Təmiz ev itirilmiş ömürdür


Xədicə Şahin
Bu yazıya 372 dəfə baxılıb.

Xaricdə uzun müddət yaşayırsınızsa, vətənə geri döndükdə yaxınlarınızla həm fikir, həm də yaşam tərzi olaraq ayrılıqlar yaşanır. Mən bu ayrılığı yaşayanlardan, vətənimin insanından uzaqlaşdığımı hiss edənlərdənəm. Bir dəfə getdiyim bir məclisdə danışılan mövzu təmizlik idi. Evi necə təmizlədiklərini, hansı vasitələrdən istifadə etdiklərini, yuduqları xalçanı qurudarkən küləkdə toz olduğu üçün yenidən yuduqlarını, evi başdan axıra kimi neçə həftədə bir pərdəsindən xalçasına kimi təmizlədiklərini öyüb bitirə bilmirdilər. Hər kəs sanki özünün daha təmizkar olduğunu isbatlayaraq qarşısındakını alçaltma yarışına girmişdi. Aralarında yaşca böyük biri bu rəqabəti hiss edərək guya ki, mövzunu dəyişmək məqsədilə "Qonşumuzun gəlini var, aman Allahım nə gəlin, nə vasvası gecə saat ikidə çıxıb bütün şüşələri silir"- deyincə hər kəs özündən daha vasvası biri olduğunu öyrənincə heyranlıqla "aaa" deyərkən, mən də, həqiqətən, çaşqınlıqla "aaa" demək məcburiyyətində qaldım. Əvvəl zarafat edir zənn etdim, hadisəni izah edən xanımın üzünə baxanda işin ciddiliyini anladım.

Görəsən, insanların əşyanın, evin köləsi olmasının, söhbətin təmizlikdən və təmizlik vasitələrinin reklamını etməkdən irəliyə gedə bilməməsinin, bütün vaxtını, enerjisini, düşüncəsini, qısacası, bütün ömrünü bir gün buraxıb gedəcəyi evinə verməsinin səbəbi nədir? İlk ağlıma gələn hər mövzuda olduğu kimi, insanı təmizlik mövzusunda da vəsvəsəyə çatdıracaq şəkildə pozmağı bacaran televiziya proqramları və növ-növ təqdim edilən təmizlik markası reklamları oldu.

Gözəl bir söz var: "Kiçik insanlar şəxsiyyətləri, normal insanlar hadisələri, böyük insanlar fikirləri müzakirə edərlər". Danışdıqları mövzular televiziya proqramlarından irəliyə keçə bilməyən insanlar, görəsən, hansı qrup olurdular. Yalnız televiziya istiqamətində yaşayan cəmiyyətimizin danışdığı mövzuların dar bir çərçivə içində qaldığını görürük.

Artıq hər kəs hər mövzuda olduğu kimi təmizlik və gigiyena mövzusunda da mütəxəssisdir. Xüsusilə qonaq gedəndə qonşusunun künc-bucaq hara varsa nəzarət etməkdə ustayıq. Televiziyada tam da xanımları qonşunuzun evinə getdiyinizdə haraları nəzarət edib, onun qüsurunu necə taparaq nakaut edəcəyini öyrədən bir yarışma proqramına şahid oldum. “Təmizkarsanmı?” adlı yarışma proqramında yeni gəlinlər bir-birinə qonaq olurlar, təbii ki, ev sahibi olan təzə gəlin başına gələcəkləri əvvəldən bildiyi üçün nəzarət edilə biləcək hər nöqtəni tez-tez təmizləyir. Qonaq olan gəlinlər kilometrlərlə uzaqdan görən qartal gözləri kimi baxışa sahib olduqları üçün tozları yenə də tapırlar və tənqidlər arxa-arxaya sıralanır.

Ədəb sahibi olan keçmişdə analarımız övladlarını, yuvadan uçub yeni yuvalar quracaq qızlarını Loğman həkimin bu sözləri ilə tərbiyə etmişlər:

"Alimin yanında dilinə,

Övliyanın yanında ürəyinə,

Süfrədə əlinə,

Qonaq getdiyində də gözünə diqqət et".

Televiziyanın tərbiyə etdiyi analar isə televiziya yarışmalarındakı jürilərdən heç də fərqlənməyəcək tipdəndirlər. Qonaq getdiklərində dedektiv kimi qüsurları tapıb, poçtalyon kimi

paylayan, deyəcəyəm, amma rəqəmsal zamanda poçtalyon düz gəlməz ona görə də e-poçt kimi paylayan növdəndirlər.

İslam dini təmizlik dinidir. Peyğəmbərimizə Ələq surəsindən sonra gələn ilk beş ayənin içində "və paltarını təmizlə". (Müddəssir: 4); əmri keçər. Yenə başqa bir ayədə Allah Təala təmizlənənləri sevdiyini bildirir. "Allah, tövbə edənləri və təmizlənənləri sevər" (Bəqərə / 2: 222).

Peyğəmbərimiz 14 əsr əvvəl insanlığa dəstəmazından qüsula, yeməkdən əvvəl əl təmizliyindən tualet ədəbinə qədər 24 saatını əhatə edəcək təmizliyi öyrətmişdir.

Bundan başqa Peyğəmbərimiz insanların tərtib və nizamına, evin yığcam olmasına da diqqət etmiş, ümmətinə bu istiqamətdə nümunə olmuşdur. Ümmü Həbibə anamızla evlənəndə, anamız göstərilən otağa yerləşdirilmiş, özü bir süpürgə tapmış, yanında olan kölə ilə iş bölgüsü edərək evi süpürdükdən sonra döşək sərərək otağı döşəmişdi. Axşam Hz. Peyğəmbər Ümmü Həbibənin otağına gələndə, gözəl bir qoxu hiss etmiş və otaqdakı nizamını gördükdən sonra "Qureyş qadınları ətrafı döşəyən, səliqəli qadınlardır. Bədəvi və ərəbi deyillər" - buyurmuşdur.

İslam dini hər mövzuda ölçülü din olduğu üçün vəsvəsəyə çatacaq təmizliyi uyğun görməmişdir. Hədisi-şərifdə "Vəsvəsə şeytandandır. Dəstəmaz alarkən, qüsl alarkən və nəcasət təmizləyərkən, şeytanın vəsvəsəsindən çəkinin"- buyurulmuşdur (Tirmizi). Vəsvəsə xəstəliyinə tutulan insanlar bir müddət sonra cəmiyyətdən uzaqlaşırlar və ya idarə edilə bilməyəcək vəziyyətə gəldikləri üçün yaxınları tərəfindən uzaqlaşdırılırlar. Yalnızlaşaraq dünyası qaralan insanın vəsvəsəyə çataraq mükəmməl ibadət axtarışı, bəlkə o qulu ibadətdən uzaqlaşdıraraq axirətini də zərərə düçar edər. Hədisdə buyurulur: "Bir zaman gələcək, insanlar təmizlikdə çox vəsvəsi hərəkət edəcək, dində həddi aşacaqlar". (Əbu Davud)

Allah Təalanın and içdiyi vaxtı (əsr) elm öyrənməyə, iki səhifə Quran oxumağa, ehtiyac sahibi insanları tapıb onların gözyaşını silməyə, gecə qalxıb iki rükət təhəccüd namazını qılmağa ayırmayıb hamısını təmizliyə xərcləsək evimiz, üstünə ayaq basmağa ehtiyat etdiyimiz xalılarımız, ağ olduğu üçün öyündüyümüz pərdələrimiz bizim bütümüzə çevrilmişdir deməkdir

O gün nə mal (evin, xalçaların, pərdələrin, uşaqlarının girib əylənməsinə icazə vermədiyimiz otağımız ), nə övlad bir fayda verər. Allaha təmizlənmiş qəlblə gələnlərdən başqa" (Şuəra-88-89). Vaxtı müvəqqəti olanın təmizliyini bir az azaldıb bizimlə baki aləmə yoldaşlıq edəcək olanın təmizliyinə diqqət etmə vaxtıdır.

İngilis dilində gözəl bir söz vardır: "A clean house is a sing of a waste life (təmiz bir ev itirilmiş bir ömrün işarəsidir)" Evlərimiz itirilmiş bir ömrün deyil, qazanılan bir ömrün işarəsi olsun.


Xədicə Şahin
Bu yazıya 372 dəfə baxılıb.