Stomatit


Vüqarə Məmmədova
Bu yazıya 778 dəfə baxılıb.

Stomatit – ağız boşluğunun selikli qişasının müxtəlif mənşəli və əlamətli xəstəliklərinin ümumi adıdır. Stomatit həm müstəqil xəstəlik ola bilər, həm də skarlatina, qızılca kimi digər xəstəliklərin ağırlaşması və ya təzahürü ola bilər. Xəstəliyə daha çox uşaqlar tutulur.

Ağız boşluğunun selikli qişasının xəstəlikləri kifayət qədər çoxdur, lakin onların düzgün diaqnostikası çətin olur. Bu onunla bağlıdır ki, sadəcə ağız boşluğunun deyil, həm də bütün orqanizmin müxtəlif xəstəlikləri eyni əlamətlərlə keçə bilər. Ağızın selikli qişasının xəstəliklə ümumi ad altında birləşdirilir – stomatitlər. Əgər ağız boşluğunun hər tərəfi deyil, sadəcə ayrı-ayrı sahələri zədələnirsə – dil, dodaqlar və ya damaq, o zaman qlossit, xeylit və ya palatinit deyirlər.

Stomatitin əmələ gəlmə səbəbləri

Stomatitlərin əmələ gəlmə səbəbləri müxtəlif amillər ola bilər – ağzın selikli qişasına birbaşa təsir edənlər (yerli təsir), həmçinin orqanizmin xəstəlikləri – mədə-bağırsaq traktının, ürək-damar sisteminin xəstəlikləri, immun müdafiəsinin zəifləməsi, allergik reaksiyalar, maddələr mübadiləsinin pozulmaları və s.

Yerli təsir – travma, kimyəvi, termik, şüalı təsir nəticəsində selikli qişada qızarmalar, eroziyalar, yaralar əmələ gəlir.

Stomatoloji problemlər nəticəsində əmələ gələn stomatitlərin səbəbləri – pasiyent tərəfindən ağız boşluğunun gigiyenasına riayət etməməsi, bol diş ərpi, dağılmış və çürümüş dişlər, ağız boşluğunun disbakteriozudur. Bundan başqa, stomatitlər stomatoloji manipulyasiyaların texnikasında pozulmalar zamanı əmələ gələ bilər. Bunların səbəbi müalicə və protezləşdirmə zamanı baş verən mikrotravmalar, müxtəlif növlü metallardan istifadə, kimyəvi maddələrin istifadəsidir.

Stomatitin əlamətləri

Kliniki təzahürlərə görə stomatitlər bölünür:

* kataral formaya;

* yaralı formaya;

* aftoz formaya.

Kataral stomatit nədir?

Kataral stomatit – ağız boşluğunun selikli qişasının ən çox rast gələn zədələnməsidir. Bu halda selikli qişa şişkin, ağrılı, ağ və ya sarı ərplə örtülmüş ola bilər. Ağız suyunun bol ifrazatı müşahidə olunur. Bu zaman damağın qanaxmaları ola bilər, ağızdan pis qoxu gələ bilər.

Yaralı stomatit nədir?

Yaralı stomatit – kataral stomatitdən daha ağır xəstəlikdir, həm müstəqil olaraq əmələ gələ bilər, həm də kataral stomatitin ağırlaşması ola bilər.

Kataral stomatitdən fərqli olaraq, yaralı stomatit zamanı selikli qişanın bütün qatları zədələnir.

Kataral və yaralı stomatit zamanı ilkin əlamətlər çox oxşardır, lakin sonra yaralı stomatitdə hərarətin 37,5°C qədər yüksəlməsi, zəyiflik, baş ağrıları, limfa düyünlərin ağrılı olması qeyd olunur. Qida qəbulu güclü ağrılarla müşaiət olunur. Belə simptomlar əmələ gəldikdə həkimə müraciət etmək lazımdır.

Aftoz stomatit nədir?

Aftoz stomatit – ağız boşluğunun selikli qişasında tək-tək və ya çoxlu aftoz yaraların əmələ gəlməsiylə fərqlənir. Bu zaman yaralar böyük və dərin olur. Aftlar oval və ya dairəvi formada olur, qırmızı nazik kənarları olur, ortasında isə bozumtul-sarı ərp olur.

Xəstəlik ümumi naxoşluqdan, hərarət yüksəlməsindən, ağızda aftların əmələ gəldiyi yerdə ağrılardan başlayır. Belə yaranın müalicəsi adətən kifayət qədər mürəkkəbdir, və onun sağalmasından sonra yerində izləri qalır. Bu xəstəliyin müalicəsiylə həkim məşğul olmalıdır.

İmmunitet zəyiflədikdə infeksion stomatitin əmələ gəlməsi mümkündür. O, ağızın selikli qişasının səthində olan müxtəlif mikroblar tərəfindən törədilir. Bu mikroblar immunitet zəyifləyənək qeyri aktiv formada olurlar.

Əgər Siz bir dəfə stomatit keçirmisinizsə, xəstəliyin təkrarlanması ehtimalı kifayət qədər böyükdür. Əgər xəstəlik ildə üç-dörd dəfə təkrarlanırsa – bu halları tipik adlandırmaq olar. Lakin bəzi insanlarda stomatit demək olar ki, xroniki ola bilər – köhnə yaralar sağalmadan yeniləri əmələ gəlir.

Adətən, ilk dəfə stomatit halları 10-20 yaş arası olur, bundan sonra böyüdükcə stomatit təkrarlanır, lakin daha az ağrılı olur.

Stomatitlə əhalinin təxminən 20% xəstələnir.

Stomatitin yoluxucu olduğuna dair heç bir sübut yoxdur.

Stomatitin profilaktikası

Ağız toxumalarının travmaları stomatit əmələ gətirə bilər deyə, bu cür zədələrdən uzaq olmaq lazımdır. Qırılmış dişlər, kobud və ya sınmış plomblar, kəskin kənarlı dişlər – bütün bunlarla mütləq həkimə müraciət etmək lazımdır. Kəskin və ya bərk kənarı olan protezi mütləq düzəltdirmək lazımdır. Əgər breketlər taxılıbsa, çıxan hissələri və breketləri diş mumuyla örtmək lazımdır. Dişləri fırça ilə və sapla ehtiyyatlı, lakin əsaslı təmizləmək lazımdır.

Stomatitin profilaktikası üçün dişləri hər gün yumaq lazımdır. Əsasən də bu hamilə qadınlara və yeniyetmələrə aiddir.

Həkim nə edə bilər?

Stomatitin effektiv müalicəsi üçün, əvvəlcə onun əmələ gəlmə səbəbini müəyyən etmək lazımdır, hansı ki, yalnız həkim tərəfindən aşkar oluna bilər.

Ağız boşluğunun müayinəsi zamanı stomatoloq bütün dişlərin səthini yoxlayacaq, mövcud olan plombların dəyişdirilməyə, zədələnmiş dişlərin isə işlənməyə ehtiyyacı olduğunu müəyyən edəcək, diş protezlərini düzəldəcək.

Aftoz stomatitin müalicəsiylə yalnız həkim məşğul olur.

Stomatitin müalicəsi üçün bütün tədbirlər görüldükdə, lakin xəstəlik keçmədikdə, onun əmələ gəlməsinin digər səbəbini tapmaq lazımdır. Böyük ehtimalla, bu, orqanizmin hansısa ümumi xəstəliyidir, və bunun aşkar edilməsi və müalicəsinylə yalnız həkim məşğul olur.

Siz nə edə bilərsiniz?

Müntəzəm olaraq stomatoloqa getmək lazımdır ki, stomatitin əmələ gəlməsinin qarşısının alasınız, əmələ gəldikdə isə həkimin bütün tövsiyyələrinə riayət etməniz vacibdir.

Stomatitin müalicəsi prosesində acılı, duzlu və ya turş qida məhsullarından uzaq olun. Xörəklər turşluğa görə neytral olmalı və ağzın selikli qişasını qıcıqlandırmamlı, həmçinin qida vitaminli olmalıdır ki, sağalma prosesini tezləşdirsin.

 


Vüqarə Məmmədova
Bu yazıya 778 dəfə baxılıb.