EVİN RƏİSİ EVİNİN ÇOBANIDIR.


Samirə Mahmudova
Bu yazıya 301 dəfə baxılıb.

Bəşəri və dini münasibətlərin öyrənilib aşılandığı ən ideal məkan- isti ailə yuvasıdır. Gələcəyin meyvəsi burada ilk tumurcuqlarını çıxarır, bar verməyə hazır hala gəlir. Təlim-tərbiyənin əsası burada qoyulur. Millətlər öz köklərini burada atır, ya dərinləşərək güclü bir dövlət halına gəlir, ya da kökü xarab olduğu üçün böyümədən çürüməyə üz tutub tarixdən silinir. İndiyə kimi ifadə edilənlər cəmiyyətin kicik nüvəsi sayılan ailənin əhəmiyyətini sadalayır. Ailənin təməl daşları sayılan valideynlərin də dünyagörüşlü, uzaqgörən və savadlı olması, o ailədə böyüyən uşaqların gələcəyinin parlaq olduğundan xəbər verir. Savadlı və mədəni ailələrdə yetişən övladlarla ünsiyyət zamanı o ailə haqqında ilkin təəssürat sahib olmağımız heç də çətin deyildir.

Ailə sahibi olmağın fəziləti və savabı nə qədər çoxdursa, məsuliyyəti də bir o qədər çox olur. Ona görə də ailə sahibi olmağa hazirlaşanlar, gələcək həyat yoldaşlarını seçərkən bu ilahi məsuliyyəti göz önündə tutaraq onlara bu həyat yolunda dəstək və arxa olan birilərini seçməlidirlər. Həyat yoldaşının təkcə gözəl və savadlı olması deyil, eyni zamanda uzaqgörən, səmimi, çətinliklər qarşısında dözümlü və iradəli bir xanım olması, ailə başçısı sayılan kişi üçün necə də böyük xoşbəxtçilikdir. Çünki dünyaya gələcək olan övladlarının gözəl yetişməsi və tərbiyə alması üçün həyat yoldaşının mükəmməl bir tərbiyəçi olması vacib faktordur. Övladlarına mükəmməl bir təhsil və tərbiyə vermək üçün qadınları ilk əvvəl gözəl yetişdirmək lazımdır. Faydalı bilik və təhsillə sursatlanan belə analar usaqlara ilk vərdişləri və fərdi bilikləri aşılayaraq onların təməlini bu hikmətlə yoğurmuş olacaqlar.

Bununla birikdə övladlarına lazımı bilik və hisləri aşılaya bilməyən analara evin rəisi sayilan kişilər yardım etməli, onlarda görülən əksiklikləri üzə vurmayıb övladlarının təlim-tərbiyələri ilə sirf özləri məşğul olmalıdırlar. Ailənin dəyəri və önəmini və ailənin onlara verilən bir əmanət olduğunun idrakı içində olan kişilər bu əmanətin zay olmaması üçün lazım gələrsə, şəxsən ozləri usaqlarının təlim-tərbiyəsinə göz yetirməlidirlər. Usaqları hər nə qədər savadlı bir dayə və tərbiyəçiyə əmanət etdiklərini düşünsələr də həftə sonları onların dərsləri ilə məşğul olmaları və övladlarına vaxt ayırmaları gələcəkdə ola biləcək təhlukələri qabaqcadan hiss etmələrinə və qarşısını almalarına səbəb olar. Onun üçün ümmətin Peyğəmbəri Hz. Muhamməd (s.a.s.) bir hədisində:

“Diqqətli olun! Hamınız çobansınız və hamınız sürünüzdən məsulsunuz. İnsanlara başçılıq edən bir əmir çobandır və öz rəiyyətindən məsuldur; Kişi də evinin çobanıdır və onlardan məsuldur. Qadın yoldaşının evi və uşaqlarının çobanıdır. O da onlardan məsuldur. Hamınız çobansınız və hamınız sürünüzdən məsulsunuz” (Buxari, Cuma 2; Muslim, İmam, 20)

Bu hədis sıra ilə ilahi məsuliyyətin nə dərəcədə ağır olduğunu və qiyamət günündə də hesabının çətin olacağının xəbərdarlığını bizə bildirir. Bir başqa hədisində isə Peyğəmbərimiz (s.a.s.) kişilərin ailəsinə lazımi diqqət yetirmədiyi və vaxtında onların eyib və nöqsanları ilə maraqlanmadığı üçün xanımının və övladlarının onun fəlakətini hazırladıqlarını xəbər verir.

Bütün bu hədislərdən alinan nəticə kişilərin evin rəisi kimi hakimiyyəti əlində saxladığı kimi məsuliyyət sahibi olduğunun şüurunda olması, ailəsinin ehtiyacları və mənəvi halları ilə yaxından maraqlanması onun evə qazanc gətirməsi kimi vacib amillərdən biridir. Yaxasını məsuliyyətdən qurtarmaq üçün hakimiyyəti xanımının əlinə verənlər üçün isə yerin altı yerin üstündən daha xeyirlidir. Rasulullah (s.a.s.) bir hədisində:

“Başçılarınız ən xeyirliləriniz, varlılarınız da comərd olarsa, işlərinizdə məsləhətlərlə davam edərsə, yerin üstü sizin üçün altından daha xeyirlidir. Lakin başçılarınız ən şərliləriniz, varlılarınız da

xəsis olarsa, işləriniz də qadınlarınızın əlində olarsa o zaman yerin altı sizin üçün üstündən daha xeyirlidir” buyurmuşdur.

Allah Təalanın bizlərə xeyirli ömür nəsib edib aməli - saleh övlad sahibi olanlardan eyləsin. Amin!


Samirə Mahmudova
Bu yazıya 301 dəfə baxılıb.