Müsafir rəhmətdir, bərəkətdir


Əlif Güldar
Bu yazıya 13 dəfə baxılıb.

Müsafir qarşılamaq, onu yedirib-içirmək Hz. İbrahimin sonra da bizim Peyğəmbərimizin etdiyi və tövsiyə etdiyi davranışlardandır. Peyğəmbərimiz qonağa çox önəm verir, xüsusi diqqət yetirirdi.

Peyğəmbərimiz Abdullah ibn Amra (r.a): “Yoldaşının sənin üzərində haqqı vardır, müsafirlərinin sənin üzərində haqqı vardır, bədəninin də sənin üzərində haqqı vardır” buyurmuşdur (Müslim).

 

Hədis şərifdən açıq olaraq anlaşılmaqdadır ki, müsafirin ev sahibi üzərində haqqı vardır. Bu haq ev sahibinin, gələn müsafiri qəbul edib xidmət etməsidir. Müsafirin qəbul edilməsi bir lütf deyil, müsafirin ev sahibi üzərindəki haqqıdır. Elə isə qonağa xidmət edən, ona bir lütf etmiş olmaz, haqqını verir deməkdir.

 

Hər şeyin zəkatı öz cinsindən olur, evin zəkatı da içərisində müsafir qarşılamaqdır. Beləki, Ənəs ibn Malikdən (r.a.) gələn bir rəvayətə görə: “Evin zəkatı, onun içində müsafir qarşılanması üçün bir otaq hazırlamaqdır” deyilmişdir. Anadoluda, xüsusi ilə maddi imkanları yerində olanların evlərinin yanında müsafiri qarşılamaq üçün ayrıca otaqların olduğu bilinməkdədir. Hər halda bu ənənə Ənəs ibn Malikdən gələn bu və bənzəri rəvayətlərdən qaynaqlanmaqdadır (Əl-Hindi, Kənzül-ummal, XV, 390).

Qonaq, ev sahibinə uca Rəbbimizin bir lütfü, bir hədiyyəsidir. Ev sahibi, müsafiri böyük bir nemət və evinə rəhmət olaraq görməlidir. Çünki hərkəs bu nemət və rəhmətə nail olmaz. Allah bunu sevdiyi qullarına bəxş edər. Beləki bir dəfə Peyğəmbərimiz (s.ə.s.): “Allah Təala bir qövm üçün xeyir istərkən onlara bir hədiyə ehsan edər” buyurmuş, səhabə:

“- Ya Rəsulallah! Bu hədiyə nədir?” dedikləri zaman, O:

“- Müsafirdir, çünki qonaq ruzisi ilə gəlir, gedərkən də Allah Təala ev əhlinin günahlarını bağışlar” buyurmuşdur (Acluni, Kəşfül-hafa, I, 80; Nəbhani, əl-Fəthul-kəbir).

Başqa bir rəvayətdə də yenə Peyğəmbərimiz (s.a.s.): “Bir qövmə müsafir gəldiyi zaman ruzisi ilə gəlir, gedərkən də onların günahları bağışlanmış olaraq gedər” buyurmuşdur (Acluni, age., I, 80; Nəbhani, age., I, 106)

Hədis şərifdə diqqətimizi çəkən iki xüsus var:

Birinci xüsus müsafirin, ev sahibi üçün bir hədiyyə olaraq qəbul edilməsidir. Dini ənənələrimizdə müsafir ev sahibi üçün bir yük deyil, uca Rəbbimizin bir hədiyyəsi, bir ehsanıdır.

İkinci xüsus da müsafir ruzisi ilə gəlir, gedərkən də ev sahiblərinin günahları bağışlanmış olaraq gedir.

Böyük şair Fəriduddin Attar “Cəvahirnamə” adlı əsərində, hədis şəriflərdə göstərilən bu xüsuslara toxunaraq söyləyir: “Qardaş, müsafirin könlünü xoş tut. Müsafir Allahın nemətlərindəndir. Müsafir, ruzisini özü ilə gətirir. Sonra ev sahibinin günahını aparar.

 

Oğlum, səndə igidlik, ağıl və idrak varsa müsafirin dəyərini bil. Müsafirinə ehsanlar et.

Fəriduddin Attar eyni əsərinin başqa bir yerində də belə deyir:

“Qardaşım, müsafiri əziz tut ki, sən də Allahdan izzət tapasan.

Müsafirini gözəl qonaqlayan iman əhlinə Allah, rəhmət kapısını açar.

Müsafirə xidmət edən qul, özünü Allah qatına layiq bir dərəcəyə yüksəldir.

Müsafiri gülər üzlə qarşılayan, Allahdan ölçüsüz lütflər görər.

Ey ev sahibi; artıq külfətdən uzaq ol ki, müsafirdən sənə ağırlıq gəlməsin”.

“Müsafir öz ruzisi ilə gəlir”,

“Müsafir hər şeydən öndə gəlir”,

“Ev sahibi müsafirin xidmətkarıdır” deyilmişdir.

Görünüşdə müsafir ev sahibinə yük kimi gəlir amma əslində yük deyil, rəhmət və bərəkətdir. Çünki müsafir ev sahibinə öz ruzisi ilə gəlir, onun səbəbi ilə Allah ev sahibinin ruzisini bərəkətləndirir, bollaşdırır, həm də onların günahlarını bağışlayır.

İlk mütəsəvvüflərdən Hz. Şakik əl-Bəlhi: “Mənə müsafirden daha sevimli bir şey yoxdur. Çünki onun rıuzisini Allah verir, əcri, savabı isə mənə qalır” deyərdi.

Həmçinin mədəniyyətimizdə “müsafirin duası məqbuldur” deyilir. Bu da bir hadis şərifdən alınmışdır: Peyğəmbərimiz bir hadis şərifində: “Üç dua vardır ki, mütləq qəbul olunar: atanın, müsafirin və məzlumun/ zülmə uğrayanın duası”, buyurmuştur (Əbu Davud, Vitr, 29).

Dinimizə görə müsafirə ikram, xidmət və hörmət xeyirli bir işdir. Onun üçün müsafiri qonaqlayanlar xeyirli kimsələrdir. Müsafir qəbul etməyənlərdə isə xeyir yoxdur. Beləki, Peyğəmbərimiz bir hədis şərifdə: Müsafir etməyəndə xeyir yoxdur” buyurmuşdur. Bunu mərhum Nəcib Fazil Qısakürək belə ifadə etmişdir:

- Müsafir, bərəkət çatısında dam,-

Müsafir sevməyən, xeyirsiz adam…

Dinimizdə tələsmək, bir işə tələsik qərar verib etmək xoş qarşılanmamışdır. Onun üçün atalar sözümüzdə “Tələsik işə şeytan qarışar” deyilmişdir. Nəfsin istədiyi bir şey insanın xatirinə gələndə, şeytan; “Fürsəti qaçırma, dərhal et!” deyə ona vəsvəsə verir. Onun üçün Peyğəmbərimiz: “Diqqət və təmkinlə hərəkət etmək Allahdan, tələsmək isə şeytandandır” buyurmuşdur (Tirmizi, Birr, 66; Acluni, Kəşfül-Hafa, I, 295).

Əsasən dinimizdə hökm olmaqla bərabər bəzi hallarda tələsik edilməsi tövsiyə edilmişdir. Müsafirə ikram da bunlardan biridir. Müsafir gələndə gecikdirmədən ikram edilməsi tövsiyə edilmişdir. Bir ziyarət üçün getdiyimiz rayonların birindən qayıdarkən güclü bir yağmura tutulduq. Maşınları yağmurda idarə etmək çox çətin idi. Maşınları yol kənarına çəkib yaxınlıqdakı evlərdən birinin qapısına vurduq, yağışda gedə bilmədiyimizi, yağış kəsənədək burada bir neçə saat müsafir olmaq istədiyimizi söylədik, bizi çox gözəl üzlə və xoş qarşıladılar. Peç dediyimiz sobalı bir qonaq otağına dəvət etdilər. Qafqazda hava sərin olur və yayın ortalarına qədər bu sobalar daim yanır. Dərhal isti çay, çörək, pendir və xalis kərə yağını gətirib ikram etdilər, o üzlərdəki təbəssüm içimizi isitmişdi, ikram, izzət və qardaşlıq bizə Allahın bir ikramı və lütfü idi. Qəlbdən gələn Allah üçün ikramlar gözəl dostluqlara vəsilə oldu. Üzlərimizdən təbəssüm evlərimizdən müsafir heç əskik olmasın .


Əlif Güldar
Bu yazıya 13 dəfə baxılıb.