Ümid


Könül ƏLİYEVA
Bu yazıya 2579 dəfə baxılıb.

 "Həyat son anına qədər ümiddir, ümiddirsə yaşamaqdir... "

 İnsan gözlərini həyata ilk açdığında belə necə ümidlər doğar onun doğumuyla birgə... Körpənin ilk addımı belə gələcəyə doğru daha neçə belə addımlar atacağının ümidiylə başlar. Ümid insanın ən çətin  zamanlarının, kədərlərinin belə ən gözəl məlhəmidir. Acılar bitməz, lakin ümidimiz də bitməz. Biz çətinliklərlə qarşılaşmış olsaq da, ümid bizə daima əl tutar.

             Bəs ümid necə doğar içimizdə?

            Əsla bacarmaram dediyimiz, bitdi deyə zənn etdiyimiz hər şey bir anda necə dəyişə bilər?

            Ümid, bizlərə şah damarımızdan da daha yaxın olan Uca Yaradanımız Cənabı Haqqı anlaya bilmək, həqiqətən də, onun bizə şah damarımızdan da yaxın olduğunu bütün qəlbimizə yerləşdirmək və buna səmimi qəlbdən inanmaqdır. Elə bütün bunları düşünən və dərk edə bilən insan, nə qədər kədəri və dərdi olsa belə bütün bu çətinliklərin yalnız Yaradan tərəfindən olduğunu hiss etdikcə bütün sıxıntılara  rəğmən Allaha təvəkkül etməlidir.

"Artıq mənə düşən gözəl bir səbrdir. Mən dərdimi və kədərlərimi yalnız Allaha ərz edərəm" (Yusif surəsi, 18) ayəsi və bunun kimi bütün ayeyi kərimələri özümüzə və həyatımıza düstur etməliyik. Bu ayələr bizə dərdi verən Allahın əlbət bir dərmanı da verəcəyinə inanmamız üçün Rəhmanın bizə bəxş etdiyi ən böyük lütfüdür.

     İnsan özünə bir yol cızaraq həyata başlayar. Nəyin arxasınca nə üçün getdiyini özünə sormadan addım atan insan, əsla cızdığı yolun sonuna çata bilməz. Lakin hər bir müsəlmanın cızdığı bir yol vardır ki, bu yolun başında Uca Yaradanımız olan Cənabı Haqq, onun aləmlərə rəhmət olaraq göndərdiyi Peyğəmbərimiz (s.ə.s.) və endirmiş olduğu Qurani Kərim sevgisi olmalıdır. O yol ki, başı nə qədər çətinlik və məşəqqət dolu olsa da, sonu isə bizi Allaha götürən necə sirlərlə doludur.

   Ümidlər də elə insan yolunu doğru cızdığı zaman doğular və insan irəliyə doğru addımladıqca hərdən büdrəsə də, ümid arxasınca  gələr...

    Dərdimiz nə olur olsun, ümidimiz Allah olsun!...


Könül ƏLİYEVA
Bu yazıya 2579 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.