Onların Sevgisi - 3


Nəzrin Hüseynova
Bu yazıya 160 dəfə baxılıb.

Həzrət Peyğəmbər Aişə anamıza Üveyş (Aişəcik) deyə xitab edərdi:

* Ey Üveyş, su! deyərdi.

Tez-tez:

* Aişə, (şeir) beytlərini neylədin? – deyə soruşardı. Mən:

* Hansı beytləri, ey Rəsulallah?! Məndə beyt çoxdur – deyərdim.

* Şükür (haqqında olanları...) – deyə qarşılıq verərdi.

Ailədəki kiçik problemlər, Onun (s.ə.s.) geniş könlündə şirin lətifələrə çevrilərdi. Bir gün Həzrət Əbu Bəkir icazə istəyib Həzrət Peyğəmbərin otağına girdi. Gördü ki, Aişə anamız yüksək səslə Peyğəmbərimizə (s.ə.s.) qışqırır. Həzrət Əbu Bəkr Aişə anamızın yaxasından tutub:

* Ümmü Rumanın qızı, sən Rəsulullaha (s.ə.s.) bağırırsan? – deyə, əsəbləşdi.

Həzrət Peyğəmbər (s.ə.s.) onları ayırdı. Həzrət Əbu Bəkir əsəblə oradan çıxıb getdi. Həzrət Peyğəmbər (s.ə.s.) Aişə anamızın könlünü almaq üçün:

* Görmürsən atanla sənin aranı ayırdım. – dedi.

Əsəbi sakitləşən Həzrət Əbu Bəkir icazə alıb yenidən içəri girdikdə onların gülüşdüyünü gördü. Və:

* Ey Allahın Rəsulu, məni savaşınıza ortaq etdiyiniz kimi barışınıza da ortaq edin. – dedi.

Ümmü Ruman və Həzrət Əbu Bəkrin qızları Aişəyə sərt rəftar etmələrinə Həzrət Peyğəmbərin (s.ə.s.) ürəyi razı olmaz, bundan narahat olardı. Bir dəfə Həzrət Əbu Bəkir qızı Həzrət Aişəyə əlini qaldırıb sinəsinə vurmuşdu. Onları belə görən Həzrət Peyğəmbər (s.ə.s.) Həzrət Əbu Bəkirə:

* Bu etdiyinə görə ondan üzr istəməni istəyirəm. – buyurmuşdu.

Yenə bir gün Aişə anamızın hücrəsinə bir hərb əsiri gətirmişdilər. Əsir Aişə anamızın qadınlarla məşğul olmasından istifadə edərək qaçmışdı. Rəsulu-Əkrəm əsiri görmək üçün gəlmiş, lakin onun qaçdığını görüb kədərlənmişdi:

* Aişənin əli qırılsın! – deyərək əsirin araşdırılması üçün bayıra çıxmışdı.

Həzrət Peyğəmbər (s.ə.s.) Aişə anamızın hücrəsinə qayıtdığı zaman o, iki əlini o tərəf bu tərəfə çevirirdi. Rəsulullah (s.ə.s.) ona baxaraq:

* Dəli olmusan? – dedi.

Aişə anamız:

* Mənə bəddua etdin. Hansı əlim qırılacaq ona baxıram. – cavabını verdi.

Bunu eşidən Həzrət Peyğəmbər (s.ə.s.) belə dua etdi:

* Ey Rəbbim! Mən bir insanam, insanlar kimi hiddətlənirəm. Ey Rəbbim! Kişi və ya qadın hansı müsəlmana bəddua etsəm mənim bu duamı onun haqqında xeyirə çevir.

“Rəsulullaha (s.ə.s.) mənim üçün Allaha dua et dedim. O:

* Ya Rəbb! Aişənin açıq və gizli, keçmiş və gələcək günahlarını bağışla. – dedi. Gülməyə başladım, hətta o qədər güldüm ki, gülməkdən başım arxama düşəcəkdi.

Rəsulallah (s.ə.s.):

* Duam səni sevindirdimi? – buyurdu.

* Mənə nə olub ki, Sənin duan məni sevindirməsin. – dedim. Rəsulullah (s.ə.s):

* Bu duam bütün ümmətim üçündür. – buyurdu”.

Rəsulullah sallahu aleyhi və səlləm mənə:

* Mən sənin mənə əsəbləşdiyin və məndən razı olduğun zamanları bilirəm. – buyurdu.

Mən:

* Bunu hardan başa düşürsünüz? – deyə soruşdum.

* Məndən razı olduqda mənə: “Xeyr! Muhamməd sallallahu aleyhi və səlləmin Rəbbinə and olsun!” – deyirsən. Mənə əsəbi olanda isə: “Xeyr! İbrahimin Rəbbinə and olsun! – deyirsən.” – buyurdu.

Mən:

* Düzdü, ey Allahın Rəsulu, mən sadecə sənin adını tərk edərəm. Sevgin isə könlümdə yaşayar. – dedim.

Həzrət Peyğəmbər (s.ə.s.) özünə edilən dəvətlərə bəzən onu da aparardı. Həzrət Ənəs (r.a.) rəvayət edir:

* Rəsulullahın (s.ə.s.) İranlı bir qonşusu var idi, gözəl ət yeməyi hazırlayardı. (Bir gün) Rəsulallah (s.ə.s.) üçün yemək hazırladı. Sonra dəvət etməyə gəldi. Rəsulallah Aişə anamızı göstərərək:

* Onun üçün də dəvət varmı? – deyə soruşdu. Adam:

* Xeyr! – dedikdə,

* Gələ bilmirəm. – cavabını verdi.

Adam çönüb dəvətini təkrarladı. Rəsulullah (s.ə.s.) da:

* Bəs o? – deyə Aişə anamız üçün yenidən icazə istədi. Adam:

* Xeyr! – dedi. Rəsulallah (s.ə.s) də:

* Xeyr! – cavabını verdi.

Sonra adam yenidən dəvət etməyə gəldi. Rəsulullah (s.ə.s.) da:

* Bəs o! deyə təkid etdi. Adam axırda:

* Bəli! – dedi.

Həzrət Peyğəmbər (s.ə.s) Aişə anamız ilə birlikdə zarafatlaşaraq dəvət sahibinin evinə getdilər.

Aişə anamız Peyğəmbərimizə (s.ə.s.) mütləq şəkildə itaət edir, Onun bir dediyini iki etmirdi. Allah Rəsulunun xoşlamadığı bir şeyi, ikinci bir xəbərdarlığa ehtiyac qalmadan evindən atırdı. Həm Peyğəmbərimizin (s.ə.s.) xidmətinə canla-başla çatmağa çalışır, həm də Allah Rəsulunu ziyarətə gələnlərə əllərindəki imkanlar daxilində ikram və ehsan edirdi.


Nəzrin Hüseynova
Bu yazıya 160 dəfə baxılıb.