Onların sevgisi - 2


Nəzrin Hüseynova
Bu yazıya 258 dəfə baxılıb.

Həzrət Aişə bir dəfə üstündə heyvan şəkli olan bir yastıq almışdı. Peyğəmbərimiz (s.ə.s.) bunu gördükdə qapıda durdu və içəri girmədi. Onun xoşuna gəlmədiyini gözlərindən anlayaraq dedim:

* Ey Allahın Rəsulu! Söylə günahım nədir? Allaha tövbə edim, Rəsulundan da üzr istəyim.

Bu cavabı verdi:

* Bu yastıq nədir belə?

* Üstünə oturasan və dincələsən deyə onu sənin üçün almışam.

* Bu rəsimləri çəkənlər qiyamət günü əzaba düçar olunacaqlar və onlara “Buyurun çəkdiklərinizə can verib dirildin!” deyiləcək. İçində rəsm olan evə mələklər girməz! – deyə buyurdu.

Yenə bir dəfə içləri lif və izhir otu ilə doldurulmuş iki çarpayı almışdım. Rəsulullah onları gördü:

* Ey Aişə, dünyanımi istəyirsən? deyə soruşdu.

* Mən onları sənin üçün almışam. İçlərində lif və izhir otları var – dedim.

* Ey Aişə, dünya mənim nəyimə lazımdır? Mən və dünya bir ağacın kölgəsində olan adam kimiyik. Oradan qalxıb getdikdən sonra bir daha əbədiyyən geri dönülmür – buyurdu.

Onların səadət yuvası, yolçunun bir neçə günlük qaldığı yerdən daha sadə idi: “Bir həsirimiz var idi, gecələr üzərimizə örtərdik, gündüzlər isə otağımıza atardıq. Gələn qonaqlarla onun üstündə oturar, onun üstündə namaz qılardıq. İkimiz eyni örtü ilə yatardıq. Örtünün bir tərəfi üzərimdə ikən, O, digər tərəfi üzərində namaz qılardı. O, evində hamının etdiyi işləri edərdi. Paltarını tikər, ayaqqabısını düzəldərdi”.

Həzrət Peyğəmbər (s.ə.s.) gənc bir qadın olan Aişə anamızın könlünü almaq və onu əyləndirmək üçün fürsət axtarardı. Ancaq bu davranışlar süni deyildi, həyatın axarında yeri və zamanı gəldikcə göstərilən gözəl hərəkətlər idi.

Peyğəmbər (s.ə.s.) Təbuk və ya Xeybər Savaşından dönmüşdü. Külək əsdi və otaqdakı pərdənin bir hissəsini qaldırdı. Bu əsnada Peyğəmbər (s.ə.s.) Həzrət Aişənin oyuncaq gəlinciklərini gördü və soruşdu:

* Ey Aişə, bu nədir?

* Bunlar mənim oyuncaqlarımdır – dedi.

Sonra ortalarında iki qanadlı bir at gördü və soruşdu:

* Bəs bu nədir, ey Aişə?

* Atdır.

* Bəs üstündəki nədir?

* İki qanad.

* Atın qanadı olur ki?

* Həzrət Süleymanın qanadlı atları olduğunu eşitməmisən Sən?

Bu cavabı eşidən Resulullah (s.ə.s.) mübarək azı dişləri görünənə qədər güldü.

“Mən Rasulullah (s.ə.s.) yanımdaykən oyuncaqlarımla oynayardım. O da gedib mənim qız yoldaşlarımı göndərər, onlarla bərabər oynayardıq”.

“Bir bayram günü idi. Yanımda iki cariyə Buas savaşı ilə bağlı mahnılar oxuyarkən Rasulullah (s.ə.s.) gəldi. Yatağına girib uzandı və kürəyini bizə çevirdi. Bu əsnada atam içəri girdi və

* Allah Rəsulunun evində şeytan çalğısı hə?! deyə məni danladı.

Rəsulullah (s.ə.s.) :

* Ey Əbu Bekr, bu gün bayramdır, qoy etsinlər. – deyərək ona mane oldu. Onların başı söhbətə qarışanda cariyələrə gözümlə işarə etdim, durub getdilər”.

“Başqa bir bayram günü idi. Qaradərililər məsciddə qilinc-qalxan oyunu oynayırdılar. Mən ondan istədim, yoxsa o çağırdı xatırlamıram. Mənə:

* Seyretmək istəyirsənmi? – deyə soruşdu.

* Bəli - dedim.

Qalxdı, yanağım yanağının üstündə dayandıq. Mən bezənə qədər baxdıq. Mənim kimi bir gənc qızın əyləncəni nə qədər sevdiyini özünüz təsəvvür edin. Yorulduğumuz fərqinə varanda:

* Bəsdirmi, buyurdu. Mən:

* Bəli - dedim. Sonra məni göndərdi”.

“Yanımda təhsili ilə məşğul olduğum Ənsardan bir qız var idi. Onu evlədirdim. Toy günü Rəsulullah (s.ə.s.) gəldi. Toy evində heç bir oyun və musiqi eşitmədikdə:

* Ey Aişə! Onun üçün niyə mahnı oxumursunuz? Ənsarın bu qəbiləsi musiqini sevir.- buyurdu.”

“Allah Rəsulu (s.ə.s.) ilə birlikdə savaşa çıxmışdıq. Sərt tikanlar və misvaq ağacları olan bir bölgəyə gəldik. Mən ehtiyacımı qarşılamaq üçün biraz aralaşdım. Həzrət Peyğəmbər (s.ə.s.) yanıma gəldi:

* Gəl səninlə yarışaq. – dedi.

Paltarımın ətəyini yığdım, eyni cərgəyə gəldik, yarışmağa başladıq. Məni keçdi.

* Bu, Zimecazın qarşılığıdır - deyə buyurdu.

(Allah Rəsulu ilə evliliyimizin ilk illərində də yarışmışdıq. Mən o vaxtlar gənc  idim və Allah Rəsulunu keçmişdim).


Nəzrin Hüseynova
Bu yazıya 258 dəfə baxılıb.