Çoxevliliyin səbəbləri


Samirə Mahmudova
Bu yazıya 355 dəfə baxılıb.

Allah-Təala qadını və kişini Allaha qulluq və ibadət yönündən bərabər hüquqlu yaratmış, hər iki cinsi insanlıq və qulluq qayələrinə çata biləcək qabiliyyət və imkanlar vermişdir. İnsanların bir ömür boyu həyatını yalnız başa vurmaması və çoxalıb nəsil və cəmiyətin nüvəsini təşkil etmələri ücün də onların bir araya gəlməsini evlilik adı altında birləşdirmisdir. Allah Təala son din olaraq göndərdiyi islamda ailələrin qurulmasında müəyyən bir sərhəd qoymamış, bunu insanların yaşadıqları adət-ənənələrə və mədəniyyətlərə görə həyata keçməsinə izn vermişdir.

Xöşbəxt ailə bir-birini anlayan, sevinc və kədərdə ortaq, qarşılıqlı hörmət və sevgiyə əsaslanan bir evliliklə mümkündür. Ailənin hüzuru və səadəti üçün bu əxlaqi keyfiyyətlər çox vacib və əhəmiyyət kəsb edən amillərdəndir.

Bəzən qurulan evliliklər evlənən cütlərin aralarında hər hansı bir xırda anlaşılmazlıq səbəbilə boşanma səviyyəsinə qədər çata bilir. Ya da ikinci bir evlilk yoluna gedilərək məsud bir evliliyi qazanmaq istəyi baş qaldırır. Niyə ikinci evlilik? Hərçənd ki, İslam ikinci, üçüncü və dördə qədər evlilliyə icazə verir. Sadəcə uzun müddət bir evliliyi qanuni qəbul edən bir ölkə vəya millət üçün bu qəbuledilməz bir reallıq kimi görünür. O zaman belə bir sual ortaya çıxa bilər? Kişilər ikinci evliliyi hansi səbəblərə görə seçirlər? Cavablar yəqin ki, bugunkü reallığı bütün açıqlığı ilə qarşımıza çıxaracaq:

* Bəyənmədiyi halda, sadəcə valideynlərin istəyi, bəzən təkidi, bəzən də mirasdan məhrum etmə qorxusu üzərinə evlənmək;

* Evləndiyi xanımın uşaq sahibi ola bilməməsi (sonsuz olması);

* Həyat yoldaşının ərinin əksinə çöx övlad sahibi olmağı qəbul etmək istəməməsi;

* Evləndiyi qadının çox soyuqqanlı olması, nəvaziş və yaxınlıq göstərməməsi;

* Həyat yoldaşının çarəsi olmayan ağır bir xəstəliyə düçar olması və s.

Bu səbəbləri daha da artırmaq olar. Sadəcə onu qeyd etmək lazımdır ki, evlilik iki insanın bir-birinin dilini, xasiyyətini, həyat tərzini ortaq məxrəcə gətirərək gözəl şəkildə ailə həyatını davam etdirməsidir. Əgər evdə qadının əmri və hakimiyyəti və despotluğu üzə çıxarsa, bir müddət sonra evin kişisi oyuncaq və əmir qulu olmaqdan bezib onu anlayan, səmimiyyət və sevgisini göstərən, istəklərinə hörmətlə yanaşan bir insan axtarışına çıxar. Bu da o ailənin parçalanmasına, parçalanmasa belə ikinci bir evlilik planlarının gündəmə gəlməsinə zəmin yaradar.

Ümumiyyətlə İslam bir kişiyə dördə qədər qadınla evlənmə yolunu açıq tutmuş, lakin bunun həyata keçməsi üçün bəzi halları da şərt qoşmuşdur. Nisa surəsinin 3-cü ayəsində Allah Təala belə buyurur:

“Sizə halal olan qadınlardan iki, üç və dördə qədər qadını nikahlaya bilərsiniz. Əgər ədalətli davranmayacağınızdan qorxsanız biri ilə kifayətlənin”.

Burdakı ədalət məfhumundan məqsəd eyni dərəcədə sevgi göstərmə deyil, yemək-içmək, geyim, qalacağı yer və birlikdə olmaq kimi şərtlər nəzərdə tutulur. Könül fərman dinləməyəcəyinə görə sevgidə bərabər olma şərt qosulmamış, “Nə qədər ədalətli olmağa çalışsanız da qadınlar arasında ədaləti təmin edə bilməyəcəksiniz, hec olmasa bir tərəfə meyl edib o birinə laqeyd olmayın.....” ( Nisa, 4/129) buyrularaq bunun mümkün olmadığı ifadə edilmiş və obyektiv bir ədalət istənilmişdir.

İslamda birdən çox qadınla evlənməyi qadın haqlarına riayətsizlik kimi başa düşənlər, etiraz edənlər də olmuşdur. Hayreddin Karaman çox evliliyə səbəb kimi aşağıda bildirilən mülahizələrə yer vermişdir :

1. Bir kərə bunu izah etməkdə fayda vardır ki, bir əmr deyil, bir izindir, istəyən istifadə edər, istəməyən etməz. Bununla yanaşı qadın evlənərkən həyat yoldaşının onun üzərinə evlənməməsini şərt qoşarsa, yoldaşı bu şərtə əməl etmək məcburiyətindədir.

2. Bu icazə ədalət şərtinə bağlıdır, ədalətə riayət edilməyəcəksə, birdən çox qadınla evlənmək halal deyildir.

3. İslam əsrlərin və nəsillərin dinidir. Müəyyən bir məkan və zamanın deyil, bütün zamanların ehtiyaclarına cavab verir. Muharibələrin davam etdiyi zamanlarda kişilərin sayında qadınlara görə azalma meydana gəldiyi üçün ərsiz qalan qadınların vəya qızların ailə qurma ehtiyacları meydana çıxır.

4. Bir başqa səbəb isə bəzi evliliklərdə kişilər güclu olarkən, qadınlar ya xəstə, ya soyuq xarakterli, ya da uşaq sahibi olmur vəya çox övlad olmağını bəzi qadınlar özləri üçün əziyyət, ayaq bağı, fizioloji gözəlliyin pozulması kimi faktorları göz önündə tutaraq qebul etmirlər. Belə halda çox övlad sahibi olmağı arzulayan həyat yoldaşı ikinci bir

evliliyə meyl etmək arzusunda olur. Bu vəziyyətdə ilk evliliyi pozmadan ikinci evliliklə kişi öz istək və ehtiyacını (çox övlad sahibi olmağı və s.) təmin etmiş olur.

5. Bundan əlavə tək evliliyi qanunlaşdıran ölkələrdə kişilər tək qadınla kifayətlənməyib yasaq və gizli əlaqələr quraraq ailəsinə, cəmiyyətə zərər verməyə başlayırlar. İkinci evlilik kişinin nalayiq hərəkət etməsinin və haqqında gəzən dedi-qoduları ortadan qaldıraraq, cəmiyyətə pis nümünə olmağın qarşısını almış olur.

Ümumiyyətlə çöx evliliyə icazə verilən ayə, Hz Aişənin (r.a.) ifadəsinə görə belə nazil olmuşdur:

Müsəlmanlara edilən hücum və basqınlarda vəya müharibələrdə kişilər öldüyünə görə bir çox qadın dul, bir çox qız da yetim qalırdı. Bəzi kişilərin qorunmaya möhtac olan bu qızları yanlarına alaraq himayədarlıq etmələri o vaxtın adəti idi. Bu himayədarlar bəzən malları üçün bu qızlarla evlənib mehirlərini verməkdə haqsızlığa yol açırdılar. Ayə bu haqsızlığın qarşısını almaq üçün enmişdir.

Ümumiyyətlə, çox evlilik təkcə İslama məxsus bir tətbiqat deyildir. Hələ İslamdan qabaq ərəb toplumunda imkan sahibi olan bir kişi bir neçə qadınla evlənə bilirdi. Bundan başqa həddən artıq bir sosyalist olan Variasse “Utopya” adlı kitabında kisilərin 12-yə qədər qadınla evlənilməsini, beləliklə çirkin qadinların da evlənmə imkanı olacağını və ərlərin arvadlarını dəyişdirə biləcəyi fikrini müdafiə etmişdir. Sosyalizmin qurucuları Karl Marks və Friedrix Engelse görə isə qadın cəmiyyətin ortaq malı sayılmışdır.

Məcburiyyət olduğu zamanlarda bəzi avropa ölkələrində də çox evliliyə icazə verildiyi görülmüşdür. Məsələn II Dünya müharibəsindən sonra Almaniyada kişilərin azalması səbəbilə çox evliliyə icazə verildiyi və Atinada çox evlilik tətbiq edildiyi məlumdur.

Nəticə olaraq, çox evlilik fərz, sunnət, vacib bir əmr olmayıb, zərurət halında baş vurulacaq bir icazədən ibarətdir.


Samirə Mahmudova
Bu yazıya 355 dəfə baxılıb.