Ən sevilənin sevgilisi Hz.Aişə (r.anhə)


Nəzrin Hüseynova
Bu yazıya 175 dəfə baxılıb.

Peyğəmbərimiz (s.ə.s.) həyat yoldaşları arasında Xədicə anamızdan sonra ən çox Aişə anamızı sevərdi. O həm maddi, həm də mənəvi xüsusiyyətləri ilə digər xanımlardan fərqlənirdi. Hədis elmi ilə məşğul olan Zəhəbi, Aişə anamızın bu xüsusiyyətlərini belə nəql edir:

“O, gözəl və ağbəniz bir xanım idi. Buna görə ona Hümeyra deyilirdi. Həzrət Peyğəmbərin (s.ə.s.) zövcələri arasında bakirə olan tək o idi. Heç bir qadını ondan daha çox sevməmışdı. Qadınlar içində ondan daha çox biliklisini görmədim. O, Allah Rəsulunun (s.ə.s.) həm dünya, həm də axirətdəki zövcəsidir. Bundan daha böyük bir iftixar ola bilərmi?

Toydan sonra bu yeni gəlin Peyğəmbərimizin (s.ə.s.) evinə köçdü. Evi kərpic və xurma ağacının budaqları istifadə olumaqla məscidin ətrafına tikilmiş otaqlardan biri idi. Otağın döşəməsinə bir həsir salınmışdı. Onun üstündə də xurma lifi ilə dolu dəri bir çarpayı var idi. Qapı olaraq tüldən düzəldilmiş bir pərdə asılmışdı. Belə bir sadə evdə Aişə anamız evlilik həyatına başladı.

Evliliyinin ilk illərində İslamın gələcəyi ilə bağlı dəqiq bir məsələ yox idi. Peyğəmbərimiz (s.ə.s.) belə ümmətinin gələcəyindən narahat idi. Bu yeni dini xanımlar arasında izah edən, onların çatışmazlıqlarını və səhvlərini düzəldən ağıllı, həvəsli və səy göstərən bir xanıma ehtiyac var idi. Aişə anamız bu xüsusiyyətlərə artıqlaması ilə sahib idi. O, doqquz il müddətində Həzrət Peyğəmbərin (s.ə.s.) ən yaxını oldu. Peyğəmbərimizdən (s.ə.s.) öyrəndikləri ilə qısa bir vaxt ərzində böyük hədis və fiqh alimi olaraq yetişdi. Xüsusilə xanımlar özləri ilə bağlı öyrənmək istədikləri məsələləri Aişə anamızdan soruşardılar. Bundan əlavə, çox gözəl ədəbə zövq və mədəniyyətə sahib idi.

Mən qısqanmayım bəs nə edim?!

Aişə anamız gənc qızlıqdan yetkinkliyə keçid dövrünü Peyğəmbərimizin (s.ə. s.) yanında tamamlamışdır. O, daha əvvəl də bəhs etdiyimiz kimi bu evə gəldikdə qonşu qızlarla və oyuncaqlarla oynayırdı. Allah Rəsulu (s.ə.s.) da onun belə hallarını sevgi və anlayışla qarşılayırdı. Rəsulullah (s.ə.s.) bəzən onu məscidə Həbəşlilərin milli oyunlarını izləməyə aparar, bəzən da onunla şəxsən özü qaçış yarışları edərdi.

Həyat yoldaşları arasında ən çox qısqanclıq duyğusu yaşayan Aişə anamız idi. Onun qısqanclığı bəzən ayələrin enməsinə belə səbəb olmuşdur. Məsələn, bal şərbəti

ilə bağlı olan ayə Aişə anamızın bir qısqanclıq hadisəsinin nəticəsi olaraq nazil olmuşdur.

Peyğəmbərimizi (s.ə.s.) ən çox qısqanan və Onun sevgisini qazanmaq üçün ən çox səy göstərən zövcəsi, şübhəsiz ki, Aişə anamız idi. Bunda Allah Rəsulunun (s.ə.s.) bakirə olaraq evləndiyi tək qadının Aişə anamız olmasının böyük rolu var idi. Çünki Rəsulullahın (s.ə.s.) Aişə anamızdan başqa bütün xanımları əvvəllər evlənmiş və bəzilərinin əvvəkli yoldaşlarından uşaqları olmuşdu. Halbuki Aişə anamızın qəlbini dolduran ilk və tək eşq Həzrət Peyğəmbər (s.ə.s.) idi və ailə xoşbəxtliyini ən gözəl formada ilk və son dəfə Onda (s.ə.s.) dadmışdı.

Özünün Peyğəmbərimizlə (s.ə.s.) evləndikdə digər xanımlardan fərqli olaraq bakirə olması Aişə anamızın tez-tez fərqli yollarla dilə gətirdiyi bir məsələ idi. Bir dəfə Həzrət Peyğəmbərdən (s.ə.s.) belə soruşmuşdu:

* Ey Allahın Rəsulu! Zəhmət olmasa mənə deyin, bir dərəyə ensəniz və orda iki cür ağac olsa, bunlardan birinin üzərindəki məhsul yeyilmiş, digəri isə əl dəyilməmiş olsa dəvənizi hansında otarardınız?

Allah Rəsulu (s.ə.s.):

* Başqası tərəfindən otarılmamış ağacda ,– buyurdu.

Bunu eşidən Aişə anamız:

* Bax elə mən o ağacam! – dedi.

Digər tərəfdən Aişə anamız yaşca hamısından balaca idi və Peyğəmbərimizin (s.ə.s.) ən çox sevdiyi dostu Əbu Bəkirin qızı idi.

Aişə anamızın bu səmimi qısqanclıq duyğularını öz dilindən dinləyək:

“Bir gecə Rəsullullah yanımdan çıxıb getmişdi. (Mənim növbəmdə) Xanımlarının hansınınsa yanına gedər deyə içimə qısqanclıq düşdü. Geri gələndə bunu başa düşdü və:

* Yoxsa qısqandınmı? – dedi. Mən də:

* Mənim kimi biri sənin kimi birini qısqanmaz bəs neyləyər?” – dedim

Başqa bir gecə Peyğəmbərimizi (s.ə.s.) yenə yanında görə bilməmişdi. Qaranlıqda otağın içində əlləri ilə hər yanı yoxlamağa başladı. O anda səcdə halında olan Allah Rəsulunun (s.ə.s.) ayaqlarına toxunduqda rahatlaşdı.

Başqa bir dəfə də gecə yenə Rəsulullahı (s.ə.s.) yataqda tapa bilmədi. Onu tək qoyub digər xanımlarının yanına getdiyini düşündü. Bu əsnada Həzrət Peyğəmbər (s.ə.s.) rüku və səcdədə dua edirdi. Bu dəfə də öz özünə deyindi:

* Anam, atam sənə fəda olsun, ey Rəsulallah! Sən nə edirsən, amma mən nə düşünürəm!


Nəzrin Hüseynova
Bu yazıya 175 dəfə baxılıb.