Faydalı ədəva - HİL


Kəmalə Hüseynova
Bu yazıya 22 dəfə baxılıb.

Qədim dövrlərdə hili "cənnət ədviyyatı” adlandırıblar. Elə bu gün də hil dünyanın demək olar ki, bütün guşələrində qiymətli və faydalı bir ədviyyat kimi istifadə olunur.

Bu ədviyyata olan geniş tələbatın əsas səbəbi onun özünəməxsus ətri olması ilə yanaşı, həm də saymaqla bitməyən sağlamlıq üçün möcüzəvi faydalarıdır.

Bir çoxlarımız, adətən, Novruzda bişirdiyimiz bayram şirniyyatlarına hil ədviyyatını qatırıq. Xəmirimizə qatdığımız bu ədviyyatın tərkibini, faydalarını bilmək, məncə çoxumuza maraqlı olar.

Hil, Qərb və Cənubi Hindistan, Cənub-şərqi Asiyanın isti bölgələrində yetişən, zəncəfil fəsiləsindən olan çoxillik bitkidir. Xüsusilə Cənubi Hindistanın bataqlıq meşələrində yabanı bitki kimi yetişir. Hilin istifadə edilən əsas hissəsi onun toxumudur. Demək olar ki, hilin ağ çiçəkləri bütün il boyu gül açırlar. Hilin efir yağı məhz bu çiçəklərdən alınır. Ancaq toxumları qabığından ayrıldıqdan sonra tez ətrini itirdiyi üçün qabığı ilə bir yerdə yığılır.

Gövdəsinin uzunluğu 4-5 metr, meyvəsinin uzunluğu isə 1-4 santimetrdir. Qabığının rəngi sarımtıl yaşıl, toxumunun rəngi qırmızımtıl-qəhvəyidir. İyi kəskin, dadı yandırıcıdır. Qurudulmuş meyvənin 20-53%-ni qabığı, 47-80 % - ni toxumu təşkil edir.

Hilin meyvələri 1-2 sm uzunluqda, sarımtıl yaşıl və çirkli bozumtul rəngdədir. Toxumları mərci şəklində və böyüklüyündə, qırmızımtıl qara rəngdə olur. Hil yetişdiyi yerə görə ad alır. Seyhan hili, Malabar hili, Siam hili kimi.

Üyüdülmüş toxumundan həm yeyinti, həm də tibdə geniş istifadə olunur. Hil həm də zəfəran və vanildən sonra üçüncü ən qiymətli ədviyyatdır.Yeməklərə, xüsusilə də balığa qatılır. Pudinq, südlü şirniyyatlar, kompotlar, çay və qəhvədə də dadverici kimi istifadə edilir. Plova da qatanda düyülərin dən-dən olmasına səbəb olur. Həmçinin plova parlaqlıq verir. Hildən milli şərbətlərin hazırlanmasında istifadə olunur. İsveç və Finlandiyada unlu məmulatlara də qatılır.

Hindlilər nəfəslərindən gözəl iy gəlsin deyə, toxumlarını çeynəyirlər. Ağızda xoş dad və qoxu buraxır. Hil toxumları tərkibində qatran, nişasta və uçucu yağlar mövcuddur.

Faydaları:

Hil döyülərək toz halına gətirilib buruna çəkilərsə, soyuqdəyməni yüngülləşdirər.

Ürəkbulanmanın qarşısını alır. Mədəniz bulananda qaynatdığınız nanənin içərisinə bir az hil atın və daha sonra limon və bal əlavə edərək için.

Hil, nanə və kəklikotu ilə birgə qaynadılıb içilərsə, həm mədə yaralarına, həm də mədədə yaranan qazların aradan qaldırılmasında faydalıdır.

Zehin açmaq üçün də istifədə edilir. Beynə canlandırıcı təsiri vardır.

Hilin başlıca faydalı xüsusiyyətlərindən biri onun antioksidant təsirə malik olmasıdır. Məhz bu xassəsinə görə hil orqanizmin zərərli maddələrdən təmizlənməsində yaxından iştirak edir, sərbəst radikalların məhvinə səbəb olur.

Bu ədviyyat orqanizmi bir çox xəstəliklərdən, o cümlədən ürək-damar, dayaq hərəkət sistemində problemlərin yaranmasından qoruyur.

Soyuqdəymə zamanı xəstəliyin qısa zamanda aradan qaldırılmasında hil güclü təsirə malikdir. O, boğaz ağrılarını götürür, öskürəyi yumşaldır, temperaturu aşağı salır.

Hil sinir sisteminə olduqca müsbət təsir göstərir. Bu ədviyyat bədənin ümumi tonusunu qaldırır, əhvalı yaxşılaşdırır.

Yüksək qan təzyiqindən, hipertoniya xəstəliyindən şikayətlənənlərə hildən istifadə məsləhət görülür. Hil çayda və kofedə kofeinin təsirini azaldır.

İştahanı açır. Mədə bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdıran hil həzmi asanlaşdırır.

Siqaret çəkənlər üçün də hil faydalıdır. O, ağciyərləri təmizləyir..

Qaraciyər və öd kisəsində problemi olanlar hildən məhdudiyyətlə istifadə etməlidirlər.

Dezinteriyanı müalicə edir.

Yaxşı sidikqovucu vasitədir.

Mədə qazı ilə meydana gələn ürək problemlərinin qarşısını alır. Mədə pozğunluğu nəticəsində meydana gələn miqren ağrılarını aradan qaldırır.

Ağciyərlər üçün antiseptik maddədir. Bronxitə çox faydalıdır.

Ürəyin fəaliyyətini yaxşılaşdırır, ürək əzələsini qoruyur, ürəyin ritmini normallaşdırır, hipertoniyanın riskini azaldır.

Başağrısını aradan qaldırır.

Antiseptik təsirə malikdir.

Tüpürcək axınını sürətləndirir.

Xərçəngə qarşı faydalıdır.

Ən yaxşı ağrıkəsicidir.

Yuxusuzluğu aradan qaldırır.

Sakitləşdirici təsirə malikdir.

Revmatizma ağrılarını aradan qaldırır..

Hilin dəmlənməsi də çox effektli vasitədir. 3-4 hil qəhvəüyüdəndə üyüdülür, 1/2 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, süzülür və adi çay kimi içilir. Dəmləməyə 1 dilim limon əlavə etmək olar. Bu arıqladan dəmləməni pəhriz zamanı istifadə edə bilərsiniz.

20 ədəd hil üyüdülür, 5 x.q. balla qarışdırılır, hər gün 1 ç.q. olmaqla yeməkdən 20 dəqiqə əvvəl qəbul edilir. Bu sadə vasitə mədə-bağırsaq və immun sisteminə çox müsbət təsir edir, orqanizmi möhkəmləndirir.

Hilin yağından istifadə etməklə dərinizi təravətləndirə bilərsiniz. Bu yağ antiseptik təsirə malikdir və dərinin elastikliyini artırır, rəngini tənzimləyir, parladır.

Hər bitkidə olduğu kimi bu bitkinin də çoxu fayda yerinə zərər verə bilər. Bu səbəblə hər dəfə ifadə etdiyimiz kimi bu bitkidən də həddindən artıq miqdarda istifadə edilməməlidir.

Öd daşı və mədəsində qastrit kimi xəstəlikləri olan insanların istifadə etməməlidirlər. Əmizdirmə dövründə olan və ya hamilə qadınlar da hil istifadəsindən qaçınmalıdırlar. On iki barmaq bağırsağı xorası narahatlığı olan kəslərin də bu bitkini istifadə etməməsi tövsiyə edilir.


Kəmalə Hüseynova
Bu yazıya 22 dəfə baxılıb.