Oruc Sevdası...


Məryəm Dəmir
Bu yazıya 575 dəfə baxılıb.

Rəhmət… Mərhəmət… Hüzur iqliminə dəvət… Ruhun arzusunu ona verə bilmək… Saflaşmaq… Rahatlanmaq… Təmizlənmək… Paklanmaq…

Daha nələr baş verir Rəhmət ayı olan Ramazanda?! Sinəsində daha nələr saxlayır? Ora daxil ola bilənləri bağrına basır və otuz gün ərzində qəlblərə sirayət edir..

“Oruc sevdası fərqli bir sevdadır!” Hz. Mövlana buyurur.. Ramazanın sirrini anlayana anladır.. Anlayana açır bütün sirlərini…

Hz. Mevlana Məsnəvisində bizim üçün ramazanın incəliklərini canlandırır. Necə hazırlanacağımızı, karşılayacağımızı, necə idrak etməli olduğumuzu fərqli bir üslubda təqdim edirək deyir:

“Orucla canımız diriləcəkdir!”

Günümüzdə aclıq ayı kimi ifadə olunan ramazan ayını insanlar sanki yoxsullaşmağa qarşı hazırlanarcasına marketlərdən alış-verişlə başlayırlar. Halbu ki, ramazan ayı qulların ac qalması üçün deyil.. Cəmiyətin hər təbəqəsinin bir-birini anlaması və bu minvalla yardımlaşmanın artırılmasıdır.

Oruc ilə bədən halsız qalsa da, can yenidən dirilik əldə edir. “Ramazan gəldi; eşq və iman bir-birinə qovuşdu! Artıq maddi qidalardan əlini çək! Çünki göylərdən mənəvi ruzi gəldi və can süfrəsi quruldu!’

İftarda ayrı, sahurda ayrı doyan mədələrdənsə Cənab Haqqın bizdən istədiyi, Rəhmanın qatından gələn ruzilərlə, ibadət, zəkat və yardımlarla ruhun doymasıdır.. “Sən, göylərə çıxmaq, Merac etmək sevdasında isən, bunu bil ki, oruc, sənin önünə getirilmiş bir Ərəb atıdır”.

Cənab Haqqa layiq olmağın bir vəsiləsi də Onun üçün oruc tutmaqdır. Hz. Mövlana Meraca çatmaq üçün orucu nərdivan kimi görməyimizi nəsihət edir..

Rasulullah (s.ə.s.) hədisi şəriflərində Ramazana hazırlamağa, ramazanı həyəcanla gözləməyə təşviq edirdi.

Ebu Hüreyrə radıyallahu anhdan rəvayət edildiyinə görə Rəsulullah sallallahu əleyhi və səlləm belə buyurdu:

Əziz və cəlil olan Allah "İnsanın orucdan başqa hər əməli özü üçündür. Oruc mənim üçündür, mükafatını da mən verəcəyəm" buyurmuşdu. Oruc qalxandır. Biriniz oruc tutduğu gün pis söz söyləməsin və dalaşmasın. Əgər biri ona söyər ya da sataşarsa: “Mən orucluyam” desin. Muhammədin canı qudrət əlində olan Allaha and içirəm ki, oruclunun ağız qoxusu, Allah qatında müşk qoxusundan daha gözəldir. Oruclunun rahat olacağı iki sevinc anı vardır: Biri, iftar etdiyi zaman, digəri də orucunun savabıyla Rəbbinə qovuşduğu andır" (Buxari, Savm 9; Müslim, Sıyam 163).

Ağzımızdan birşey keçməzkən, mədəmizə yemək girməzkən; hal, harəkət və əməllərimiz ilk növbədə sərgilədiklərimiz davranışlarla orucun keyfiyyəti göstərilir. Oruc tutanın dili yalan söyləyən bir dil olmamalı.. Oruc tutanın əli oğurluq edən bir əl olmamalı.. Oruc tutanın ayağı harama gedən bir ayaq olmamalı.. Rasulullahın (s.ə.s.) buyurduğu kimi.. Oruç qalxan olmalıdır..

Şəxsi həyatımıza mənəviyyat, sosial hayatımıza hüzur – ünsiyyət və yaxınlaşmağın daxil olduğu, əfv, bağışlanma və bərəkət mövsümünü qarşılayacağımız bu günlər: qəlblərin yumşaldığı, rəhmət kapılarının açıldığı gecələr, günlər və aylar olaraq kapımızdadır..

Peyğəmbərimizin (s.ə.s.) “Əvvəli rəhmət, ortası bağışlanma və sonu cəhənnəmdən qurtuluşdur” deyib, müjdələdiyi Ramazan ayını ailəmizda yaşadaraq, övladlarımıza büyüdükləri zaman da həyəcanla xatırlayacaqları anlar yaşatmaq bizim əlimizdədir. Sahurlarımızı, iftarlarımızı qonaqlarla bəzəmək.. Təravih namazlarında görüşərək ramazana xas ibadətləri mənimsəmək və övladlarımıza yaşatmaq gələcək üçün bir sərmayədir.

Ramazan yardımlaşma ayıdır. İmkanı olanların olmayanlara verdiyi, yarım xurmayla da olsa üzlərdə təbəssümə vəsilə olduğu bir zaman dilimi yaşayacağımız bərəkət ayı qapımızda bizi gözləyir.. “Oruc ayı başladığı zaman, o aya qavuşduğun üçün Haqqa şükr edərək, sevinərək, xoşbəxt olaraq başla! Çünki Ramazanın gəlişindən kədərlənənlərə, qəmlilərə oruc haramdır. Onlar, oruca layiq deyillər!” - Hz. Mövlana deyir.

Sevinərək başlayacağımız rəhmət dənizi xeyirli, mübarək olsun. Allah-Təala bizləri bu ayın sonunda incilər, mərcanlar tapanlardan eyləsin.

Bu il rəhmətini, bağışlanmasını, cəhənnəmdən qurtuluşunu idrak edə bildiyimiz bir Ramazanımız olsun.


Məryəm Dəmir
Bu yazıya 575 dəfə baxılıb.