TARIX BOYUNCA QADIN


Xanım KAMİLLİ
Bu yazıya 1197 dəfə baxılıb.

“İslam dini qadına ən böyük dəyəri vermiş və onun namuslu, təmiz xasiyyətli və şərəfli bir tərzdə yaşamasını təmin etmişdir.

  İslam nəzərində qadın, şəfqət, mərhəmət, hörmət edilməsi və nəzakət göstərilməsi gərəkli bir varlıqdır”.  (Osman Ersan,  İslami Açıdan Kadın Değeri ve Hakları, Erkam Yayınları, İstanbul 1426/2005 səh, 11.)

İslam dinində qadınlar çox dəyər vermiş olduğu halda cahiliyyə dövründə və digər toplumlarda bunun tam əksi idi.

 

            Cahiliyyə dövründə qadın

Qadın sanki bir əşya kimi alinıb-satılırdı, işgəncə edirdilər. Qadınlar mirasdan məhrum edilirdi. Kişilərin hər cür haqdan istifadə etdiyi halda qadınlar heç bir haqdan istifadə edə bilmirdi.

            Bəziləri namuslarını qorumaq, bəziləri heysiyyətlərinə ləkə salmamaq, bəziləri qara, mavi gözlü, cüzzamlı və ya topal qızlardan iyrəndikləri üçün, bəziləri də dolanışıq dərdi və kasıblıqdan qoruxduqları üçün qız övladlarını diri-diri basdırırdılar. Bəziləri isə “Mələklər Allahın qızıdır, qız uşaqlarınızı buraxın, onlar Onun haqqıdır” deyirdilər. Hətta bəziləri qızlarını yüksək yerdən atırdılar.

           

İslama görə Qadın

İslam dini , qadına ən böyük dəyəri vermiş və onun yaşamasını təmin etmişdir.                               

Peyğəmbərimiz (s.ə.s.) qadınların narın, nəzik və zərif olduqlarına işarətlə, onların heç qırılmaması və incəlməməsi vacibliyini tövsiyə etmişdir. Bir Hədisi-Şərifdə:                                                       

Qadınların haqqında xeyirli olub nəzakətlə davranmağınıza dair vəsiyyətimə itaət edin! Çünki onlar qabırğa sümüyündən yaradılmışdır. Qabırğa sümüyünün ən əyri tərəfi üst qismi (ortası)dır. Əgər sən onu düzəltməyə çalışsan qırarsan, öz halında buraxarsan daima əyri qalar. O halda qadınlar haqqında xeyir nəsihətimə diqqət edin!”  buyurur.

        Hz. Peyğəmbər (s.ə.s.)-ə ilk dəfə inanan və Ona ən böyük dəstəyi verən Hz. Xədicə (r.a.) validəmizdir. Lakin Rəsulullah (s.ə.s.), Hz. Xədicə (r.a.) validəmiz haqqnda belə buyurur:

         “Allah mənə Xədicədən xeyirli bir qadın verməmişdir. Bütün insanlar məni yalanladığında, o, məni təsdiq etmiş, insanlar məndən qaçanda, O məni malı ilə dəstəkləmişdir. Və Allah mənə başqa xanımlardan deyil, Ondan uşaq ehsan etmişdir”.

           Qadın eyni zamanda ilk İslam Şəhididir. Hz. Ammar (r.a.) –ın anası Hz. Sümeyyə (r.a.), Məkkədə müsəlmanlığı ilk qəbul edənlərdəndir və buna görə dayanılmaz əzablara məruz qalanlardandır.

             Qurani-Kərimdə “ən-Nisa” (Qadınlar) adlı, yüz yetmiş altı ayətlik uzun bir surə olduğu kimi, ayrıca “Məryəm” deyə Hz. İsa (ə.s.)-ın anasına aid edilən doxsan səkkiz ayətlik müstəqil bir surə daha vardır. Bunlardan başqa: “ən-Nur, əl-Əhzab , əl-Mümtəhinə, ət-Təhrim və ət-Talaq” surələrində də qadına aid bir neçə mövzular yer almışdır.

 

       Bu günün qadını iki cəhətdən müqayisə etmək lazımdır. Bunlardan birincisi, İslami əsasları mənimsəyən, islamın ana prinsiplərinə bağlı olan, islami bir həyat yaşayan qadın, ikincisi, bunun tam əksisinə, İslamdan uzaq, zaman və dəbə özünü verərək yaşayan qadındır. (Hüseyin Erdoğan, e.a.ə, səh, 9)

 

              Dünyanın bir çox toplumunda qadın belə xorlanıb alçaldılarkən islamiyyət köməyinə çataraq ona lazımı etibarı göstərmiş; toplum içindədəki adını yüksəltmiş və onun kişiylə eyni səviyyəyə çatdırmışdır. İnsanların bu mövzuda səhv düşüncələrini dəyişdirərk, oğlan uşağı kimi qız uşaqların da ailəyə və topluma Allahın bir lütfü olduğunu bildirmiş; Allahın dilədiyi kimsələrə oğlan, arzuladıqlarına qız övladı bəxş edəcəyini bildirmişdir. 

     “Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verir”.

    “Yaxud hər ikisindən həm oğlan, həm də  qız verir, istədiyini də sonsuz (övladsız) edir, O (hər şeyi) biləndir, (hər şeyə) qadirdir”. (Şura 49- 50)

Qısacası, qadınlar, ancaq İslamiyyətin özlərinə verdiyi dəyər sayəsində toplum içində layiq olduqları səviyyəyə ucala bilmiş və lazım olan etibarı qazanmış, hüzur və xöşbəxtliyə çatmışdılar. Uca dinimiz, ifrad və təfritdən uzaq olaraq qadınlarla kişilər arasında tam bir uyğunluq quraraq həqiqi ədaləti bərpa etmişdir.

 

                               

      

                              


Xanım KAMİLLİ
Bu yazıya 1197 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.