Qadın və iş


Sevinc Vəkilova
Bu yazıya 13 dəfə baxılıb.

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır. Onun ailədəki vəzifəsi, həyat yoldaşı üçün vəfalı xanım, övladları üçün ana olmaqdır. Dinimizdə qadının işləmək və evin maddi ehtiyaclarını qarşılamaq kimi bir məcburiyyəti yoxdur.

Dinimiz evin dolanışığını təmin etmək vəzifəsini kişiyə yükləmişdir. Bir qadın zəngin olsa da, əri yenə də qadının ehtiyacını təmin etməklə vəzifəlidir. Lakin qadın maddi vəziyyətlə əlaqəli işləmək məcburiyyətində qala bilər. Məsələn ailə dolanışığının çətinlikdə olması səbəbiylə qadının işləməsi lazım gələ bilər.

Bir qadının işləyə bilməsi üçün bir neçə şərtlər vardır: Bunlardan birincisi təsəttürdür. Allah Təalanın qəti əmri olan təsəttürə qadın hər nə şərtdə olursa olsun, riayət etmək məcburiyyətindədir.

İkinci şərt, xəlvət dediyimiz qadının məhrəmi olmayan bir kişi ilə tək başına qalmamasıdır. Buna görə qadın işləyəcəyi mühitdə bir kişi ilə tək başına qala bilməz. Allah Rəsulu (s.a.s.) hədisi şərifində belə buyurur: “Bir adam özünə halal olmayan qadınla tənha bir yerdə qalmasın. Əks halda üçüncüləri şeytan olar. Lakin yanlarında bir məhrəmlərinin olması istisnadır” (Buxari, Nikah, 111,112)

Üçüncü şərt qadının məhrəmi olmayan kişilərlə ünsiyyət qurarkən diqqətli olmasıdır. Qadın təmkinini və ciddiliyini daim qorumalıdır. Bu, iffətin mühafizəsi üçün həyati bir şərtdir.

Dördüncü şərt, ərin razılığıdır. Bir qadının, ərinin islama zidd olmayan istəklərinə qarşı gəlməməsi dinimizin əmrlərindəndir. Əri işinə icazə vermirsə, qadın işləyə bilməz. Bu vəziyyətdə qadın, ərinin gətirdiyi ruzi ilə kifayətlənmək məcburiyyətindədir.

Qadının işləməsi üçün lazım olan şərtlər bəzən qadının əlində də olmaya bilər. Məsələn qadın bütün təmkin və ciddiliyini mühafizə etsə də, kişi bu davranışı göstərməyə bilər. Bu səbəblə qadının evi, onun üçün ən möhkəm sığınacaqdır.

Hz. Peyğəmbərin (s.a.s) hədisi şərifini xatırlayaq: Əbu Hureyrədən (r.a.) rəvayətə görə Rəsulullah (s.ə.s.) buyurdu ki:

“Qadınla dörd şey üçün evlənərlər: Malı üçün, soyu üçün, gözəlliyi və dini üçün. Sən dindar olanını seç ki; əlin bol olsun, yəni evində və həyatında bərəkət, hüzur və dinclik olsun”.

Demək ki hüzur, dinclik pullu və gözəl qadında deyil, dindar və əxlaqlı qadındadır.


Sevinc Vəkilova
Bu yazıya 13 dəfə baxılıb.