Alzheimer xəstəliyi.


Gülarə Mahmudova-Psixoloq
Bu yazıya 1444 dəfə baxılıb.

Dövrümüzün geniş yayılan xəstəliklərindən biri də Alzheimerdir.

Alman həkimi Alois Alzheimer, çalışmaqda olduğu Frankfurt Ağıl Xəstəlikləri xəstəxanasında 51 yaşlı qadın xəstəsini müayinə edərkən, təsbit etdiyi tapıntının necə şərh olunmasının lazım olduğunu hələ bilmirdi, çünki o günün tibb kitablarında belə bir məlumat yer almırdı. Xüsusilə ağlını itirmə, epilepsiya (sara) və ağır psixiatrik pozuqluqlar üzərində yeni inkişaf etdirilən texnikalarla araşdırmalarını davam etdirən Alzheimer, Auguste  adındakı bu xəstədə yaddaş pozuqluğu, halüsinasyalar, paranoyya, Orientasiya pozuqluğu, danışma pozuqluğu və gözlənilməz psixososial davranışları fərqləndirərək xəstəxanaya yatırtdı və yaxın təqib altına aldı. Təxminən beş il qədər izlədiyi xəstəsini 1906-cı ilin aprelində təəssüf ki itirən Alzheimer, o vaxtlarda çalışmaqda olduğu Münih Kral Psixiatriya Klinikasında Augustenin beynini yararaq çox əhəmiyyətli bəzi beyin toxuması dəyişikliklərini təyin etdi. Bu xəstədəki pozuqluğu, həm kliniki cədvəli, həm də mikroskopik tapıntıları tibb dünyasının diqqətinə təqdim edən Alzheimer, beləliklə yeni kəşf etdiyi bir xəstəliyə adını verən həkim olmuşdur.

Xəstəliyin meydana gəlmə səbəbləri:

 1 - Gündəlik həyat fəaliyyətinə təsir edən yaddaş itkisi;

. Alzheimer Xəstəliyi olanlar yaxın keçmişdəki hadisələri, insan adlarını və telefon nömrələrini daha tez unudarlar və daha sonra da xatırlaya bilməzlər.

2 - Gündəlik həyat fəaliyyətinədəki  çətinliklər:

Alzheimer Xəstəliyi olanlar yeməyi sobada unutmaqla qalmaz, nə hazırladıqlarını da xatırlamaya bilərlər.

3 - Söz tapmada çətinlik

 Alzheimer Xəstəliyi olanlar çox sadə sözləri unuda bilərlər ya da yerinə uyğun olmayan sözlər istifadə edə bilərlər.

4 - Zaman və məkan qarışıqlığı:

 Alzheimer Xəstəliyi olanlar hər gün keçdikləri küçələrdə itə bilər. Harada olduqlarını, oraya necə gəldiklərini ya da evlərinə necə gedəcəklərini bilməyə bilərlər.

5 - Mühakimə və qərara çatmada çətinlik:

 Bəzən başqa bir işə dalıb müvəqqəti olaraq əsl etdiyimiz işi unuda bilərik. Alzheimer Xəstəliyi olanlar isə, əsl etdikləri işi tamamilə unuda bilərlər. Uyğun şəkildə geyinə bilməyə bilərlər, bir neçə köynək ya da paltonu üst-üstə geyə bilərlər.

6 - Sıx istifadə edilən əşyaların yerlərini dəyişdirmə:

Hamımız bəzən pulqabı ya da açarlarımızı qeyri-adi yerlərə qoyar, sonra da bir müddət axtarırıq. Alzheimer Xəstəliyi olanlar isə, əşyalarını hara olsa qoya bilər: gözlüyünü soyuducuya ya da qol saatını şəkər qabına qoymaq kimi.

7 - Ruh halı ya da davranışlarında dəyişmə:

Hamımız zaman zaman kədərli ya da narahat bir ruh halı içində ola bilərik. Alzheimer Xəstəliyi olanlar isə, hər hansı bir səbəb olmadan birdən ağlaya ya da çox əsəbi hala gələ bilər.

8 - Şəxsiyyət dəyişmələri

İnsanların şəxsiyyətləri yaşla birlikdə bir miqdar dəyişmə göstərə bilər. Alzheimer Xəstəliyi olanlar isə, ani və diqqətə çarpan dəyişikliklər göstərə bilər. Şüphəli, narahat ya da qorxu içində bir şəxsiyyət sərgiləyə bilər.

9- Məsuliyyətdən qaçma:

Zaman zaman ev işlərindən, iş və ictimai məsuliyyətlərdən bezib, yorula bilərik. Bununla birlikdə, bu məsuliyyətlərlə mübarizə gücümüzü təkrar qazanarıq. Alzheimer Xəstəliyi olanlar isə, iş və sosial sahələrdə çox passiv hala gələ bilər və bu qalıcı bir hala çevrilə bilər. Xəstə gedərək daha da unutqanlaşır və tanış obyektlərin adlarını xatırlamaqda çətinlik çəkə bilər. Zamanla yaddaş itkisi ilə birlikdə duyğu vəziyyətində və davranışlarında dəyişikliklər olmağa başlayır. Alzheimerli insan, saçlarını daramaq ya da dişlərini fırçalamaq kimi sadə vəzifələrini unudar.

Xəstəliyin Səbəbi:

 Qəti səbəbi bilinmir. Lakin irsi olduğu,  virus infeksiyası, toksin və ya zədə nəticəsində ola biləcəyi istiqamətində düşüncələr vardır. 40-50 yaşlarında başlayır, cəmiyyətin yaşlanma nisbətinin artması ilə görülmə sıxlığı artır. Alzheimerin ana risk faktorları, yaş ünsürü və ailəvi keçmişdir. Elm adamları xəstəliyə səbəb ola biləcək digər faktorları da görə bilmək üçün çalışır. Xəstəliyə səbəb ola biləcək bilinən faktorlar aşağıdakıları ehtiva edir: Elm adamları Alzheimerin səbəblərinin yarısından çoxuna genetik faktorların gətirib çıxardığına inanırlar. Elm adamları Alzheimerli insanları beyin toxumalarında alüminium, sink kimi metalların varlığını kəşf etdilər. Onlar, bu metalların Alzheimerin səbəbi olub olmadığı ya da xəstəliyin səbəblərindən biri olaraq beyində meydana gəlib meydana gəlmədiyi mövzusu üzərində çalışırlar. Bəzi elm adamları alzheimerin bir virusun səbəb ola biləcəyini düşünürlər. Onlar, Alzheimerli insanların beyin toxumalarında bu günə qədər görünmüş dəyişikliklərin səbəbi ola biləcək virusları araşdırırlar. Alzheimer, ehtimalla tək bir səbəbə bağlı olaraq meydana gəlmir. Hər insan üçün fərqli olan davranışların, bir çox faktora gətirib çıxardığını söyləmək daha uyğun olar. Məsələn, genetik faktorlar, xəstəliyin səbəbi olmaq üçün tək başına kafi deyil.

Xəstəliyin Müalicəsi

 Təəssüf ki, xəstəliyin səbəbi hələ ola bilmədiyindən, tam düzəlmə ya da "şəfa" təmin edəcək bir müalicə yoxdur.Yenə də, əlamətləri azaldıb, xəstələrin həyat keyfiyyətlərini yüksəldəcək dərmanlar mövcuddur. Xəstəliyi yaxşılaşdırmaq mümkün deyil, lakin əlamətləri idarə altına alına bilər. Bu səbəblə xəstəliyin müalicəsi və xəstəyə yanaşma, baxım təmin edən bir çox insanın iştirakını tələb edir. Bunlar ailə, ictimai xidmətlər və tibbi dəstəkdir.

 


Gülarə Mahmudova-Psixoloq
Bu yazıya 1444 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.