Ramazan ayı və oruc


Sevinc Vəkilova
Bu yazıya 419 dəfə baxılıb.

Şəhri-Ramazan..

On bir ayın sultanı Ramazan...

Şeytanların zincirə vurulduğu, Cənnət qapılarının açıldığı, cəhhənəm qapılarının bağlandığı Ramazan...

Ramazan ayı elə mübarək bir aydır ki, ondan başqa heç bir ay Quranda öz adı ilə bəyan edilməmişdir. Ramazan söz olaraq “yandırıcı hərarət” mənasına gəlir. Ramazan ayına bu adın verilməsi, oruc tutan kəslərin aç susuz qalmalarının meydana gətirdiyi hərarət və ya bu ayda işlənən yaxşı əməllər nəticəsində qazanılan bol savab nəticəsində günahların yanaraq məhv olmasına və ya oruc günlərinin vacib olduğu illərdə yandırıcı istilərə rast gəlməsindən irəli gəlir.

Ramazan ayı ayların sultanıdır. Bu ayın Ramazan adlandırmasında əlbəttə ki, bir sıra ilahi hikmət və təzahürlər vardır. Ramazan ayında uca kitabımız Quranın bəşəriyyətin hidayət, səadət və sağlamlığına vəsilə olması üçün inzal olunmasıdır. Quran Ramazan ayında nazil olmuşdur. Bu baxımdan Ramazana Quran ayı da deyirlər. Ramazan şərəfini, izzətini, bərəkətini Qurandan almışdır. Üstünlüyünün başda gələn səbəbi budur.

Min aydan daha xeyirli olan Qədr gecəsinin Ramazan ayında olması, digər aylardan üstün və ən fəzilətiniz olduğuna işarədir. Ramazan ayında nəfs və şeytan, oruc tutan Müsəlmanları zəlalətə salmaz. Müsəlman bu ayda nəfsini tərbiyə edir.

Ramazanda tutulan orucların qəbul edilməsi üçün diqqət edilməsi lazım olan hökmlər vardır. Bu hökmlərin ən başında orucun fərzləri gəlir.Bir insanın oruc tuta bilməsi üçün yəni ona orucun fərz olması üçün aşağıdakı şərtlər lazımdır.

1. Müsəlman olmaq

2. Həddi-büluğ yaşına çatmaq

3. Oruc tutmağa gücünün çatması. Səfərdə olmamaq (əl-Bəqərə 2/184)

 

Tutlan orucun qəbul olması üçün də bu şərtlərə diqqət edilməlidir.

1. Heyz və nifasdan təmizlənmək

2. Oruca niyyət etmək

3. Oruc pozan hallardan uzaq durmaq

Orucu pozan və pozmayan hallar:

Yeyilməsi adət olmayan hər hansı şeyi udmaq orucu pozar. Məsələn bişməmiş düyü, mərcimək və.s. Bir kimsə oruclu olduğunu unutmadan dəstəmaz aldığı zaman istəmədən bogazına su gedərsə o günün orucu pozulur . Diş ətlərindən gələn qan ağız suyuna bərabər və ya daha çox olarsa bogazdan içəriyə getdiyi təqdirdə orucu pozar. Daha az olarsa pozmaz. Qulağa və buruna dərman tökmək orucu pozar. Ancaq istəmədən qulağa su gedərsə oruc pozulmaz. İynə vurdurmaq və dərman qəbul etmək Əbu Hənifəyə görə orucu pozan hallardandır. Oruclu bir kimsə günəşin batdığını (iftar) zənn edərək orucunu tez açsa həmin günün orucu pozulmuş sayılır.Yenə səhər vaxtı imsaq olduğu halda bilmədən sahura davam etmək orucu pozar.

Orucu pozmayan hallar isə: unudaraq yemək, içmək, cinsi əlaqədə olmaq, gözə dərman tökmək, qan aldırmaq, hacamat elətdirmək, misvakdan istifadə etmək, çimmək-yuyunmaq, gül və bənzəri ətirləri qoxlamaq.

Ramazan ayında hər hansı bir səbəblə tutulmayan oruclar sonradan qəza edilməlidir. Yaşlı və sağalma ümidi olmayanlar xəstələr isə tuta bilmədikləri orucun əvəzinə fidyə verərlər. (Əl-Bəqərə 2/184)


Sevinc Vəkilova
Bu yazıya 419 dəfə baxılıb.