Təbii dərman - Məkkəgülü


Kəmalə Hüseynova
Bu yazıya 265 dəfə baxılıb.

Xalq arasında Məkkəgülü kimi tanınan bu bitkinin sağlamlıq baxımından min bir faydası var. Onun bədənə şəfa verdiyi və təravətləndirdiyi elmi araşdırmalarla da sübut edilmişdir. Olduqca gözəl çiçəklərə sahib olan bu bitkiyə bəzi yerlərdə nar çiçəyi də deyilir. Nar çiçəyi, hibiskus, əmbər çiçəyi kimi fərqli adları olan Məkkəgülü əvvəllər Sudan çöllərində yetişirdi, amma indi tropik və subtropik ölkələrdə də yetişdirilir. Yamayka, Cənubi Amerika, Meksika, Mərkəzi Amerika və Karib adalarında bu bitkiyə çox rast gəlmək olar. Əksər ölkədə zəncəfil ilə qarışdırılaraq istifadə edilir, çay ya da soyuq içki olaraq içilir. Ondan susuzluğu aradan qaldıran və Sudanda ənənəvi sayılan içki hazırlanır. Bu bitkidən hazırlanan çayın qış aylarında bədən üçün xüsusi faydası vardır. Məkkəgülü bitkisinin dəmləməsini bütün qış boyu içə bilərsiniz. Bu, həm xəstəliklərdən qorunmanıza kömək edər, həm də bədəninizə istilik verər. Faydaları: - Qan şəkərini tənzimləyir; - Dəridəki ölü hüceyrələri təmizləyir; - Təzyiqi normallaşdırır; - Böyrək iltihabı üçün faydalıdır; - Qrip və öskürəyi aradan qaldırır. - Sidikqovucu xassələrə malikdir, öd ifrazını stimullaşdırır, qara ciyəri xoşagəlməz təsirlərdən qoruyur. - Sakitləşdirici, südəmələgətirici xassələrə malikdir, orqanizmin ümumi möhkəmlənməsinə kömək edir. - Məkkəgülü maddələr mübadiləsini aktivləşdirir və əgər lazım olan miqdardan artıq yemək yeməsəniz, bir ay ərzində, sağlamlığınıza zərər gəlmədən, 2-4 kiloqrama qədər arıqlamanıza kömək edir. - Təbabət alimlərinin dediyinə görə, məkkəgülünün tərkibindəki bəzi maddələr və bir sıra mikroelementlər bədxassəli şiş törəmələrinin yaranmasının qarşısının almağa qadirdir. - Məkkə gülü C vitamini ilə zəngindir. Bu vitamin sayəsində qış aylarında bir çox xəstəliklərin yaranmasını əngəlləyir. - Soyuqdəymə və temperaturun aşağı düşməsində şəfalı təsirlərə malikdir. Gündə 1-2 stəkan içilməsi şikayətlərin azalmasına səbəb ola bilər. Məkkə gülü çayının hazırlanması: Məkkəgülü çayını ərəblər bütün xəstəliklərin dərmanı adlandırırlar. Sözsüz ki, bu içkinin belə qiymətləndirilməsi təsadüfi deyil. Öz zəngin tərkibi ilə məkkəgülü çayı bir çox dərdlərin təbii dərmanıdır. Məkkə gülü çayının dəmlənməsi olduqca sadədir. Eynilə qara çayı dəmlədiyiniz kimi, qaynayan suyun üzərinə bir miqdar Məkkəgülü əlavə edin və dəmlənməyə qoyun. Təxminən 3 dəqiqə sonra çay hazır olacaq. Maraqlıdır ki, məkkəgülü çayı isti halda arterial təzyiqi artırır. Soyuq halda isə rahatlıqla təzyiqi endirir. Böyrək xəstəliklərinə, yüksək təzyiqə, yaşlanmağı gecikdirməyə böyük faydası vardır. Eyni zamanda immunitet sisteminizin güclənməsini təmin edir. Məkkəgülü çayını, doğumdan sonra ilk günlərdə istifadə etmək faydalıdır. Bu çay sakitləşdirici xassələri sayəsində doğuşsonrası depressiyanı aradan qaldırır, bağırsağın işini

yaxşılaşdırır, ana südünü artırır və onun sakitləşdirici xassələri südlə körpəyə ötürülür, immuniteti bərpa edir. Məkkəgülü çayını isti, həm də soyuq halda içirlər. Soyuq halda içilən zoğalı rəngli bu çay, hətta ağır yeməklə dolu ziyafət sürəfsindən sonra mədədəki ağırlığı yüngülləşdirmək üçün faydalıdır. Onu içən kimi baş ağrısı və qarın nayihəsindəki ağırlıq tez yüngülləşir. Məkkəgülü şərbətinin hazırlanılması: 300 qram məkkəgülü 1 litr adi suda 5-6 saat saxlanılır, sonra süzülür, məkkəgülünün həm dadı, həm də rəngi suya keçir, sonra üzərinə 4 litr su əlavə olunur zövqə görə limon darçın və ya zəncəfil əlavə edə bilərsiniz, sonra yenə də zövqə görə bal və ya şəkər tozu qarışdırıb içə bilərsiniz. Xatırladım ki, susuzluğu yatırmaq və dadına görə əla bir içkidir. Əks göstərişlər Məkkəgülü çayı ekoloji təmiz məhsuldur. O, 1 yaşınadək uşaqlar istisna olmaqla bütün yaş qruplarından olan insanlara tövsiyə olunur. Məkkəgülü çayının faydalarına baxmayaraq, kəskin qastritdən, mədə xorasından, xroniki böyrək xəstəliklərinin kəskinləşməsindən, öd kisəsində və sidik kisəsində daş xəstəliklərinin kəskinləşməsindən əziyyət çəkən insanlara istifadə etmək tövsiyə olunmur. Məkkəgülü çayını və ya şərbətini yeməkdən sonra içməyiniz məsləhətdir, çünki mədəyə qıcıqlandırıcı təsiri ola bilər. Qastritlər zamanı içilməsi məsləhət deyil. Hamiləlikdə və südvermə zamanı çox az istifadə olunmalıdır.


Kəmalə Hüseynova
Bu yazıya 265 dəfə baxılıb.