peyğəmbərlər yolumuzun rəhbərləridir. Uşaqlarımız bu başçılara həm iman etməli həm də onları tanımalıdır. Onların həyatlarını öyrənməli və nümunə götürməlidirlər. Təəssüf ki, sənətçi, idmançı, film izləyib artistləri bildikləri qədər bu ümmətin uşaqları nə peyğəmbərimizi (s.ə.s.) nə də digər peyğəmbərləri tanımırlar. Seriallarla ömrü keçənlər qiyamət günü hansı üzlə peyğəmbərlərlə həşr olmaq ümidi daşıyarlar? 7-8 yaşında bir uşaq hansı sənətçinin hansı seriallarda hansı rolda oynadığını, hansı idmançının hansı komandada və haralarda oynadığını sayır, amma, surə adı, peyğəmbər adı de, söylənsə xəcalətli olur, hətta təəssüf ki, xəcalət hissi belə keçirməz.

Sən xəcalətli olma övladım! Səni bu hala qoyan anan-atan utansın!

5-AXİRƏT İNANCI: Biz ölümdən sonra axirətə inanır və ora üçün yaşayırıq. Axirətə inanıram demək bir insanın həyatının hər mərhələsində özünə diqqət etməsi deməkdir.

Allah Təala buyurur: “Yer titrəyib lərzəyə gələcəyi; Yer öz yükünü bayıra atacağı zaman, İnsan (təəccüblə): “Buna (bu yerə) nə olub?” – deyəcəyi zaman -həmin gün yer öz əhvalatlarını danışacaqdır. Çünki Rəbbin ona vəhy edəcəkdir. O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər. Zərrə qədər yaxşılıq edən (əvəzini) alacaqdır. Zərrə qədər pislik edən də (əvəzini) alacaqdır” (Zəlzələ, 99\1-8).

“Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. Sonra da (qiyamət günü) hüzurumuza qaytarılacaqsınız!” (Ənkəbut, 29\57)

“Onların hamısı eyni deyil. Kitab əhli içərisində düzgün (sabitqədəm) bir camaat vardır ki, onlar gecə vaxtları səcdə edərək Allahın ayələrini oxuyurlar. Onlar Allaha, axirət gününə inanır, (insanlara) yaxşı işlər görməyi əmr edir, (onları) pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndir” (Əli-İmran 3\113-114).

Söylənilən hər söz və edilən hər iş zərrə qədər də olsa cavab tapacaqdır. İstədiyimiz kimi həyat yaşamağa haqqımız yoxdur. Ancaq aləmlərin Rəbbinə hesab vermək üzrə yaşadığımızı bilsək o günə hazırlanmış olarıq. Ailə üzvlərinin ölümə və hesaba qarşı hissiyyatını canlı tutmaq lazımdır.

Valideynlər ümumiyyətlə uşaqlara ölüm və axirətdən bəhs etməkdən çəkinirlər. Ölüm, cənnət, cəhənnəm, hesab, qiyamət, mükafat, cəza məlumatı yaşına görə uşaqlara verilməlidir. Kiçik yaşlarından etibarən saleh əməllərə yönləndirilən uşaq, qarşılığında Allahı (c.c.) razı etmə, mükafat almaq həzzini

yavaş yavaş dadacaqdır. Unutmayaq ki, Hz. Əli (r.a.) bir uşaq idi və Məkkədə böyük adamlardan daha əvvəl iman etdi.

Uyğun zamanlarda Quran ayələrindən oxuyaraq uşaqlarımıza axirət inancını aşılamalıyıq.

6. QƏDƏRƏ, XEYİRİN VƏ ŞƏRRİN ALLAHDAN OLDUĞUNA İMAN:

Allah Təala buyurur: “Aləmləri (insanları və cinləri Allahın əzabı ilə) qorxutmaq üçün (haqqı batildən ayıran) Quranı Öz bəndəsinə (Muhəmmədə) nazil edən Allah nə qədər (uca, nə qədər) uludur! (Ucalardan ucadır; əzəli və əbədidir, xeyir-bərəkəti bol və daimidir!) O Allah ki, göylərin və yerin hökmü (səltənəti) Onundur. O (Özünə) heç bir övlad götürməmişdir; mülkündə heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və onu (onun nə cür olacağını) təqdir (əzəldən müəyyən) etmişdir” (Furqan, 25\1-2).

Bu inanc aləmlərin rəbbinə təslimiyyəti, etibarı artırır. Əsrin xəstəliyi depressiya, bu inancın zəifliyindəndir. "Allah dilədisə bunda bir xeyir vardır" inancı çox sıxıntımızı alıb, aparar. Qədərə iman başda ölüm olmaq üzrə bir çox imtahanı asan verməyimizi təmin edər. Evlərimiz iman qalası, məscid və mədrəsə olacaq.

XÜLASƏ

Evlərimiz iman qalası, məscid və mədrəsə olmalıdır.

Evlərimizdə ibadətdən əvvəl imanı gündəlik mövzumuz etməliyik.

Ailə başçıları bu mövzuda bir-birlərinə dəstək olmalıdırlar.

Uşaqlarımıza kiçikdir, deyərək laqeyd yanaşmamalıyıq.


Neslihan Güneş
Bu yazıya 652 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.