XEYRLƏRİ SIFIRLAYAN HƏSƏD!


Xədicə Şahin
Bu yazıya 1152 dəfə baxılıb.

Həsəd deyilincə ağla ilk gələn hadisə Adəm (a.s.)ın oğulları olan Habil- Qabil və yenə başqa bir peyğəmbərin oğulları olan, Quranda keçən Əhsənül Qisas (hekayələrin ən gözəli) Yusif və qardaşlarının hekayəsidir. Həsəd nə qədər təhlükəli bir xəstəlikdir ki, peyğəmbər tərbiyəsində böyüyən uşaqlar belə bu xəstəlikdən uzaq deyildirlər. Həsəd içdə sönməyən bir közdür. Quran hekayələrində də gördüyümüz kimi insanı qardaş qatilliyinə qədər sürükləyər.

Ölümü uzaqlarda görüb, özümüzə yaraştıra bilmədiyimiz kimi, həsədi də özümüzdən çox uzaqlarda bilirik. Çünki həsədi ətrafımızdan görmək yerinə həmişə Habil-Qabil hekayəsində və Yusuf hekayəsində oxuyub orada da qoyuruq.

İnsan tanımadığına həsəd etməz, xüsusiyyətlərini və sifətlərini bildiyi, tanıdığı kəslərə, qonşusuna, qohumuna, iş yoldaşına həsəd edər.

Bəzən insan elə hadisələrlə qarşılaşar ki, bu hadisənin verdiyi təcrübə və ya ibrət yüzlərlə kitab oxumağa əvəzdir. Bir Quran kursunda təhsil görən, dərslərini gecə-gündüz, heç ara vermədən oxuyan bir şagird vardı. Səssiz, içinə qapalı, hörmətdə qüsur etməyən, yoldaşlarıyla problemi olmadığını zənn etdiyimiz şagirdin içi püskürməyə hazır Yanardağ kimi imiş. Tüstüsü görünmədiyi üçün nə yoldaşları, nə də müəllimləri bu Yanardağı sezə bilməmişlər. Ən təhlükəli olan və insanı yaxan hiyləgər-hiyləgər irəliləyən atəş deyilmi? Atəşi görsən dərhal müdaxilə edərsən və ya qaçıb canını qurtararsan. Bu şagird bu kursa gəldiyi gündən bəri yoldaşlarına zərər verirmiş, amma kimsənin xəbəri olmamış. Müvəffəqiyyətli şagirdlərin dərs kitablarını, dəftərlərini götürüb şkafına və ya evinə aparıb sandığında saxlayırmış. Kursun 3-cü ilində artıq lavalar ehtiva edib, gizləyə bilməyincə birdən püskürməyə başlamış. Bir axşam bu qız imtahan zamanı gəlib qeydlərinin orta olduğunu görüncə sinifindəki ən müvəffəqiyyətli olan yoldaşının yeni aldığı yüksək məbləğdəki telefonunu götürüb iki yərə bölmüş və parçalarını saxlamış. Hadisə aydın olunca kiçik diametrli bir araşdırmayla hadisənin iç üzü ortaya çıxarıldı. Və bu hadisəni reallaşdıran qız həsədi səbəbiylə bunu etdiyini və 3 ildir yoldaşlarına zərər verdiyini göz yaşları içində etiraf etdi.

 Cənab Şəhabəddin bir sözündə həsədin başqasına deyil, həsəd edənin özünə zərəri olduğunu bu sözləriylə ifadə edir: “Həsəd başqasının balını öz ağızına zəhər faktorudur”. Bu qızla görüşmədən əvvəl parçalanan telefonu gətirdiklərində ürpərdik və həsədin nə qədər pis bir xəstəlik olduğuna şahid olduq. O an həsədlə əlaqədar oxuduğum bütün məlumatlar silindi və bu hadisə mənə çatdı. Nə vaxt həsəd sözünü eşitsəm ağılıma Habil-Qabil və ya Yusif (a.s.)ın qardaşlarından əvvəl bu hadisə gəlir.

            Əbu Hüreyrə (r.a.)dən rəvayət edildiyinə görə Nəbi (s.ə.s.) belə buyurur: "Həsəd etməkdən çəkinin. Çünki, atəşin odunu (və ya otları) yeyib bitirdiyi kimi həsəd də yaxşılıqları yeyər, bitirər". (Əbu Davud, Ədəb: 44; İbni Macə, Zühd: 22) Yalnız yaxşılıqları bitirməklə qalmaz insanın dürüstlük və etibarlılığını yox edər, əlindəki nemətlərin yox olmasına və içində sönməyən bir odla bədbəxt bir şəkildə yaşamasına səbəb olar.

Başqa bir hədisi-şərifdə də Peyğəmbər (s.ə.s.) “Adəm oğlunun hamısı həsədçidir. Lakin insanların bəzisində həsəd daha şiddətlidir. Həsədçinin həsədi əlinə və dilinə çıxmadıqca özünə zərər verməz”.  (Ramuzul Ehadis) buyurmuşdur. Həsəd xəstəliyindən bir çox kimsə xilas ola bilməmişdir. Hədisdə ifadə edildiyinə görə bu duyğunun idarə altına alınması lazımlıdır.           Biz də həm həsəddən, həm də həsədini içində saxlaya bilməyib xaricə vuran həsədçinin şərindən aləmlərin Rəbbi olan Allaha sığınırıq.


Xədicə Şahin
Bu yazıya 1152 dəfə baxılıb.