"Zahir bizim səhramız, biz də onun şəhəriyik".


Məryəm Dəmir
Bu yazıya 177 dəfə baxılıb.

Cənabı-Haqq biz qullarını yaradıb dünya həyatına göndərməzdən əvvəl bizdən soruşmadı:

Qaşın nə rəng olsun?

Gözün nə rəng olsun?

Boyun necə olsun?

Cənabı Haqq bizi qarşılıqsız yaratdı, yəni bu dünyaya gələrkən heç bir bədəl ödəmədik. Hadi ismi-şərifi ilə də biz aciz qullarına hidayət bəxş etdi. Bu dünya həyatı içərisində yaratdığı qullarını da müxtəlif imtahanlardan keçirdi. Bəzi insanlar orqanların eskikliyi ilə imtahan Fiziki qüsurun olması könül dünyasına təsir etsəydi Rəsulullah (s.ə.s.) səhabələri ilə bu qədər çox maraqlanmaz, Cənnət müjdələri bu qədər açıq olmazdı.

Rəsulullah (s.ə.s.) qüsurlu səhabələrə müsbət ayrı-seçkilik tətbiq edən ilk insandır. Peyğəmbərimizin həyatını, döyüşlərini oxuyarkən, dinləyərkən bu səhabələr haqqında məlumatlara rast gəlirik.

Peyğəmbərimizin (s.ə.s.), bəzi bədəni qüsurları olduğu üçün cəmiyyət içində olmaqdan narahat olan və buna görə səhrada yaşamağı seçən Zahir adında bir səhabəyə səhradan bəzi bitkiləri yığıb, Mədinə bazarında özü ilə birlikdə satışa çıxarmağı təklif etməsi də diqqət çəkir. Bazardakı alış-verişdə Zahirə kömək edən Peyğəmbərimiz (s.ə.s.) ətrafdakılara da “Zahir bizim səhramız, biz də onun şəhəriyik” - deyərək hər zaman xoş sözlər söyləmişdir. İstifadə etdiyimiz ifadələr bizim qarşımızdakı insana verdiyimiz dəyərə görə dəyişir. Peyğəmbərimiz bu ifadələrlə səhabələrinin könlünü fəth etmişdir.

Mədinə bazarında həmin səhabə Peyğəmbərimizi (s.ə.s.) bir küncdə gözləyərkən, Peyğəmbərimiz (s.ə.s.) ona arxadan səssizcə yaxınlaşır və gözlərini bağlayaraq onunla zarafatlaşır. Peyğəmbərimizin (s.ə.s.) o günə qədər heç kimə bu cür məsafəsiz davranmadığını görən ətrafdakı müsəlmanlar, bu maraqlı mənzərəni seyr edirlər. Allah Rəsulu (s.ə.s.) bunu fürsət bilərək yüksək səslə: "Bir qulum var. Satıram. Onu məndən kim alar?"- deyə zarafatını davam etdirir. Zahir: "Ey Allahın elçisi, beş qəpik etməz bir şikəst köləni kim alar? - deyincə, zarafat bu andan etibarən bitir. Peyğəmbərimiz (s.ə.s.) bütün ciddiliyi ilə ətraflarına yığılmış insanlara səslənərək belə deyir:

"Ey Zahir, and olsun ki, Allah və Allahın Rəsulu qatında sənin dəyərin qiymətsizdir! Bunun üçün biz də səni sevirik.

Qüsurlu səhabələrdən qısa boyu və incə ayaqları ilə diqqət çəkən Hz. Abdullah ibn Məsudun bədəninin bütün çəlimsizliyinə baxmayaraq, Qureyş müşriklərinin olduğu Kəbəyə getmiş və orada açıq olaraq Quran oxumuşdur. Böyük işgəncə görən İbn Məsud sağalan kimi bütün xəbərdarlıqlara baxmayaraq, yenə eyni qəhrəmanlığı göstərmişdir.

Son nəfəsinə qədər bədəninə bürüyən bir xəstəliklə yatalaq və baxıma möhtac halda otuz il yaşayan Hz. İmran ibn Hüseyn, "Bu ağrılara necə dözürsən?" - deyən yoldaşına, "Mənim haqqımda sağlamlıq və xəstəlikdən hansı Allahın xoşuna gələrsə, mənim xoşuma gələn də odur!

Otuz ildir özümdə böyük bir rahatlıq tapmışam" – deyə bilirdi. Bu səbir sayəsində Hz. İmran elə mənəvi yüksəklik əldə edəcəkdi ki, mələklərin təqdisini eşidəcək hala gələcəkdi. Mələklər də, təsəlli olsun deyə ona hər gün salam gətirəcəkdi.

Rəsulullah (s.ə.s.) kor və Məkkədə ilk iman edənlərdən biri olan Abdullah ibn Ümmi Məktumu Mədinəyə insanlara Quran öyrətməsi üçün göndərmişdir. Mədinəli Bəra ibn Aiz (radıyallahu anhuma) deyir ki:

“Bizə ilk hicrət edən kəslər Musab ibn Umeyr ilə İbni Ümmi Məktumdur. Bunlar (Mədinədə) xalqa Quran öyrədirdilər” (Buxari, Mənakibul-Ənsar, 46).

Bilal Həbəşi ilə birlikdə Hz. Peyğəmbərin (s.ə.s.) müəzzinliyini də etmiş olan İbni Ümmi Məktum (İbn Sad, IV, 207) kor olması, evinin məsciddən uzaqda yerləşməsi və onu məscidə aparacaq kimsəsinin olmadığını bildirərək namazı evində qıla bilməsi üçün Hz. Peyğəmbərdən (s.ə.s.) icazə istəmişdi.

Rəsulullah isə:

“Sən namaz üçün azan oxunduğunu eşidirsənmi?” - deyə soruşdu. O:

“Bəli!” - cavabını verdi.

Peyğəmbər (s.ə.s.):

“O halda dəvətə riayət et, camaat namazına gəl” - buyurdu (Müslim, Məsacid, 255; Əbu Davud, Salat, 46).

Bu xəbər camaatla namazın necə əhəmiyyətli olduğunu vurğulamaqla yanaşı, Peyğəmbərimizin gözdən qüsurlu birini cəmiyyətdən təcrid etməyərək, onu camaat içində olmağa təşviqi də xüsusilə diqqət çəkir.

Bununla yanaşı Hz. Peyğəmbər dəfələrlə Mədinədən çıxdığı zaman, İbni Ümmi Məktumu özünün yerinə camaata namaz qıldırması üçün vəkil olaraq təyin etmişdir. Bu vəzifənin ona on üç dəfə verdiyi nəql edilir.

Qul olaraq axirəti qazanmaq üçün gəldiyimiz bu dünya aləmində halımız nə olursa olsun, hansı mühitdə olmağımızdan asılı olmayaraq “Mənim öhdəmə düşən vəzifə nədir?” - deyə düşünüb daha çoxunu etmək üçün səy göstərməliyik. Cənabı-Haqq qiyamət gəlib çatdığı zaman bizdən dünyada nələr etdiyimizin hesabını aldığı zaman, kimin daha dəyərli olacağını bilmirik.

Bədən üzvləri qüsurlu olan qardaşlarımız bizlərə dua etsin, könüllərimiz qüsurlu olmasın.


Məryəm Dəmir
Bu yazıya 177 dəfə baxılıb.