Təbii antibiotik - Darçın


Kəmalə Hüseynova
Bu yazıya 513 dəfə baxılıb.

Darçın, həmişəyaşıl tropik darçın ağacının cavan budaqlarının soyulub qurudulmuş qabığından alınır. Qurumuş qabıq burulur və kiçik borucuq formasını alır. Darçın həm belə kiçik borucuqlar, həm də üyüdülmüş şəkildə satılır. Borucuq şəklində olan darçın daha təmiz sayılır. Darçın dünyada ən tanınmış və yayılmış ədviyyatlardan biridir. Keçmişdə darçın çox bahalı idi. Şərq ölkələrindən Avropaya gətirilən bu ədviyyatın 1 kiloqramına hətta 1 kiloqram qızıl verilirdi.

Darçın fərahlıq verir və iştahı açır. Əl və ayaqlardakı titrəmələrə yaxşı təsir edir. Mədə narahatlıqlarına və qarın ağrılarında faydalıdır. Bağırsaq qurdlarının tökülməsinə və bağırsaq iltihablarının yaxşılaşmasına kömək olur. Qaz sökdürücüdür. Pis qoxuları, öskürəyi və ishalı kəsir. Bədən müqavimətini artırır. Soyuqdəyməyə qarşı faydalıdır. Qan şəkərini tənzimləyən darçın şəkər xəstələri üçün çox faydalıdır.

Yeməklərdə və şirniyyatlarda dad və qoxu verməsi üçün istifadə edilir. Darçın xüsusilə südlü şirniyyatlarda istifadə edilsə, süddəki zərərli bakteriyaları yox edər. Bal və limonla qarışdırılıb yeyilsə, boğaz ağrısına müsbət təsir edir.

Darçının faydalı xüsusiyyətləri onu əsl təbii müalicəvi vasitə kimi qəbul etməyə imkan verir. Darçın efir yağları, antioksidantlar, vitamin (B qrupu, fol turşusu və s.) və mikroelementlərlə (maqnezium, dəmir, kalsium) zəngindir.

Darçını "təbii antibiotik" adlandırırlar. Nadir xüsusiyyətlərinə malik olan bu ədviyyat müxtəlif bakteriyalar, viruslar və göbələklərlə uğurla mübarizə aparır. Bu bakteriyaların arasında: mədə və 12 barmaq bağırsağı xorasına səbəb olan “Helicobacter pilori” bakteriyası, bağırsaq çöpü və s. və həmçinin “Candida” göbələkləridir.

İltihabəleyhinə təsirə malik olan darçın soyuqdəymə və qrip zamanı uğurla istifadə oluna bilər. İlıq suya 1 çay qaşığı bal və 1/4 çay qaşığı darçın əlavə edin və gün ərzində 3 dəfə için. Darçın insanın immun sistemini möhkəmləndirir, orqanizmin virus və mikroblara qarşı davamlılığını artırır.

Bu ədviyyat mədə-bağırsaq sisteminə də çox müsbət təsir edir - mədənin fəaliyyətini yaxşılaşdırır, iştahanı artırır, antiseptik təsir edir.

Darçın orqanizmi şlaklar, toksinlər, sərbəst radikallardan, qurdlardan təmizləyir, hətta xərçəngəleyhinə təsir edir.

Darçın sinir sisteminə də çox müsbət təsir edir, sakitləşdirir, qorxu, narahatçılıq, streslə mübarizə etməyə kömək edir. Bunun üçün darçını sadəcə iynəmək kifayətdir.

Darçın beyinin fəaliyyətini və yaddaşı yaxşılaşdırır. Uşaqlara müxtəlif sıyıqlar, un məmulatları bişirdikdə ora mütləq darçın əlavə edin.

Darçın orqanizmi artıq xolesterindən təmizləyir.

Darçın qanı duruldur, damarlarda trombların əmələ gəlməsinə mane olur.

Şəkərli diabet xəstəliyi olan insanlara da darçın xeyir gətirə bilər. Darçın qanda şəkərin səviyyəsini aşağı salır.

Darçın arıqlamağa da kömək edir. Seçiminizdə diqqətli olun və darçınla sağlamlığınızın qayğısına qalın.

Nəzərə almaq lazımdır ki, digər faydalı qida məhsulları kimi darçından da qədərində istifadə etmək lazımdır. Çünki darçının tərkibində kumarin adlı maddə var ki, orqanizm onu artıq qəbul edəndə həmin maddə qaraciyər üçün ziyanlı ola bilər. Buna görə də darçının faydalarından bəhrələnmək istəyənlər onun miqdarına diqqət etməlidirlər.

Son illər dəri qulluğu üçün darçına çox tez-tez müraciət olunur. Dəridəki ləkələri yox edən, məsamələri aradan qaldıran darçının bir çox faydaları var:

Ölü dərini təmizləyir

Mütəmadi olaraq istifadə etdikdə, dəridəki sızanaqları yox edir

Dərini nəmləndirir

Sızanaqlar üçün darçın və bal maskası

Lazım olanlar:

2 çay qaşığı bal (təmiz bal olarsa daha yaxşı)

1 çay qaşığı darçın

İstifadəsi:

Bal və darçın maskasını üzünüzə tətbiq etməzdən əvvəl, dərinizi yaxşıca təmizləyin. Bal və darçını bir qabın içində qarışdırıb, dərinizin sızanaq olan bölgəsinə çəkin. 15 dəqiqə gözlədikdən

sonra yuyun. Bu maskanın, həftədə 1 dəfə istifadəsi məsləhətdir. Sağalma müddətinə görə 2-3 ay davam etdirilə bilər.

Darçınlı piroq

Ərzaqlar:

3 yumurta

1 stəkan şəkər tozu

3/4 stəkan qarğıdalı yağı

yarım stəkan süd

yarım kasa qoz ləpəsi

2,5 stəkan un

1 paket qabartma tozu

1 çay qaşığı darçın

Keks qəlibini yağlamaq üçün:

1 çay qaşığı kərə yağı

Yarım çay qaşığı un

Üzəri üçün:

3 xörək qaşığı kakao

1 xörək qaşığı darçın

Hazırlanması:

Yumurta ilə şəkər tozunu çalın. Əvvəlcə qarğıdalı yağı və südü qatıb, sonra ələnmiş un, qabartma tozu və darçını əlavə edib qatılaşana qədər qarışdırın. Sonda bir az unlanmış qoz ləpələrini qatıb keksi yağlanmış qəlibə tökün.

Əvvəlcədən isidilmiş 170 dərəcə sobada 40-45 dəqiqə bişirin. Sobadan çıxaranda üstünə kakao ilə darçın səpin. Nuş olsun.


Kəmalə Hüseynova
Bu yazıya 513 dəfə baxılıb.