GÜNƏŞ ULDUZ KİMİ


Bizim AİLƏ
Bu yazıya 1585 dəfə baxılıb.

Bəs günəş hansı quruluşa malikdir?

Günəşə adi gözlə baxdıqda o, parlaq bir cism kimi görünür. Günəş səthinə teleskopla baxdıqda ən maraqlı detal, görünən tutqun ləkələrdir. Bu ləkələrdən birinin forması şəkildə göstərilmişdir. Günəş səthində ölçüsü yer planeti böyüklükdə olan digər böyük ləkənin quruluşu da şəkildə verilmişdir. Teleskopla baxdıqda və günəş batmamışdan 15-20 dəqiqə əvvəl adi gözlə belə günəş səthindəki böyük qara ləkələri görmək mümkündür.

Günəş - çox nəhəng közərmiş qazdan ibarət bir kürədir. İlk baxışdan Günəş bizə təmiz, sakit və parlaq diski xatırladır. Əslində isə Günəş, coşub çağlayan, təlatümə gəlmiş qaynar bir okeana bənzəyir. Aydın məsələdir ki, bu qeyd etdiyimiz fikirlər bu və ya digər dərəcədə başqa ulduzlara da şamil edilə bilər.

Maraqlıdır, bəs Günəş özü hərəkət etmirmi?

Qurani Kərim, Yasin surəsi, Ayə 38.

“Günəş də (qüdrət əlamətlərimizdən biri kimi) özü üçün müəyyən olunmuş yerdə seyr edər. Bu yenilməz qüdrət sahibi olan və (hər şeyi) bilən Allahın (əzəli hökmüdür) təqdiridir”.

Qeyd olunan hərəkətlərdən başqa Günəş, ona daxil olan planetar sistemlə birlikdə bizim Qalaktikanın mərkəzi ətrafında 8-10 Kpk (kiloparsek) məsafədə 220 km/san sürətlə 223.000.000 ildə tam bir dövr edir. Bu müddəti bəzən Qalaktik il də adlandırırlar. Qeyd etmək lazımdır ki, Qalaktik ilin təyini üçün bəzi kəmiyyətlər çox da böyük dəqiqliklə təyin edilməmişdir. Məsələn, Günəşin Qalaktikanın mərkəzindən olan məsafəsi bəzi ədəbiyyatlarda 8 Kpk, digər mənbələrdə isə 10 Kpk göstərilir.

Bundan başqa Günəş sisteminin Herkules ulduzu istiqamətində spiralvari bir hərəkəti də vardır. Bu baxımdan Yer kürəmiz və digər planetlər Günəş ətrafında bir dövrələrini tamamladıqda fəzada başladıqları həmin nöqtəyə dönmürlər. Bu məsələyə də 14 əsr bundan öncə Quran bir aydınlıq  gətirmişdir.

Qurani Kərim, Tariq surəsi, ayə 11.

“Dönüşlü olan göyə and olsun!”

Ləkələrin müşahidəsindən məlum olmuşdur ki, onların yeri dəyişir. Buradan çox vacib nəticəyə gəlinmişdir. Məlum olmuşdur ki, Günəş öz oxu ətrafında fırlanır.

Bir sıra təfsirçilər Günəşin hərəkəti haqqında məlumat verərkən yalnışlığa yol verirlər. Əslində Günəşin digər planetlər ətrafında dönməsi baş vermir. Günəş sistemindəki bütün planetlər Günəş mərkəzi cism olduğundan onun ətrafında dövr edirlər.

Fusillət surəsi, ayə 12.

“Allah onları (səmaları) yeddi (qat) göy olaraq iki gündə əmələ gətirdi. (Beləliklə, iki gün ərzində yer, sonra iki gün ərzində yer üzərində olanlar, daha sonra iki gün ərzində göylər xəlq edildi. Kainatın yaradılışı altı gün ərzində başa çatdı). O, hər bir göyün işini vəhy edib özünə bildirdi. Biz aşağı göyü (dünya səmasını) qəndillərlə (ulduzlarla) bəzədik və (onu hər cür bəladan) hifz etdik. Bu yenilməz qüvvət sahibi olan, (hər şeyi bilən) Allahın təqdiridir (əzəli hökmü, qanunudur)!”

Ayətdən də göründüyü kimi hər bir göyün işinin özünə vəhy olunması, onun hər cürə bəladan hifz olunması dedikdə - müxtəlif sistemlərin işinin Allah tərəfindən tənzimlənməsindən söhbət gedir. Allah bu işləri Özünün əzəli və əbədi elmi ilə yoluna qoyur. Səma cismləri arasındakı qravitasiya cazibə qüvvəsi onları hər cürə bəladan hifz edib qoruyur.

Qurani Kərim, Ər-Rəd surəsi, ayə 2.

Gördüyünüz göyləri dirəksiz olaraq yüksəldən, sonra ərşi yaradıb hökmü altına alan (ərş üzərində bərqərar olan), müəyyən vaxta (dünyanın axırına – qiyamətə) qədər (səmada) dolanan Günəşi və Ayı ram edən, bütün işləri yoluna qoyan, ayələri müfəssəl izah edən məhz Allahdır. (Bütün bu dəlillərdən sonra) Rəbbinizlə qarşılaşacağınıza (qiyamət günü dirilib haqq-hesab üçün hüzurunda duracağınıza), bəlkə, inanasınız!

 

Belə bir sual doğur, bəs bizim Günəşə ən yaxın olan ulduza qədər olan məsafə nə qədərdir?

Qısa cavab versək, ən yaxın ulduza qədər məsafə 4,3 işıq ili və ya 40.681.440.000.000 kilometrdir. Bu məsafəni qət etmək üçün, üçüncü kosmik sürətlə (17 km/san) hərəkət edən kosmik gəmidə xəyali bir uçuş etsək, ən yaxın ulduz olan Sentavranın alfasına getmək üçün bizə təxminən 300 il vaxt lazımdır.

Bizim bildiyimiz bu qədər. Daha yaxşısını və doğrusunu Allah Təala bilir. 


Bizim AİLƏ
Bu yazıya 1585 dəfə baxılıb.