Biz niyə kökəlirik?


Mətanət Kərimova
Bu yazıya 1433 dəfə baxılıb.

Köklük insan bədənində yağ hüceyrəsində yığılan təbii enerji ehtiyatlarının ciddi risk meydana gətirəcək səviyyədə artması və nəticədə ölüm nisbətlərinin qaçınılmaz olaraq yüksəlməsi ilə xarakterizə edilən bir xəstəlikdir. Yağ toxuması ehtiyatlarındakı bu artım adamın bioloji xüsusiyyətləri, psixoloji quruluşu və ekoloji faktorların hələ elmə məlum olmayan kompleks əlaqəsi nəticəsində ortaya çıxır.

Bədən ağırlığındakı çoxluğun arterial ürək xəstəlikləri, diyabet, beyin damarlarının tıxanması nəticəsində yaranan iflic, apno kimi ciddi xəstəliklərlə əlaqəsi isbat edilib. Köklük ənənəvi üsullar ilə müalicə edilə bilən sadə bir problem deyil, yüksək sağlamlıq riskləri daşıyan ciddi bir klinik xəstəlik və təhlükəli bir sağlamlıq problemidir.

Köklük və ya piylilik - bədənin çəkisinin piy qatlarının hesabına artmasıdır. Köklük onun səbəblərindən asılı olaraq dərəcələrə bölünür. Kök olmaq heç də həmişə subyektiv səbəblərdən onunla bağlanan şəkər diabeti, hipertoniya və digər xəstəliklərin yaranmasına səbəb olmur. Bütün bu xəstəliklər piylənmə ilə bağlı olmayıb, onun yaranma səbəblərindən asılıdır. Məsələn: tez karbohidratların çatışmamazlığından yaranan kökəlmə diabetə gətirib çıxarır, piysizlikdən və kompleks karbohidratların çatışmamazlığından isə yaranma halları yoxdur. Ürək damar sistemində problemlər əvəllər deyildiyi kimi piydən yox, bədəndə çatışmayan mayenin miqdarından yaranır. Köklük həm də, piy qatının genişlənməsinə təsir göstərir. Piy qatı yumşaqlığında, sərtliyində, maye tərkibində və həmçinin dəridə (tselülit) dəyişikliklər baş verir. Orta həddə olan piylənmə sağlamlığa o qədər də ziyan vurmur.

Köklüyün səbəbləri

Köklük aşağıdakı səbəblərdən yarana bilər:

- Qəbul edilən qida ilə sərf olunan enerji arasında tarazlıq pozulduqda;

-endokrina pataloji əsasında, yəni mədəaltı vəzin, ciyərin, nazik bağırsaq və yoğun bağırsaqda funksional pozğunluq yarandıqda;

- genetik pozğunluq nəticəsində;

Təsir edən amillər:

- Az hərəkətli (oturaq) həyat tərzi;

- Susuzluq;

- Genetik amil, əsasən:

- Lipoqenez fermentinin aktivliyinin artması,

- Lioliz fermentinin aktivliyinin azalması,

- Asan həzmolunan karbohidratların qəbulu;

- Şirin içkilərin qəbulu;

- Şəkərli dietlərin edilməsi;

- Dieta ilə çəkinin daimi azalmasına cəhd;

-Endokrional, hipoqonadizm, hipotireoz, insulinoma kimi xəstəliklərin təsiri;

-Qidalanmanın psixoloji pozğunluq və yemək adətlərinin dəyişilməsi nəticəsində pozulması;

- Stresə meyillilik;

- Yuxusuzluq;

- Psixotropik dərmanların qəbulu.

Köklüyü bəsit yöntəmlərlə aradan qaldırmaq mümkün deyil, amma buna cəhd etmək xəstəliyin özündən də ağır fəsadlar verə bilər. Köklük bir xəstəlikdir və həkim müayinəsindən sonra professional şəkildə müalicə edilməlidir.

Əlbəttə, köklüklə mübarizənin ən yaxşı üsulu bu xəstəliyə mübtəla olmadan atılan addımlardır. Bunlar vaxtı-vaxtında idman, nizamlı və keyfiyyətli qidalanmaq, lazımı qədər su içmək və s. üsullardır.

Mükəmməl vücud və artıq çəkini atmaq üçün, önəmli olan üç addım atın.

I addım: İstəyin

Hansı çəkidə olmaq istədiyinizi yaxşıca fikirləşin. Münasib çəkiyə çatdıqda necə görünəcəyinizi xəyallarınızda canlandırın.

II addım: İnanın

İstədiyiniz, arzuladığınız çəkiyə artıq çatdığınıza inanmalısınız. Özünüzü elə aparın ki, sanki artıq ideal çəkinizdəsiniz. Siz öz ideal çəkinizə çatdığınızı xəyalınızda görməlisiniz.

III addım: Qəbul edin

Yaxşı ovqatda olmalısınız. Özünüzü bəyənməlisiniz. Bu çox vacibdir, çünki indi özünüz haqqında pis fikirləşirsinizsə o zaman istədiyiniz münasib çəkini əldə edə bilməzsiniz. Əgər daima siz öz vücudunuzu tənqid edib, onda qüsur tapırsınızsa, onu heç vaxt dəyişə bilməzsiniz, əksinə daha çox çəki toplayacaqsınız. 

Beləliklə, fikrinizi ideal çəki üzərində cəmləyin!

 


Mətanət Kərimova
Bu yazıya 1433 dəfə baxılıb.