Könül iqlimindən incilər


Osman Nuri Topbaş
Bu yazıya 258 dəfə baxılıb.

Peyğəmbərimiz (s.ə.s.) bir hədisi-şərifində:

"Mən ancaq bir müəllim olaraq göndərildim",- buyuraraq, özünün bir mürəbbe olduğunu bəyan etmişdir. Bir ana-atanın övladına duyduğu şəfqət və mərhəmətdən daha çoxunu ümmətinə qarşı hiss edən Peyğəmbərimizin ən mühim vəzifəsi "tərbiyə" olduğu kimi, yeni gələn nəslin məsuliyyətini çiyinlərində daşıyan ana-ataların ən əhəmiyyətli vəzifələri də, övladlarını nəbəvi əxlaq üzrə yetişdirmələri olmalıdır. Çünki unudulmamalıdır ki, nəbəvi tərbiyədən keçmədən əvvəl səhabəyi-kiram, bir cahiliyyə insanı idi.

Uşaq tərbiyəsində ana və ata, müştərək bir məsuliyyətə malikdir. Necə ki Rəsulullah (s.ə.s.):

"Hamınız çobansınız və hamınız himayəniz altında olanlardan məsulsunuz... Kişi, ailəsinin çobanıdır və sürüsündən məsuldur. Qadın, evinin çobanıdır və sürüsündən məsuldur”,-buyurmuşdur (Buxari, Vəsaya, 9).

Belə demək mümkünsə, ana-atasının hal və rəftarlarını bir kaset kimi yaddaşına yazan bir övladın gözəl yetişməsi üçün, ana-atanın da övladına daim müsbət bir nümunə olması zəruridir. Bu hekayə çox maraqlıdır. Ana xərçəng balasına:

"-Niyə belə yana doğru gedirsən, balam! Düzgün yeri!" - deyincə, balasının bu xəbərdarlığına müxatəb olmuşdur:

"-Yaxşı, ana! Əvvəl sən önümdə düzgün yeri, mən səni təqib edərəm!"

Ruhul-Bəyanda zikr edildiyinə görə, qiyamət günü ən şiddətli əzabı çəkəcək olan adam, ailəsi haqqında cahilcə davranan, yəni ailəsini mərifətullah təhsilindən məhrum buraxan kimsə olacaq.

Ayəti-kərimədə belə buyurulur:

"Ey iman edənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!” (Təhrim, 6)

Təfsirçilər bu ayədə əmr edilən qorumanın, gözəl əxlaqi təlim, səhvini düzəldərək xəbərdarlıq və irşad, pis yoldaşlardan qorumaq, zövq üçün yeməyə öyrəşdirməmək, zinəti və rahatlığı sevdirməmək kimi tərbiyə fəaliyyətləri olduğunu ifadə etmişlər.

Peyğəmbərimiz (s.ə.s.), bəzi hədislərində "tərbiyə" vəzifəsini, "cihad" kimi dində ən fəzilətli qəbul edilən bir əməldən belə üstün tutmuşdur. Necə ki, cihada çıxmaq üzrə Ona müraciət edən bir qisim əshabının, geridə qalan oğul-uşaqlarına və qoca ana-atalarına baxacaq kəsləri olmadığını anlayınca:

"-Onların yanına qayıdın, çünki cihadın yaxşısı onların yanındadır",- buyuraraq geri qaytarmışdır. (Baxın: Buxari, Cihad 138, Azan 17, Ədəb 3; Müslim, Birr, 5; Əbu Davud, Cihad, 31; Tirmizi, Cihad, 2)

Tərbiyənin maddi və mənəvi baxımdan əskik verilməsinin nəticəsini Əbu Zəkəriyyə əl-Anbər bir təşbehlə belə ifadə edir:

"Ədəb olmadan elm, odunsuz atəş, elmsiz ədəb də bədənsiz ruh kimidir".

Bir ana-atanın övladına qoya biləcəyi ən böyük miras, onun əbədi həyatını xoş edəcək mənəvi qiymətlərdir. Hədisi-şərifdə buyurulduğu kimi:

"Heç bir ata uşağına gözəl əxlaqdan daha xeyirli bir miras buraxmamışdır" (Tirmizi, Birr, 33/1952).

Dörd böyük xəlifədən sonra İslam tarixinin beşinci böyük xəlifəsi sayılan Ömər bin Əbdüləzizdən vəziri:

"- Beytülmaldan aldığınız təsisatın kafi gəlmədiyi görülür. Daha çoxunu əmr buyursanız, bir qismini ehtiyat yığıb vəfatınızdan sonra övladlarınız və nəvələrinizin zəruri ehtiyacları üçün saxlayardıq?!" - demişdi.

Ömər bin Əbdüləziz (r.a.), bu təklifə bu möhtəşəm cavabı verdi:

"-Əgər geridə qalan övladlarım saleh kimsələrdən olsalar, onların çətinliyə düşmələrindən qorxmuram. Çünki Cənabı-Haqq:

“Həqiqətən, mənim himayədarım Kitabı nazil edən Allahdır. O, əməlisalehlərə himayəçilik edir” (Əl-Əraf, 196) buyurmuşdur. Cənabi-Haqq, onların vəlisi və qəyyumu olduqdan sonra, onların irəlidə qarşılaşacaqları vəziyyətlərdən heç narahat deyiləm.

Yox, saleh deyil, səfeh olacaqlarsa, belələri haqqında da yenə Qurani-Kərimdə;

“Allahın sizə dolanmaq üçün bəxş etdiyi malları səfehlərə verməyin” (ən-Nisa, 5) buyurulmuşdur. Bu ilahi nəhyə (qadağa) baxmayaraq, səfeh olacaq uşaqlarıma malmı saxlayacağam?! "

Ana-atalar, uşaq tərbiyəsində əvvəlcə:

-Övladlarının təmiz ürəklərinə, Allah və Peyğəmbər məhəbbətini, Quran və Sünnə mədəniyyətini aşılamağa səy göstərməlidirlər. Mərifətin nəzakətə tabe olduğunu unutmayıb, könüllərində mənəvi gözəlliklərin inkişaf etməsi üçün, uşaqlarını hədiyyə və xoş sözlərlə xeyirə təşviq etməlidirlər.

Necə ki, Həzrəti İmam Malik deyir ki:

"Mən hər hədis əzbərlədiyimdə atam mənə bir hədiyyə verirdi. Elə bir zaman gəldi ki, atam hədiyyə verməsə belə hədis əzbərləmək məndə bir ləzzət halına gəldi".

-Yenə uşaqların yüksək bir könül tərbiyəsindən keçə bilmələri üçün həm təhsil alacağı məktəbi, həm də bu təhsili verəcək müəllimi yaxşı seçməyə səy etməlidir. Necə ki, Rəsulullah (s.ə.s.), Abdullah bin Ömərə (r.a.) belə buyurmuşdur:

"Ey İbni Ömər! Dininə yaxşı sarıl, dininə yaxşı sarıl! Çünki o sənin həm ətin, həm qanındır. Dinini kimdən öyrəndiyinə yaxşı diqqət et! Dini elmləri və hökmləri, istiqamət əhli alimlərdən al, sağa-sola meyl edənlərdən alma!"2

-Ana-ata, övladlarının öyrəndiyi təhsilin, onlar üzərində necə bir təsir icra etdiyinin də daim təqibində olmalıdır. Çünki mənəvi dünyadan uzaq alınan təhsilin, məlumdur ki, adama bir faydası yoxdur.

Bu bir həqiqətdir ki, kitabxanaların tozlu rəflərində qalmış üstü örtülü fəlsəfə kitaplarının üzərinə çökmüş Bilgiç ruhu, könüllərə bulantıdan, qəlb sıxıntısından başqa bir şey qazandırmamışdır. Cəmiyyətlər onlarla heç bir zaman salamatlığa qovuşmamışdır.

Buna müqabil, Quran və Sünnə mədəniyyəti ilə yoğrulub təsəvvüfü hikmətlərlə kamala çatmış könüllər, insanlığı daim həqiqi səadət və salamatlığa çıxarmışlar. Yəni məlumatın adama fayda verməsi üçün hal və davranışlara əks olunması, məlumatın mədəniyyətə çevrilməsi zəruridir. Necə ki ayədə:

“Allahdan Öz qulları arasında ancaq alimlər qorxarlar” (Fatir, 28) buyurulur.

-Övladlarımızın tərbiyəsində diqqət etməmiz lazım olan xüsuslardan bir digəri də, onlara daima nəzakət dolu bir üslub ilə xitab etməyə çalışmaq və gözəl sözlər söyləməkdir. Bu xüsusdakı səhvlərin doğuracağı qəmli nəticəyə işarə edən bu misal nə qədər ibrətlidir:

Bir adam Həzrəti Abdullah bin Mübarəkin yanına gələrək ona uşağının üsyanından şikayət edir. Həzrət, o kimsəyə:

"-Uşağına heç bəddua etdinmi?" - deyə soruşur. O şəxs "Bəli" cavabını verincə, Abdullah bin Mübarək:

"-Uşağın pozulmasına sən səbəb olmusan!" – deyə buyurur.

-Uşaqlarınızı avaraçılıqdan, lazımsız gəzmələrdən, evə gec gəlmələrdən və pis yoldaşlardan bütün gücümüzlə qorumalı, onları müəllimlərə, yaşlılara, qohum-əqrəbaya, qonşulara, zəiflərə, kimsəsizlərə və möhtaclara qarşı vəzifələrinin şüuru ilə yetişdirməlik.

- Uşaqlarınızı xəstə ziyarətlərinə, infaqa yönləndirməli və tərtəmiz ruhlarına sədəqə vermənin mənəvi zövqünü daddırmalıyıq. Ara-sıra öz xərcliklərindən nə qədər infaq etdiklərini soruşmalı və onları bu sözlərlə daim xeyirə təşviq etməliyik:

 

"Övladım, bizə bu nemətləri ehsan edən Cənabı-Haqdır. Bu səbəbdən Rəbbimizə bir şükür borcumuz var. Bizə lütf edilən bu nemətləri ehtiyac sahibləri ilə paylaşmamız, şükür borcumuzu ifa etməmizdir. Bundan başqa sənin, möhtac qardaşlarınla imkanını paylaşmaq, bil ki Rəbbimizin çox xoşuna gedir. Ayəti-kərimədə də «... Sədəqələri Allah alır ...» (ət-Tövbə, 104) buyurulur ".

Övladlarımıza yeddi yaşından etibarən namaz qılma vərdişi də qazandırmamız lazımdır. Hətta bunun üçün zaman-zaman onları da özümüzlə məscidə aparmaq lazımdır.

Həftənin müəyyən günlərində mənəvi həyəcanlarını artırmaq üçün toplanmalı, siyəri- Nəbi və əcdadımızın tarixin qızıl səhifələrinə qeyd etdiyi mərhəmət, şücaət, fədakarlıq, haqq-hüquq kimi xüsuslardakı həssasiyyətlərini onların könül aləmlərinə nəqş etməliyik.

Bu məsələlərə diqqət edən ana-ataların övladları, dinin, vətənin və millətin sanki göz bəbəyidir. Tarix boyunca yaşayan vəlilər, cəngavərlər və fatehlər həmişə onların meyvəsidir.

Son olaraq bunu da xatırlatmaq istərdik ki, tariximizdəki şanlı zəfərlərimiz, hər nə qədər əsgərlərin zəfəri kimi görünsə də, əsas zəfər o əsgəri yetişdirən salehə anaların zəfəridir. Cəmiyyət bu saliha analarla abad olur. Buna müqabil nəfsani həyata düçar olmuş, övladının tərbiyəsinə biganə qalmış qadınlarla da cəmiyyət bərbad olar.

Nə xoşbəxt o analara ki, özünü övladlarına həsr etmiş, onları İslam şəxsiyyət və xarakterinə nümunə təşkil edəcək gözəl bir şəkildə yetişdirmişdir. Belə bir ana ömürlük bir təşəkkürə layiqdir.

Allah -Təala övladlarımızı dinimizə, vətənimizə və millətimizə xeyirli etsin! Onları zamanımızın fitnə və şər girdablarından mühafizə buyurub bizlər üçün sədəqəyi-cariyə halına gəlmələrini ehsan buyursun. Amin! .


Osman Nuri Topbaş
Bu yazıya 258 dəfə baxılıb.