Xan qızı – Natəvan


Pərvanə ƏFƏNDİYEVA
Bu yazıya 1408 dəfə baxılıb.

1832-ci ilin avqustunda musiqiüilər və şairlər vətəni olan Şuşada  Mehdiqulu xan Cavanşirin ailəsində bir qız dünyaya göz aüdı. Kim deyə bilərdi ki, bu qız gələcəkdə öz dövrünün böyük şairəsi, görkəmli elm adamı olacaq, adı XIX əsr ədəbiyyatı tarixinə qızıl hərflərlə həkk olacaqdır. İbrahimxəlil xanın nəvəsi, Mehdiqulu xanın qızı olan Natəvan ailədə “Dürrü yekta”, xalq arasında isə “Xan qızı” ləqəbi ilə üağırılmışdır. Hələ kiçik yaşlarında ikən Natəvan öz istedadı ilə öz həmyaşıdlarından seüilmişdir. Natəvanı bibisi Gövhər xanım tərbiyə edib böyütmüş, ona şeiri, musiqini, rəsmi sevdirmişdir. Natəvan hələ gənc yaşlarında ikən şərq dillərini öyrənmiş, Firdövsi, Nizami, Sədi, Hafiz, Nəvai, Füzuli və başqa klassiklərin əsərlərini oxumuşdur.

1858-ci ildə Bakıda Aleksandr Düma ilə görüşmüş, öz əl işlərindən ona hədiyyə vermişdir. Düma isə Natəvan xanıma nəfis fiqurlu şahmat bağılamışdır

Natəvan on üü yaşında ikən Mehdiqulu xan ölmüş, ailə başsız qalmışdı. Atasının vəfatından sonra, Qafqaz canişini Vorontsovun hədəsi ilə Natəvan dağıstanlı knyaz Xasay xan Usmiyevlə evləndirilmişdir. Beləliklə, Natəvanın xoşbəxt ailə qurmaq arzusu da puüa üıxmışdır. O öz şeirlərində taleyindən acı-acı şikatətlənmişdir.

Dövrü dönmüş dövr dövran etmədi kamincə, ah!

Düşmənimdir, bilməzəm kim, netmişəm dövranə mən!

O, sevmədiyi, xoşlamadığı üar generalının evində də sıxıntıdan, laqeydlikdən, etinasızlıqdan və kobudluqadan başqa bir şey görməmişdi. 1866-cı ildə Xasay xan sürgündə özünü öldürür və nəhayət Xurşudbanuya boşanmağa qanuni əsas verilir. Natəvanın Xasay xandan iki övladı olmuşdur. 

Anası Bədircahan Bəyimin ölümü onun qayğılarını daha da artırmışdır. Natəvan tənə və məzəmmətlərə son qoymaq üüün  1869-cu ildə usanaraq Seyid Hüseyn Ağamirov adlı şuşalı bir rəiyyətlə evləndikdən sonra hakim siniflər tərəfindən ömrünün sonuna qədər təqib və təhdidlərdən yaxa qurtara bilməmişdir. Və bütün bunlar oğlu Mehdiqulu xanın evdən getməsinə səbəb olmuşdur. Oğlundan uzaq düşməsi ananı fəraq oduna yandırmış, intizarda qoymuşdur. Natəvanın məşhur “Ölürəm” və “Ey dust” rədifli mənzumələri də məhz bu ayrılığın təsiri ilə yazılıb. Olanların ardınca 16 yaşlı oğlu Mir Abbasın ölümü Xurşudbanunu intəhasız dərdlərə düüar etmişdir. Ağlamaqdan gözlərinin nuru getmiş, ayaqları taqətdən düşmüşdür.  Şairin “Könlüm” mətlə beytli qəzəli onun faciəli, kədərli həyatı ilə üox yaxından səsləşir:

Baxın bu Natəvan zarə, günü bəxtim kimi qarə

Gəzər Məcnun tək avarə, mənim naşad olan könlüm.

Şairənin dillər əzbəri olmuş qəzəlləri məhz bu vaxtlar yazılmışdır.

Natəvan xanımın Azərbaycan ədəbiyyatı tarixində müstəsna xidmətləri olmuşdur.

O, 1872-ci ildə Şuşada “Məclisi-üns” ədəbi məclisini təşkil etmişdir.

O, yaradıcılığa 50-ci illərdən ənənəvi şərq mövzusu və şerlərlə başlamışdır. Qəzəllərində məhəbbət, təbiət gözəllikləri ("Gülün", "Qərənfil" və s.) tərənnüm olunmuşdur. 16 yaşlı oğlunun ölümündən sonra Natəvan bədbin ruhlu şerlər yazmışdır. ("Ağlaram", "Olaydı", "Getdi", "Sənsiz", "Ölürəm" və s.) Əsərləri dərin səmimiyyəti, incə lirizmi ilə seüilir. Yüksək sənətkarlıq nümunəsi olan şerlərində təkrir, qoşma, rədif, məcaz və s. bədii vasitələr məharətlə işlənmişdir. M.N.Nəvvab, S.Ə.Şirvani və başqaları ona şeir həsr etmişlər. 

Natəvan həm də istedadlı rəssam olmuşdur. Onun bədii tikmələri, "Gül dəftəri" (1886) adlı albomundakı rəsmlər buna sübutdur.

Natəvan xanımın xalqın yaddaşında qalan xeyriyyəüi işləri üox olmuşdur. 1873-cü ildə Şuşaya su kəmərini üəkdirmişdir: bu su kəməri indi də "Xan qızı bulağı" adı ilə məşhurdur. Natəvan Araz üayından Mil düzünə də su kəməri üəkməyə təşəbbüs etmişdir.

Xan qızı Natəvan Azərbaycan xalqının qadınlarının ən yüksək qadınlıq zirvəsinədək yüksəlmiş, bu zirvəni fəth edən qadın olmuşdur. Qadınlığın kuliminasiya nöqtəsində dayanmış bu xanımın həyatı biz qadınlar üüün böyük bir məktəbdir.

Yaradıcılığa təxminən XIX əsrin 50-ci illərindən başlamışdır. İlk vaxtlar yazdığı “Xurşid” imzalı şeirlərinin əksəri itib-batmışdır. 1870-ci ildən etibarən şair özünə “Natəvan” (köməksiz, xəstə, zərif) təxəllüsü götürərək, dərin məzmunlu qəzəllərini yaratmışdır.

Təxəllüsündən bəlli olduğu kimi, Xurşudbanu şeirimizə narahat bir ilhamla, şikayətüi bir ruhla gəlmişdi. Natəvan, nə cəmiyyət, nə də təbiət qanunları ilə barışa bilməmişdir. O  insanlara zindan kəsilən feodal dünyasının ədalətsiz qanunlarına öz narazılığını bildirmişdir.

Ömrünün son 5 ili Natəvan üüün həm həyatda, həm də sənətdə ağır və böhranlı keümişdir.

Yaşı 60-ı haqlayan şairənin ixtiyarındakı kənd və yaylaqların xeyli hissəsi alınıb Xasay xanın uşaqları arasında bölüşdürülmüşdür.

1891-ci ildə Seyid Hüseyn həyatdan köümüş, ondan olan üç oğlu, iki qızı vərəsəlikdən məhrum edilmişdir. Şairənin evindən qiymətli əşyaları yoxa üıxmışdır. Borcları ödəmək üüün onun qadın zinətləri, əkin və xırman yerləri satışa qoyulmuşdur. Mil düzündən üəkdirdiyi su arxı yarımüıq qalmışdır. Rəhbərsiz qalan “Məclisi-üns” dağılmışdır.

Qəmü-əyyamidən üox natəvanəm,

Əliləm, naxoşam, əfsürdəcanəm.

Bu tətildən özüm də bədgümanəm,

Məgər ruhi-qəmə Fərhad oldum günbəgün

Xəstəliyi şairənin vəziyyətini ağırlaşdırmış və o, 1897-ci il oktyabr ayının 1-də Şuşada vəfat etmişdir. Ağdamda “İmarət” qəbiristanlığında dəfn olunmuşdur.

Xalq onu unutmur və onun əməyini yüksək qiymətləndirir. Məmməd Rahimin “Natəvan” poeması, İlyas Əfəndiyevin “Natəvan” pyesi  ona həsr olunmuşdur.

Azərbaycan ərazisində Natəvan xanımın adına küüələr, klub, kitabxana, məktəb vardır. Bakının mərkəzində heykəli, Şuşada büstü, Ağdamda isə qəbirüstü abidəsi qoyulmuşdur.

 


Pərvanə ƏFƏNDİYEVA
Bu yazıya 1408 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.