Bir bütünün parçası


Səhər Küçük
Bu yazıya 581 dəfə baxılıb.

Əzəl və əbədi idarə edən Alla-Təala, varlıqları cüt halında yaratmış və bir-birləri ilə bütünləşərək cəmiyyətdə bir tarazlıq yaratmalarını təqdir etmişdir.

Ərəb dilində "zövc" kəliməsi tam olaraq bu mənaya gəlir, yəni "bir-birini tamamlayan, ikisindən biri" kimi izah olunur.

Zövc; bir cütün içərisində fərqli xüsusiyətləri ilə digərini tamamlayan, ona məna qatan və bir-birinə bağlayandır.

Zövc; bir bütünün bir-birinə bərabər olacaq qədər bənzəyəni, amma eyni olmayacaq qədər fərqli parçalarından hər biridir. Qurani-Kərim hər şeyin cüt halda yaradılmasını bir çox yerdə belə ifadə edir:

"Biz hər şeydən (erkək və dişi, bir-birinin əksi olmaqla) cüt-cüt yaratdıq. Bəlkə, bir düşünüb ibrət alasınız!" (Əz-Zariyat, 49)

"Yerin yetişdirdiklərindən, onların (insanların) özlərindən və bilmədiklərindən (erkək və dişi olmaqla) cütlər yaradan Allah pakdır, müqəddəsdir! (Eyibsiz və nöqsansızdır!)" (Yasin, 36)

Cüt yaradılış, atomun quruluşundakı müsbət və mənfi yükləri olan və bir birinə meyl edən hər şeydə mövcüddur. İsti-soyuq, qaranlıq-aydınlıqdan dişi və erkək olan cinslərə qədər bütün varlıqlar cütlər şəklində bir-birlərinə bağlı yaradılıblar.

Yaradılan cütün təki olmaq, diğər yarısı üçün böyük bir məna ifadə edir. Necə ki, biri olmadan digəri vəzifəsini tam şəkildə ifadə edə bilməyəcəkdir. Təbiətdə də rast gəlinən bu nizam və tarazlıq; bitki, heyvan və insan kimi çoxalma qabiliyyəti verilən varlıqlarda bu bir ayət, ibrət və möcüzə olaraq özünü göstərir. Uca Allah belə bildirmişdir:

Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir! (ən-Nisa, 1)

İctimai cinsiyyət məhrəmiyyəti

Cinsiyyətimiz, bizi Allaha qarşı məsuliyyətli etdiyi kimi, yoldaşımıza qarşı da məsuliyyət altında qoyur. Bu məsuliyyət duyğusu, yaradılışda fitri olaraq mövcüddur. Kiçik yaşdan etibarən qız uşaqlarına çəhrayı, qırmızı rəngli paltarlar geyindirilməyi, oyuncaq olaraq gəlincik və mətbəx əşyaları almaq, onları yaxşı bir ana, layiqli bir həyat yoldaşı kimi yetişdirmək üçün bir mesaj verir; oğlanlara isə mavi, tünd rəngli geyimlər geyindirmək, maşın və təmir avadanlıqları olan oyuncaqların alınması da onların şücaətli, fədakar bir ailə başçısı olmağa hazırlanması üçündür. Həmçinin qız uşaqlarının uzun saçlı, mülayim və xoş xasiyyətli olması; oğlan uşaqlarının ataları

ilə güləşmək istəməkləri də fıtrətə uyğun olduğu üçün xoş gəlir. Bu fitri sistem vaxt keçdikcə ictimaiyyətdə də sosial bütünləşməni təmin edir. Bu bütünləşmə isə ictimaiyyətdə vəzifə və məsuliyyətlərin paylaşılması, daha asan həllinə yol açır.

Fitrətin degenerasiya olması:

Qadınların kişilərə,

Kişilərin qadınlara bənzəməsi.

Sənaye inqilabı və kapitalizm ilə başlayıb qloballaşma ilə davam edən "müasir həyat tərzi" yaşamış olduğumuz bütün adət-ənənələrimizi dəyişdirməyə başladı. Qadının iş həyatına aktiv olaraq başlamağı, televizor və internetin həyatımıza birinci dərəcədən təsir etməyi, həmçinin sosial şəbəkələrin və ağıllı telefonların evlərimizə çox sıx şəkildə daxil olmağı ilə ictimai cinsiyyət rollarımız da pozuldu.

Telefon və televizordan mənimsəməyə başladığımız qadın-kişi münasibətinə gündəlik həyatda da şahid olmağa başladığımızda , qadınların kişilər kimi sərt danışıq tərzi istifadə edib, onlar kimi idman stili geymələri; kişilərin də qadınlar kimi "baxımlı olmaq" üçün müxtəlif aksesuarlardan istifadə edib, cazibədar davranışları nəfislərə xoş gəlməyə başladı. Şeytanın da istədiyi kimi mühit yarandıqdan sonra gerisi bir corab yırtığı kimi davam etdi...

Daha dəhşətli olanı isə bunlara don geydirilib nəfslərin haqlı çıxarılması, həqiqətlərin gizlədilməsi idi. Artıq həyatı asanlaşdırmaq, daha çox insana bunları çatdırmaq, daha qlobal düşünmək məqsədilə örtü də, qadın-kişi məhrəmiyyəti də istiqamətini itirdi. Bunlara bir də Quran və Sünnətə uyğun baxdıqda həqiqətlər ortaya çıxır. Peyğəmbərimiz (s.ə.s.) buyurduğu kimi; "imanın əldə köz daşımaq qədər çətin olduğu günlərə" (Əhməd bin Hənbəl, Müsnəd, II,390) gəldik...

Məhz belə bir vaxtda, fitnə fəsadın yayıldığı zamanda; Quran və Sünnətə iki əllə sarılsaq, bütün dərdlərimizə dərman tapmış olarıq. Necə ki, Peyğəmərimiz (s.ə.s.) buyurmuşdur:

"Qadına bənzəyən kişiyə, kişiyə bənzəyən qadına Allah lənət etsin" (İbn-Həcər, Fəthul Bari, 10.332).

"Qadın geyimləri geyinən kişiyə, kişi geyimləri geyinən qadına Allah lənət etsin" (Əbu Davud, Libas 28).

"Kişiləşən qadınları və qadınlaşan kişiləri evlərinizdən çıxarın". (Buxari, Libas, 62)

Müasir qəhvəxanalar (çayxana)

Keçmişdə, xüsusilə də yaşlı və işsiz kişilərin oturub söhbət etmək üçün getdiyi çayxanalar, indi gənc qızların və qadınların görüşdüyü İslami kafelərlə əvəz olunub. Xüsusilə

örtülü xanımların da getdiyi, yan masadaki söhbətlərin belə istənmədən də olsa eşidildiyi kafelər, ictimai cinsiyyət məhrəmiyyətini daha çox degenerasiya edən məkanlara çevrildi.

Modernizm və texnologiyanın gündəlik həyatımıza bir çox yöndən rahatlıq gətirdiyi inkar edilə bilməz. Amma bununla bərabər zərərli virusların da gizlincə həyatımıza girdiyi və bizi ən dəyərlilərimizlə; ailəmizlə və övladlarımızla vurduğunu unutmamalıyıq. Həyatımıza rahatlıq və gözəllik üçün girən hər bir şeyi, ictimaiyyətlə və milli dəyərlərimizlə uyğunlaşdıraraq süzgəcdən keçirtmədən qəbul etməməliyik. Əks təqdirdə itirdiyimiz, yalnızca köhnə vərdişlərimiz olmur, çox təəssüf ki...

Übey bin Kabın Həzrəti Ömərə təqvanı tərif edərkən dediyi kimi, tikanlı bir sahədə gəzdiymizi düşünməliyik. Bu günki ifadələrlə, gəzdiyimiz hər yerdə hər dəqiqə bir mina partlayaraq bizi və sahib olduğumuz bütün gözəllikləri məhv edəcəyi şüurunda olmalı və buna fürsət verməməliyik.


Səhər Küçük
Bu yazıya 581 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.