Ev və Qapı


Neslihan Güneş
Bu yazıya 318 dəfə baxılıb.

"Zəngi çaldı, qapını çırparaq hirslə evə girdi. Yolda çox tıxac var idi, ondan əvvəl də iş yerində xoşagəlməz hadisələr yaşamışdı. Süfrə hazırdırmı deyə qışqırdı. Bir az sonra uşaqlar məktəbdən gəldi və avtobusda başlayan mübahisələrini davam etdirərək çantalarını atıb içəri girdilər... Bu vəziyyət günün yorgunluğu ilə birlikdə evin xanımına bir az ağır gəldi. Hər kəs evdə toplandı".

"Boş şeylərə görə mübahisə etdilər, kişi hirslə qapını çırpdı və getdi ...

"Yoldaşımla mübahisə etdik qapını çırpdı getdi. Ardından qapını yenidən açdım və qapı elə çırpılmaz belə çırpılar dedim və mən də ondan bərk çırpdım. Əslində çox da belə mübahisələr etməzdik. Bundan sonra həyat yoldaşım bir səfərə çıxdı. İki gün sonra vəfat etdiyi haqqda xəbər aldıq. Son nəfəsimə qədər “kaş ki…” deyəcəyəm.

Bir az tanış mənzərələrdir, hər zaman olmasa da...

Evlərimiz ...

İnsanın doğulduğu andan etibarən yetişdiyi məkan, hər şeyin ilk öyrənildiyi yer, yuvamız, sığınacağımız. Harada olursaq olaq qapıdan girərkən "evimdən gözəl yer yoxdur" dediyimiz tək yer. Çünki ev dediyimiz yalnız bir binadan, dörd divardan ibarət deyil. Bizim ünsiyyət qurduğumuz özünə xas bir atmosferi, bir aurası olan xüsusi məkanımızdır.

Bu səbəbdən evə məskən deyilir. Rahat olduğumuz, dincələ bildiyimiz yer mənasını verir. Evlərimiz bizim insani ehtiyaclarımıza cavab verməsi ilə yanaşı, həm Mədrəsəmiz, həm də məscidimizdir. Əslində dəyərlərimizin nəzəriyyə və təcrübəsinin tətbiq yeridir. Ailə başçılarının bir-birlərilə münasibətləri, valideyn övlad əlaqəsi, qohum-qonaq mövqeləri, yemə-içmə ədəbi, təmizlik anlayışı, ibadət vərdişləri, yuxu nizamı, ağlımıza nə gəlirsə hər şey özlüyündən yavaş-yavaş ailə içində öyrənilir və tətbiq edilir. Beləcə ailə fərdləri öz evlərinə görə yetişir və həyata buradan başlayır.

Belə halda təməl həyat sahəmiz olan evlərimiz hər baxımdan qorunmalı, məhrəmiyyətə diqqət edilməli, mütləq təmiz saxlanılmalıdır. Bunun üçün də Hz. Peyğəmbərin (s.ə.s.) həyatı yaxşı öyrənilib, tətbiq olunmalıdır.

Müsəlman bir insan, Rəsulullahın (s.ə.s.) hər mövzuda sərgilədiyi davanışlarını və məsləhətlərini özünə nümunə götürür.

Bunlardan biri də qapıdan giriş, çıxış ədəbidir.

Giriş-çıxış yeri, çöldən evə girmək, evdən çölə çıxmaq… Hava limanlarındakı ya da sərhədlərdəki nəzarət nöqtəsi kimi… Evlərimizə girən istədiyi kimi girə bilməz, çıxan istədiyi kimi çıxa bilməz. Mömin bir kimsə üçün giriş-çıxış müəyyən bir ədəb içində olmalıdır. Çünki daim gündəlik həyatımızda istərsə özümüzə aid, istərsə də başqalarının olduğu məkanlara girib çıxırıq.

Yaxşı nələrə diqqət etməli və etdirməliyik?

1 - Üç dəfə zəngə basıb ya da qapını döyüb gözləməliyik. Zəngə basdıqda içəridəki insanların qapını açmaqları üçün hazırlanmalarına vaxt verilir, tələsmək lazım deyil.

2 - Xüsusilə başqasının evidirsə, tam qarşıda durmamalı, bir az yan tərəfdə gözləməliyik ki, açanda dərhal içəri görünməsin. Bu evin məhrəmiyyəti baxımından əhəmiyyətlidir.

3 - İcazə almadan başqalarının evinə girmək olmaz. “Ey iman gətirənlər! Başqalarının evlərinə (sizin olmayan evlərə) sahiblərindən icazə almadan və onlara salam vermədən girməyin!” (Ən-Nur 24/27). "İcazə istəmək üç dəfə olar. İcazə verilsə girərsən, verilməsə geri dönərsən" (Buxari, İstizan, 13).

3 - İçəridəki kimsə "kimdir?" deyə soruşar və kənardakı "mən", deməz adını söyləyər.

4 - Salam verər.

5 – Bismillah deyərək içəri girər.

"Sən, evinə, ailənin yanına gəldiyin zaman onlara salam ver. Sənin bu salamın həm sənə, həm də ev əhlinə xeyir və bərəkət olar" (Tirmizi, İstizan, 10).

Bismillahla girilən ev şeytana sığınacaq olmaz.

"Hər kim evinə girərkən və yemək yeyərkən Bismillah deyərsə, şeytan dostlarına, burada nə gecələyə bilərik, nə də yemək yeyə bilərik",- deyər. Əgər o kimsə evə girərkən bismillah deməzsə, şeytan adamlarına, "gecəni keçirəcək bir yer tapdınız",- deyər. O şəxs yemək yeyərkən bismillah deməzsə, şeytan öz adamlarına, "həm sığınacaq, həm də yemək tapdınız",- deyər (Müslim, Əşribə 103; Əbu Davud, Ətimə 15).

Salam və Bismillah çölün bütün mənfiliklərini çöldə buraxmaq üçün edilir. Çöldə fərqli insanlarla bərabərik. Fərqli enerjilər, yorğunluqlar, mənəvi çirklər nə varsa qapının xaricində qalmış olur. Bu, kiçik-böyük hər kəsin riayət etməli olduğu bir qayda halına gəlməlidir.

Evlərimizin sükunət məkanı olmasını istəyiriksə, salam və bismillahla daxil olmalıyıq.

Burada göz önündə tutmaq lazım olan bir xüsus da ev xalqının evə sağ-salamat gəlməsi və yuvada görüşməsi böyük bir nemətdir deyə düşünməyimizdir. Çöldən gələn hər kəs üçün ayrı-ayrı şükr etmək lazımdır.

Yenə mömin qapıdan çıxanda da fərqli olmalı və ev xalqı ilə vidalaşarcasına, sanki son ayrılıqları kimi gözəlcə və sükunətlə evindən çıxmalıdır. Evdə qalan varsa, gedəni qonağını ötürdüyü kimi yola salmalıdır. Çünki gedənin gəlməsi naməlumdur, gəlsə evdəkini taparmı, o da bilinmir.

Evdən Çıxarkən Oxunan Dua haqqında hədislər:

"Bismillah... Allahım! Sənə təvəkkül etdim, güvəndim. Hər şey Allahın qüvvət və qüdrəti ilə olur" (Tirmizi, Daavat, 34).

"Allahım! Azğınlığa düşməkdən ya da düşürülməkdən, ayağımın sürüşməsindən ya da sürüşdürülməsindən, zülm etməkdən və ya zülmə uğramaqdan, cahilcə davranmaqdan ya da mənə cahilcə davranılmasından sənə sığınıram" (Tirmizi, Daavat, 35).


Neslihan Güneş
Bu yazıya 318 dəfə baxılıb.