MİSVAK


Aytəkin ZEYNALZADƏ
Bu yazıya 1298 dəfə baxılıb.

Misvak Peyğəmbər (s.ə.s.) in sünnətidir. (Tirmizi, 1, Nigah)

            Misvaka elmi dildə “Salvadora Persika”, xalq arasında “Erak ağacı”, avropalıların dilində “Şəcərə-i Muhammədi”, islam ədəbiyyatında isə misvak deyilir. Lüğətdə ovmaq, sürtmək mənalarını bildirən “S-v-k” kökündən gələn misvak, ovma aləti deməkdir.

            Erak ağacının budaq və kökləri kiçik parçalar halında kəsilir və misvak hazırlanır.  Eyni zamanda zeytun ağacının budaq və köklərindən də misvak hazırlana bilir.

            Erak ağacı, xüsusilə Səudiyyə Ərəbistanı, Afrika, Yəmən və Hindistan kimi isti bölgələrdə yetişir. Misvak olaraq budaq və kökləri istifadə edilsə də, toxumu və yarpaqları da şəfalı bitki olaraq istifadə edilir.

            Misvak ağacının meyvəsinə “kebas” (berir) deyilir. Meyvələr noxuddan bir az kiçik, üzüm salxımı şəklində olur. Əvvəlcə yaşıl-qırmızı rəngdə və acı olur, sonra rəngi qaralır və şirinləşir. Bu meyvələr həm insanlar, həm də heyvanlar tərəfindən yeyilir.

            Bu haqda Cabir (r.a.) demişdir: “Bir dəfə biz Rəsulullah (s.ə.s.) ilə birgə misvak ağacının meyvəsini toplayırdıq. Bu zaman Peyğəmbərimiz (s.ə.s.) bizə: “Sizlərə bu meyvənin qarasını yığmağınızı tövsiyə edirəm.  Çünki qara ən gözəli və ən yaxşısıdır” buyurdu. (Buxari, Etimə)

            Misvakın içində olan maddələrin diş və diş ətimiz üçün bir çox faydaları var. Bu maddələrdən bəziləri aşağıdakılardır:

  • Diş ətinə təsir edən C vitamini
  • Diş minasını qoruyan şam saqqızı
  • Diş ətlərini hərəkətə gətirən trimetil ami
  • Diş ətlərini sıxışdıran astrinjent
  • Mikrob öldürücü, iltihab quruducu joqolon
  • Beyin üçün vacib olan fosfor və eyni zamanda kalsium və potasum və s.

İmam Qazali bir əsərində misvakın faydaları haqqında belə bildirmişdir:

  • Sünnətə uyma niyyəti ilə olduğu üçün Allahı razı edər.
  • Misvak işlədən dünyadan təmiz olaraq çıxar.
  • Peyğəmbərimizin (s.ə.s.) kövsər hovuzundan içmək nəsib olar.
  • Mələkləri sevindirər.
  • Arş o şəxsə dua edər.
  • Qəbrin genişlənməsini təmin edər.
  • Qocalığı gecikdirər.
  • İman ilə şəhadət gətirərək ölməyə vəsilə olar.
  • Xitabəti gözəlləşdirər.
  • Səsi gözəlləşdirər.
  • Qəlbi təmizləyər.
  • Ürək və mədə sinirlərini qüvvətləndirər və s. (İmam Qazali, ihya; Məhəmməd Həmdi, Ərdəm, Ruhu İslam, s, 113-114)

İslam dini bəşəri münasibətlərə  böyük əhəmiyyət vermişdir. Bir təbəssümü, gülər üzü sədəqə olaraq qəbul edir. Təsəvvür edin ki, qarşınızda ağzının iyi ilə, saralmış, qaralmış dişlərinin görünüşüylə sizi narahat edən bir üz var. Bir an əvvəl bu insandan uzaqlaşmaq istəyərsiniz.

Atalar yaxşı deyiblər:

  • Ağız sözün sobasıdır, bişirir, sonra çıxarır.
  • Süfrədə əlinə, məclisdə dilinə (sözünə) diqqət et.
  • İnsanlar geyimləriylə qarşılanar, sözləriylə uğurlanar.

Qullarının dünya və axirət səadətini istəyən Allah öz Həbibini (s.ə.s.) bizə nümunə olaraq göndərmişdir.

Peyğəmbərimiz (s.ə.s.) bizlərə bir çox hədisi-şərifində bu mövzunun əhəmiyyətini xatırlatmışdır:

  • Ümmətimə çətin gəlməyəcəyini bilsəm, hər namazdan əvvəl dişlərini təmizləmələrini əmr edərdim. (Buxari, Cümə, 8)
  • Misvakdan istifadə etməklə qılınan iki rükət namaz, misvak istifadə etmədən qılınan yetmiş rükət namazdan daha üstündür. (Əbu Nuaym)

Aytəkin ZEYNALZADƏ
Bu yazıya 1298 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI
  • MİSVAK