İslamda geyim


Sevinc Vəkilova
Bu yazıya 123 dəfə baxılıb.

Geyinmək, insanların yemək və su kimi ehtiyaclarından biridir. Geyimdə axtarılacaq təməl şərt; soyuqdan qoruması, isti iqlimlərdə bədənə rahatlıq verməsidir. Parçanın cinsi, rəngi, naxışı, şəkli ölkələrə və şəxslərin zövqünə görə dəyişə bilər.

İslam, geyimdə qadınlar və kişilər üçün müəyyən bir ölçü və məcburiyyət gətirmişdir. Qeyri-müsəlmanları təqlid niyyətiylə onların paltarlarının geyinilməsi dinimizə uyğun hərəkət deyildir..

Müsəlman xanımların geyimi bir çox təfsirlərdə ifadə edilmiş, müctəhidlər, fəqihlər, mövzunun mütəxəssisləri o paltarın necə bir paltar olduğunu ayəyi-kərimələrin və hədisi-şəriflərin işığında ortaya qoymuşlar.

Allah-Təala Əhzab Surəsi 59-cu ayədə belə buyurur; "Ey Peyğəmbər! Xanımlarına, qızlarına və möminlərin xanımlarına söylə, evlərindən çıxdıqlarında üst geyimlərini üzərlərinə geyinsinlər. Bu onların azad və iffətli xanımlar olaraq tanınmaları və əziyyətə görməmələri üçün daha uyğundur. Allah isə çox bağışlayıcı, çox mərhəmət edicidir".

Müsəlman xanım evdə ərinin və digər məhrəmlərinin yanında (atası, qardaşı, oğulları) ən gözəl paltarlarını geyə bilər, bu caizdir. Ancaq çöldə diqqət çəkməyəcək, maraq oyandırmayacaq bir paltar geyinməlidir.

Qadınların kişi paltarı geyməsi caiz olmadığı kimi, kişilərin də qadın paltarı və ya qadın paltarına bənzəyən paltar geyməsi doğru deyil. Yəni kişi kişi kimi, qadın da qadın kimi geyinməlidir. Allah Rəsulu geyim, bədən və davranışları ilə kişiyə bənzəməyə çalışan qadınlara və qadınlara bənzəməyə çalışan kişilərə lənət etmişdir.

Hədislərdə belə buyurulur: “Qadınlardan kişilərə bənzəyənlərlə, kişilərdən qadınlara bənzəyənlər bizdən deyildir”.

 

Abdullah ibn Abbas (r.a.) belə rəvayət etmişdir: “Allah Rəsulu kişiyə bənzəyən qadınları və qadına bənzəyən kişiləri lənətlədi və onları evlərindən çıxarın”,- buyurdu (Buxari, Libas, 62, Hüdud, 33; Əbu Davud, 53; İbn Hənbəl, I, 225) .

Geyinilən paltar insanı qürura sövqedici olmamalıdır. Öyünmək üçün, nümayiş üçün paltar geymək düzgün deyil.

İslam, imkanı olanlar üçün israfa qaçmadan "gözəl geyinməyi" təşviq edir. Ayəyi kərimədə: “Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və təvaf edərkən) gözəl libaslarınızı geyin” (əl-Əraf, 31) buyurulur.

Allah-Təala, verdiyi nemətlərin əsərini qulu üzərində görməyi sevər. Bu baxımdan imkanı olan insanlar israfa girmədən gözəl paltarlar geyinməlidirlər.


Sevinc Vəkilova
Bu yazıya 123 dəfə baxılıb.